Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə186/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   182   183   184   185   186   187   188   189   ...   199

[400] 

 

əl-Münkər 

Münkər inkar edilmiş mənasındadır. Hədis elmindəki mənası isə o hədisə deyilir 

ki,  onun  ravisi  bir  nəfər  və  qeyri-siqə  olsun.

1426

 Həmçinin  bu  növ  hədis  əhli-sünnə 



qaynaqlarında  da  zəif  hədis  növlərindən  hesab  edilir  və  haqqında  “zəif  bir  ravinin 

siqə (güvənilən) raviyə müxalif olaraq rəvayət etdiyi hədis” kimi tərifi verilir.

1427

 

Təriflərdən  də  aydın  olur  ki,  bu  növ  hədislərin  raviləri  güvənilən  olmadığından 



və  həmçinin  güvənilən  bir  raviyə  zidd  olaraq  rəvayət  etdiyindən  onun  rəvayəti  rədd 

edilmişdir. Böyük Azərbaycan hədisşünası Əbu Bəkr Əhməd bin Harun əl-Bərdici bu 

növ hədis haqqında demişdir:  “Təkcə ravisindən gələn isnaddan başqa hər hansı bir 

yolla mətni məruf olmayan hədisdir.”

1428

 

 



əl-Müəlləl 

Əhli-sünnə  alimləri  müəlləl  hədisə  belə  bir  tərif  verirlər  ki,  bu  növ  hədislər  o 

hədislərə deyilir ki, “zahirən səhih görünən, lakin onun səhihliyini aradan apara bilən 

gizli bir illəti (xəstəliyi, səbəbi) özündə daşıyan hədis müəlləldir.”

1429

 

Müəlləl hədis hədis növləri içərisində ən qapalı, ən gizlin və üzə çıxarılması çox 



çətin  olan  bir  hədis  növüdür.  İbn  Həcər  bu  məqama  toxunaraq  yazır:  “İllət  hədis 

elmləri növlərinin ən qapalı, ən həssasıdır ki, onu ancaq Allah taalanın fövqəladə bir 

anlayış,  geniş  bir  mədəniyyət,  ravilərin  dərəcələri  haqqında  mükəmməl  bir  bilgi  və 

sənədlərlə mətnləri tam mənasıyla qavrayacaq qüvvətli bir qabiliyyət verdiyi insanlar 

anlaya bilir.”

1430


 

Bu mülahizələrdən məlum olur ki, müəlləl hədis səhhəti zədəli, yəni, tam sağlam 

olmayan, onun səhhətini gizli yolla hansısa bir səbəbin zədələməsi nəticəsində ortaya 

çıxan bir hədis növüdür. Onun illətinə səbəb olan isə məvsulu mürsəl olaraq, mərfunu 

məvquf  olaraq  və  o  hədisdə  bir  vəhmin  olduğu  aşkar  olan  surətdə  əmələ  gələn 

hədisdir.  Müəlləl  hədisin  həm  isnadına,  həm  də  mətnində  illət  ola  bilər.  Onun 

isnadında olan illətə isə daha çox təsadüf edilir. İsnadda olan illət həm isnadı, həm də 

mətni  birlikdə  zədələyir,  buna  misal  irsal  və  məvqufdur.  Bəzən  isə  isnadın  səhhəti 

zədələnir, amma mətn səhih olur. Belə olduqda isnad zəif, mətn isə səhihdir. Bunlara 

aşağıdakı hədisləri göstərmək olar: 

“İbn  Übeyd-Süfyan  Səvri-Amr  bin  Dinar-İbn  Ömər-  Peyğəmbərdən  (s)  rivayət 

edir...” 

Bu isnad adil və zabit ravinin digər bir adil və zabit ravidən nəql etdiyi hədisdir, 

amma  sənəddə  illət  vardır.  Belə  ki,  bu  illət  Amr  bin  Dinarın  sözüdür.  Çünki  o, 

Abdullah bin Dinardan rəvayət etmişdir. Onların hər ikisi siqə tabeundurlar. 

Mətndə  olan  illətə  misal  isə  Müslimin  “Səhih”  əsərində  yer  verdiyi  “bəsmələ” 

hədisidir. Belə ki, Ənəs bin Malik deyir: “Peyğəmbərin (s), Əbu Bəkrin, Ömərin və 

Osmanın  arxasında  namaz  qıldım.  Namaza  “əl-Həmdu  lillahi  rəbbil-aləmin”  ilə 

başlayırdılar və qiraətdə “Bismillah”ı demirdilər.” Bu rəvayətin ləfzində bir qrup illət 

                                                 

1426

S. S. Rəşadi, Hədis elmi, səh. 35 



1427

 S. əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 66 

1428

 Təvzihül-əfkar, c. II, səh. 45, S. əs-Saleh, adı çəkilən əsəri, səh. 164 



1429

 S. əs-Saleh, adı çəkilən əsəri, səh. 144, İ. L. Çakan, Hədis üsulu, səh. 139, H. S. əd-Dari, adı çəkilən əsəri, səh. 64 

1430

 Şərhu Nühbətil-fikər, səh. 21, S. əs-Saleh, adı çəkilən əsəri, səh. 144 




[401] 

 

olduğunu  deyirlər.  Belə  ki,  bu  rəvayət  “Səhiheyn”də  (Buxari  və  Müslimdə)  belədir: 



“Onlar qiraətə “əl-Həmdu lillahi rəbbil-aləmin” ilə başlayırdılar. Bu da “bəsmələ”nin 

qeyd edilməməsini göstərir. Buna görə də alimlər deyir: “Rəvayətçi onu qeyd edilən 

ləfzlərlə qeyd etmişdir və onu məna ilə rəvayət etmişdir.

1431


 

Bu misallardan da göründüyü kimi, hədisin illətli olmasının səbəbi onun vəhm 

(şübhə,  zənn),  xəta,  qəflət,  yaddaşın  pis  olması,  fisq,  yalançılıqda  ittiham  olma  və 

digər şeylərlə əlaqəlidir. 

Müəlləl  hədisin  tanınması  və  ortalığa  çıxarılmasının  yolları  onun  rəvayətində 

ravinin tək qalması, ona müxalif digər bir ravinin olması və digər əlamətlərin olması 

ilədir. 

Şiə  məzhəbində  də  müəlləl  hədis  növü  vardır  və  zəif  hədislər  qrupunda  yer 

almışdır.  Bu  növ  hədislərdən  bəhs  edən  Cəfər  Sübhani  yazır:“Müəlləl  iki  anlamda 

başa düşülür: Onlardan biri fəqihlərə məxsusdur və o da budur ki, illət hökmdə ifadə 

olunmuş  olsun.  Məsələn,  içkinin  sərxoşedici  olması  səbəbilə  haram  olması  illəti 

(səbəbi)  kimi.  Həmçinin  cümə  qüslunun  alınması  qoltuq  altında  olan  iylərin  aradan 

qaldırılması səbəbinədir (illətidir). Burada olan illət səbəb mənasını ifadə edir və əsas 

məqsəddən xaricdir. 

İkinci mənada isə illət, hədisşünasların istilahında işlədilir. Onlar illət terminini 

mətnində  və  sənədində  gizli  anlaşmazlıq  olan  hədisə  şamil  edirlər.  Bu  da  onun 

etibarını  zədələyir,  onun  zahiri  sağlamdır  görünürmüş  kimi.  Müəlləl  illət  sözündən 

götürülmüşdür  və  xəstəlik  mənasındadır.  Necə  ki,  birinci  mənada  səbəb,  ikinci 

mənada isə xəstəlik mənasındadır. 

Müəlləlin  tanınması  və  onun  seçilməsi  hədis  elmlərinin  növlərindəndir  və 

onların şərəflilərindəndir.”

1432


 

Müəlləl  hədisə  verilən  təriflərin  müqayisəli  təhlilləri  onu  göstərir  ki,  bu  növ 

hədislər hər iki məzhəbdə təxminən olduğu kimi dəyərləndirilib incələnir. 

 

əl-Müdrəc 

Müdrəc hədisi keçən fəsildə öyrənib tədqiq etdiyimizdən burada onun haqqında 

yalnız  dediyimiz  budur  ki,  bu  növ  hədislərə  həm  sənəddə,  həm  də  mətndə  əlavələr 

edildiyindən, həmçinin zəif ravinin siqə raviyə qarşı və yaxud da siqə ravinin daha da 

siqə raviyə qarşı nəql etməsi  yoluyla meydana gələn hədisdir. Amma burada diqqət 

yetiriləsi  məqam  budur  ki,  şiə  məzhəbli  alimlərə  görə  ravi  qəsdən  deyil,  bilmədən 

hədisin  mətninə  və  ya  sənədinə  bir  şey  əlavə  etməsi  onun  heç  də  tam  zəif  olması 

demək deyildir. Ancaq ravi qəsdən bu işi edərsə, təbii ki, o, yalançılıqda ittiham edilir 

və rəvayəti rədd edilir. 

 

əl-Məqlub 

Məqlub  hədis  odur  ki,  o  məlum  yolla  doğru-dürüst  gəlsin,  amma  bir  ravi  onu 

həmin yolla rəvayət etməmiş olsun. Bu hədisin nəql olunan yolunun (təriq) hamısına 

                                                 

1431

 H. S. əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 69 



1432

 C. Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 114 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə