Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə188/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   184   185   186   187   188   189   190   191   ...   199

[404] 

 

kitablarında işarə olunmuş bir ravi vardır, amma onun haqqında heç bir mədh və ya 



məzəmmət hökmü icra edilməyib.”

1444


 

Adından da göründüyü kimi, bu növ hədislər məşhur ravi kitablarında yer almış 

bir  ravinin  haqqında  cərh  və  tədil  elminin  prinsipləri  əsasında  tədqiq  edilməyən  bir 

ravinin  nəql  etdiyi  hədisdir.  Yəni,  bu  hədisin  sənədində  olan  ravinin  adı  məlumdur, 

amma haqqında tərif və ya məzəmmət işlədilməyib. 

 

əl-Məchul 

Məchul  sözü  məlum  sözünün  ziddidir.  Hədis  elmində  məchul  o  növ  hədislərə 

deyilir ki, onun ravisi rical kitablarında tanıdılmayıb, yaxud tanıdılıbsa da, haqqında 

cəhalət  hökmü  verilibdir.  əl-Maməqani  bu  növ  hədisi  belə  tərif  edir:  “O  rical 

kitablarında  ravisi  qeyd  edilən,  amma  onun  əhvalı  haqqında  əqidəsinə  görə  heç  bir 

məlumat verilməyən ravinin hədisidir.”

1445


 

Əhli-sünnə qaynaqlarında isə məchul hədis növünə belə bir tərif verilməkdədir: 

Məchul, raviləri ədalət yönündən halı bəlli olmayan kimsələrin rəvayətidir. Xətib əl-

Bəğdadi deyir: “Hədis əshabı arasında işlədilən məchul, hədislə məşğul olmayan, elm 

tələb  etməkdə  məşhur  olmayan,  çox  hədis  rəvayət  etməyən  və  bu  səbəblərə  görə 

hədisçilər arasında tanınmayan kimsələrdir.”

1446

 

Bu  təriflərin  müqayisəli  təhlili  onu  göstərir  ki,  məchul  növ  hədislər  ya  ravilər 



haqqında  yazılan  kitablarda  tanıdılmamış,  yaxud  da  tanıdılıbsa,  onun  haqqında 

cəhalət  hökmü  bərqərar  olmuşdur.  Ravinin  tanınmamasının,  yəni  məchul  olmasının 

da  bir  neçə  səbəbi  ola  bilər.  Belə  ki,  ravi  ya  çoxlu  sifətlərə  və  adlara  malikdir  ki, 

rəvayətdə  yalnız  onlardan  biri  qeyd  edilir,  yaxud  da  onun  məşhur  olmayan  adının 

qeyd edilməsi onun başqa bir şəxs olduğu gümanını ortaya çıxarır. Bu da təbiidir ki, 

raviləri araşdırıb, onlar haqqında cərh və tədil hökmü vermək istəyən hədisşünaslara 

böyük  bir  maneçilik  törədir.  Haqqında  da  lazımı  tədqiqat  aparılmayan  ravi  təbii  ki, 

yetərincə tanınmadığından onun rəvayəti zəiflik dərəcəsinə enir. 

Məchul hədisə aşağıdakı rəvayət misal göstərilə bilər: 

 ايندلا ىري لَ يذلا اردق سانلا مظعأ نإو ،هل لقع لَ نمل ةورم لَو ،هل ةورم لَ نمل نيد لَ ماشه اي

 لَإ نمث اهل سيل مكنادبأ نإ امأارطخ هسفنل

اهريغب اهوعيبت لافةنجلا

.

1447

 

 

 



 

əl-Müzməl 

Müzməl hədis hərfən “əvəzlikli” hədisdir. Yəni, bu növ hədisin sənədində şəxs 

adları  əvəzinə  onlara  işarə  edən  əvəzliklər  işlədilib.  Bu  növ  hədis  belə  tərif  edilir: 

“Səhabənin və yaxud da imamların (ə) səhabələrindən birinin “ondan belə soruşdum” 

və yaxud da buna oxşar formalarda rivayət etdiyi və rəvayətində məsumun (ə) adını 

qeyd etmədiyi hədisdir.

1448

 Bu  növ  hədis  əhli-sünnə  məzhəbində  yoxdur.Səhabələrin 



                                                 

1444


 Cəfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 118 

1445


 həmin mənbə, səh. 119, əl-Maməqani, Məqabisül-hidayə 

1446


 T. Koçyigit, Hədis istilahları, səh. 211 

1447


 Küleyni, Üsuli-kafi, c. I, səf-23, hədis №19, Əllamə Məclisi, Miratül-üqul, c. I, səh. 78 

1448


 C. Sübhani, adı çəkilən əsəri, səh. 106, Şəhid əs-Sani, adı çəkilən əsəri, səh. 102 


[405] 

 

hədisi  əvəzliklərlə  qeyd  etməsi  və  məsumun  (ə)  adını  gizlətməsinin  səbəbi 



isətəqiyyədir.

1449


 

Bu  növ  hədislərin,  zəif  hədislər  cərgəsində  yer  tutmasının  səbəbi,  onun 

sənədində  məsumun  (ə)  adının  qeyd  edilməməsinə  görədir.  Amma  əgər  əvəzliklər 

Zurarə  və  ya  Məhəmməd  bin  Müslim  kimi  ravilərdən  gəlibsə,  o  məqbuldur.  Çünki 

onlar  əshabi-icmadandır  və  mütləq  siqə  olaraq  tanınırlar.  Həmçinin  onların  hədisi 

əvəzliklə  (zəmirlə)  rivayət  etməsi,  onların  təqiyyə  etməsinə  bağlıdır.  Məlumdur  ki, 

onların əvəzliklərində məqsədləri məsum İmamdır (ə). 

 

əl-Məqtu 

Bu növ hədislər haqqında ötən fəsildə qeyd etmişik. Buna görə də burada ondan 

geniş bəhs etmək istəmirik. Amma bunu qeyd etməyi özümüzə borc bilirik ki, bu növ 

hədislər  tabeunlardan  rəvayət  olunan  hədislərdir  ki,  onların  da  sözü  məsuma  (ə) 

yetişməsə,  höccət  və  dəlil  ola  bilməz.  Bu  görüşü  əhli-sünnə  alimlərinin  bəziləri  də 

qəbul etməkdədirlər.

1450


 

 

əl-Məvquf 

Məvquf hədis növündən də ötən fəsillərdə bəhs etdiyimizdən burada uzunçuluq 

etməyi  lüzumsuz  bilirik.  Lakin  bunu  demək  lazımdır  ki,  bu  növ  hədislər  səhabədən 

gələnhədislərdir və iki qismə ayrılır: Mütləq və Müqəyyəd

Mütləq  məvquf  o  hədisdir  ki,  onu  Peyğəmbərin  (s)  və  ya  İmamın  (ə)  səhabəsi 

Peyğəmbər  (s)  və  ya  İmamdan  (ə)  müttəsil  və  ya  münqəti  sənədlə  rəvayət  etmiş 

olsun. 


Müqəyyəd məvquf isə o hədisdir ki, onu məsumun (ə) səhabəsindən başqasına 

aid olsun. Buna deyilər “filankəs filankəsin üzərində dayandı (vüquf).”

1451

 Nuri yazır: 



“Məvquf  səhabədən  qəvli,  feli  və  ya  təqriri  olan,  müttəsil  və  ya  münqəti  formada 

gələn  hədisdir.  Əgər  başqalarından  gələrsə,  müqəyyəd  olacaq.  Necə  ki,  deyilir: 

filankəs Zühriyə dayanıb dedi. Xorasan fəqihləri məvqufu əsər adlandırıblar.”

1452


 

Səhabənin  sözü  şiə  məzhəbinə  görə  höccət  sayılmır.  Höccət  və  ya  dəlil  yalnız 

məsumun  (ə)  kəlamı  ola  bilər.  Səhabələr  isə  məsum  deyillər.  Onların  bəzi  Quran 

ayələrinin  təfsiri  haqqında  dedikləri  hədislərə  gəldikdə  isə,  bilmək  lazımdır  ki, 

hədisşünasların  səhabələrdən  məvquf  olaraq  dedikləri,  ayənin  nazil  olma  səbəbini 

bəyan  etmək  üçündür.  Buna  misal  Cabirin  hədisi  göstərilir:  “Yəhudilər  deyirdilər: 

Hər kəs öz qadınına arxadan yaxınlaşsa, onun övladı olacaqdır.” Elə bu halda Allah 

taala  “Qadınlarınız  sizin  tarlanızdır,  istədiyiniz  vaxt  öz  tarlanıza  gəlin!”

1453

 nazil 


etdi.

1454


 Buradan  göründüyü  kimi,  səhabə  qeybi  və  axirətə  aid  heç  bir  xəbər  vermək 

ixtiyarında  deyil  və  belə  edərsə,  təbii  ki,  onun  dedikləri  dəlil  ola  bilməz  və  tərk 

edilməlidir.  Həmçinin  səhabənin    bəzi  vaxt  məsumdan  (ə)  öyrəndiyi  məsələ  barədə 

                                                 

1449

 bax: Abdullah əl-Maməqani, Məqabisül-hidayə, səh. 60 



1450

 bax: bu kitabın əvvəlki fəslinə 

1451

 C. Sübhani, adı keçən əsəri, səh. 101 



1452

 ət-Təqrib vət-Təysir, c. II, səh. 149 

1453

 əl-Bəqərə-223 



1454

 C. Sübhani, Ülumul-hədis və əhkamuhu 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə