Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə189/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   185   186   187   188   189   190   191   192   ...   199

[406] 

 

hökm verməsi də məsuma (ə) dayanarsa, məqbuldur və məvquf deyil, amma özündən 



fətva  və  ya  hökm  verməsi  məqbul  deyildir.  Bəzi  əhli-sünnə  alimləri  də  bu  görüşü 

qəbul  edərək  səhabənin  dediklərini  zəif  saymışlar.  Buna  misal  əl-Qasiminin 

“Qəvaidüt-təhdis”  əsərini  göstərmək  olar.  O,  bu  əsərində

1455


məvquf  və  maqtu 

hədisləri  zəif  hədislər  cərgəsində  qeyd  etmişdir.  Lakin,  əhli-sünnənin  əksər  alimləri 

məvquf və maqtu hədisi lazımı əlamətləri özündə daşıyarsa, cərh və tədil süzgəcindən 

keçərsə, məqbul və səhih biliblər. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

VII FƏSİL 

 

ZƏİF HƏDİSLƏRİN MEYDANA GƏLMƏSİ VƏ UYDURULMASI 

SƏBƏBLƏRİ 

                                                 

1455

 səh. 111 




[407] 

 

 



7.1.ZƏİF HƏDİSLƏRİN MEYDANA GƏLMƏSİ  

 

Ötən  fəsillərdə  qeyd  olunduğu  kimi,  zəif  hədislər  səhih  hədislərin  şərtlərini 



daşımayan hədislərə deyilir. Bu növ hədislər əlbəttə ki, mütləq mənada məsumların 

(ə)  sözləri  olmayıb,  əslində  onların  adlarına  uydurulmuş  hədislərdir.  Buna  görə  də 

burada hədis sözü əsl mənada deyil, şərti mənada başa düşülməlidir. 

Məsumların  (ə)  adına  hədis  uydurmağın  tarixi  qədimdir.  Belə  ki,  bəzi  alimlər 

hədis  uydurmaq  fəaliyyətini  həzrət  Əlinin  (ə)  xilafəti  zamanına  aid  etsələr  də,  bu 

fikrin heç bir elmi əsası yoxdur. Düzdür, həzrət Əlinin (ə) xəlifəliyi zamanı hədislər 

uydurulmuşdur. Lakin, bu yalançılar dərhal ifşa edilərək cəzalandırılır və xalqa belə 

şəxslərin söylədiklərinə inanmamaları tövsiyə olunurdu.  Bunun bariz  nümunəsindən 

biri, həzrət Əlinin (ə) məşhur hədis uydurucusu Əbu Hüreyrə haqqında dediyi sözdür. 

Belə  ki,  o  Həzrət  buyurub:  “Peyğəmbərin  adından  ən  yalançı  danışan  Əbu 

Hüreyrədir.”

1456


 

Ümumiyyətlə  bir  çox  mötəbər  qaynaqların  verdikləri  məlumatlar  və  həmçinin 

bizim  tədqiqatımızın  nəticəsi  onu  göstərir  ki,  hədis  uydurma  fəaliyyəti  məhz 

Peyğəmbərin  (s)  dövründə  baş  qaldırmış  bir  işdir.  Bunun  aşkar  formasını 

Peyğəmbərin  (s)  “Mənim  adıma  heç  bir  şey  uydurmayın,  hər  kəs  mənim  adıma 

mənim  demədiyim  bir  şeyi  deyərsə,  öz  yerini  cəhənnəmdə  bilsin.”

1457

 Bu  hədisin 



mənası  onu  göstərir  ki,  hələ  Peyğəmbər  (s)  sağ  ikən  bir  qrup  şəxslər  onun  adından 

yalan danışmışlar. Bunu eşidən Peyğəmbər də (s) təbii ki, bu prosesin qabağını almaq 

üçün  belə  bir  hədis  deməyə  vadar  olmuşdur.  Yoxsa  ki,  onun  belə  mənada  hədis 

deməsinin mənası olmazdı. 

Məsumların (ə) adlarına hədislərin uydurulması əlbəttə ki, əbəs olmayıb bunun 

bir  çox  səbəbləri  vardır.  Həmçinin,  onların  adlarına  hədis  uydurmaq  təkcə 

müsəlmanlara  aid  oln  bir  iş  deyil,  bəlkə  də  bunun  toxumu  bəzi  xristian  və  yəhudi 

dininin  nümayəndələrinə  məxsusdur.  Bu  bir  tarixi  həqiqətdir  ki,  bir  qrup  yəhudi  və 

xristian  şəxslər  (bəzən  alimlər)  zahirdə  İslamı  qəbul  edərək  onun  ideologiyasını  və 

əsaslarını  sarsıtmaq  üçün  özlərindən  sözlər  uydurmuşlar.  Onların  hədis  uydurma 

işindəki  canfəşanlıqları  özlərinin  məkrli  və  gizli  planlarını  “qanuniləşdirmək”, 

İslamın guya yəhudi və xristian dininin qalığı və ya onlardan törəmə bir təriqət kimi 

təqdim etmələri olmuşdur. Bundan başqa hədis uydurma fəaliyyətinin ən kluminasiya 

nöqtəsi  bəlkə  də  Əməvilər  (661-750)  və  Abbasilər  xilafətinin  (750-1258)  dövründə 

olmuşdur.  Bu  fəaliyyətlərin  qığılcımını  gücləndirən  və  onu  xilafətin  rəsmi  peşəsinə 

çevirən ilk şəxslərdən biri, bəlkə də ən birincisi məşhur Əməvilər  xilafətinin  banisi, 

əli  bir  çox  Peyğəmbər  (s)  səhabəsinin  qanına  bulaşmış,  insanları  Peyğəmbərin  (s) 

əhli-beytinə (ə) nifrətə səsləyən və onların öldürülməsində ilk addımını atan Müaviyə 

bin  Əbu  Süfyan  (661-680)  olmuşdur.  O,  bir  qrupsadəlövh  müsəlmanları  öz  ətrafına 

toplamış  və  onların  vasitəsilə  Peyğəmbərin  (s)  adına  çoxlu  sayda  yalan  hədis 

uydurmuşdur.  Həmçinin,  sonrakı  Əməvi  hökmdarları  və  Abbasi  xəlifələri  bu  hədis 

                                                 

1456

 Əllamə Məclisi, Biharül-ənvar, c. XX, səh. 547 



1457

 Səhihi-Buxari,  c. II, səh. 81, Əllamə Məclisi, Biharül-ənvar, c. II 




[408] 

 

uydurma  ənənəsini  davam  etdirmiş,  məcusi  və  zərdüşt  əqidəli  insanları  xilafətdə 



yüksək  vəzifələrə təyin etmələri ilə məqsədli şəkildə  onların əlləri ilə İslamın adına 

yalanlar  düzəltmişlər.  Həmçinin  Qədim  Roma,  İran  və  Yunan  əfsanələrinin  surətlə 

ərəb  dilinə  tərcümə  edilməsi  və  bunların  məqsədli  şəkildə  xilafət  məmurları 

tərəfindən  edilməsi  yeni-yeni firqələrin  ortalığa çıxmasına  səbəb  olmuşdur. Təbiidir 

ki,  hər  yaranan  və  yaranmaqda  olan  firqələr  öz  əqidələrini  və  əməli  fəaliyyətlərini 

ilahi  vəhyə “bağlı olduğunu”  və “haqq” hesab edildiyini bildirmək  və əsaslandırmaq 

üçün hədis uydurmağa əl atmışlar. 

Abbasilər  lehindəki  uydurma  xəbərlərə  gəlincə  bunlar  Əməvilərin  iqtidarda 

olduqları  zamandan  başlayaraq,  Abbasi  xilafətinin  müxtəlif  dövrlərində  də  davam 

etdirilmişdir.  Siyasi  qayələrlə  Əməvilər  üçün  Osman  və  Müaviyyə  necə  istismar 

edilmişsə,  Peyğəmbərin  (s)  əmisi  Abbas  bin  Əbdülmüttəlib  (öl.  652)  də  Abbasilər 

tərəfdarları  üçün  istismar  mövzusu  olmuşdur.  Məsələn,  Peyğəmbərin  (s):  “Abbas 

mənim  vəsim  və  varisimdir,  onun  oğullarını  Allah  xəlifə  edəcək,  dinini  onlarla 

qoruyacaq, sünnəmi təhrifə uğrayacaği zaman, Allah Xorasandan onlara yardimçilar 

göndərəcəkdir.  Əllərində    qara  bayraqlar  olan  bu  ordunun  qabağında  hec  bir  qüvvə 

dayana bilməyəcək”

1458

 hədisi bunun bariz misalıdır. 



Beləliklə,  saxta  hədislərin  uydurulmasında  ciddi-cəhdlə  çalışan  xəlifələr 

içərisində  Abbasilərin  xüsusi  yeri  vardır.  Əməvilər  Müaviyə  və  Bəni-üməyyə 

haqqında nələr uydurmşlarsa, onun qat-qat artığını Abbasilər uydurmuşlar. Bunu biz 

aşkar şəkildə aşağıdakı hədislərdə də görməkdəyik. Belə ki, Bəzzar Əbu Hüreyrənin 

belə dediyini rəvayət  edir:  “Peyğəmbər (s) əmisi Abbasa dedi: peyğəmbərlikdə sizə 

verilib,  padşahlıq  da.”  Təəssüfləndirici  hal  burasıdır  ki,  bu  kimi  qondarma  hədislər 

Əbu  Nəim,  İbn  Ədi,  Tirmizi,  Təbərani  və  digər  bu  kimi  müəlliflərin  əsərlərində  də 

özünə  yer  etmişdir.  Təbərani  rəvayət  edir:  “Peyğəmbər  (s)  xilafət  əmim 

oğullarınındır. Onlar bunu İsaya (ə) təslim edənədək qoruyacaqlar.”

1459


 

Hələ  bunlar  azmış  kimi  xəlifə  Əbülabbas  əs-Səffah  haqqında  “Fitnənin  zühur 

etdiyi vaxt əhli-beytimdən bir kişi çıxacaq, ona əs-Səffah deyərlər.” 

Görkəmli əhli-sünnə alimi Əllamə Süyuti “Tarixül-xüləfa” adlı məşhur əsərində 

yazır:  “Xəlifə  Mütəvəkkil  sünnəyə  meyl  göstərdi  və  onun  əhlinə  kömək  etdi.  O, 

hədisşünasları  Samirədə  qarşılayıb  onlara  hörmət  etdi  və  onları  “Röyət”  haqqında 

hədislər  deməsini  istədi.  Hədisşünaslar  ona  dua  etdilər  və  hətta  onun  haqqında 

“Xəlifələr üçdür: riddə əhli ilə vuruşan Əbu Bəkr, zülmü yıxan Ömər bin Əbdüləziz 

və sünnəni dirildən Mütəvəkkil.” 

İbn Əbülhədid  yazır:  “Bunu bil ki, fəzilətlər ilə əlaqədar uydurma hədislər  ilk 

dəfə şiələr tərəfindən ortaliğa qoyulmuşdur. Onlar öncə Əlinin (ə) haqqında müxtəlif 

hədislər uydurdular.”

1460

 

İbn  Teymiyyə  yazır:  “Batil  firqənin  ən  yalançısı



1461

 kimi  bilinən  şiənin 

peyğəmbər  tərəfindən  (s)  Əlinin  xəlifə  təyin  edildiyinə  inandirmaq  üçün  səbəbi-

                                                 

1458

 Süyuti, əl-Ləalül-məsnua, c. I, səh. 429, İbn Arraq, Tənzihüş-şəriət, c. II, səh. 10 hədisi kimi 



1459

 Süyuti, Tarixül-xüləfa, səh. 12 

1460

 İbn Əbülhədid, Şərhu Nəhcil-bəlağə, Beyrut çapı, 1954, c. III, səh. 26 



1461

 İbn Teymiyyə, Minhacüs-sünnə, c. I, səh. 37 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə