Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə183/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   179   180   181   182   183   184   185   186   ...   199

[394] 

 

sənədinin  müttəsil  (bitişik)  olmamasına  görədir.  Lakin  buna  baxmayaraq  əhli-sünnə 



alimləri  də  mürsəl  hədisi  bütünlükdə  inkar  etməmişlər.  Şafei  “ər-Risalə”  əsərində 

yazır ki, tabeunların böyüklərindən nəql olunan mürsəl hədislər məqbuldur. Həmçinin 

müasir  alimlər  də,  “əgər  mürsəl  hədis  hafiz  və  güvənilən  kimsələr  tərəfindən  bir 

başqa  təriqlə  müsnəd  olaraq  rəvayət  edilmişsə,  o  zaman  mürsəlin  səhhətinə  hökm 

edilir.

1390


 

Hər  iki  məzhəbin  mürsəl  hədis  haqqında  olan  görüşləri  müxtəlif  və  bəzən  də 

ziddiyyətli  olduğundan  onun  səhhəti  haqqında  sabit  bir  şey  söyləmək  mümkün 

deyildir. Amma, bunu qeyd etmək lazımdır ki, şiə məzhəbli alimlər İbn Əbi Ümeyrin, 

əhli-sünnə alimləri isə Səid bin Müseyyibin, bəziləri isə İbrahim əl-Məhainin mürsəl 

hədislərini səhih bilmişlər.

1391

 

Mürsəl hədisə aşağıdakı hədis misal göstərilir: 



 ملاسلا هيلع اللهدبع يبأ ىلإ هعفر انباحصأ ضعب نع ،رابجلادبع نب دمحم نع ،سيردإ نب دمحأ

 :لاق

 كلت :لاقف ؟ةيواعم يف ناك يذلاف :تلق :لاق نانجلا هب بستكاو نمحرلا هب دبع ام :لاق ؟لقعلا ام :هل تلق

لقعلاب تسيلو ،لقعلاب ةهيبش يهو ،ةنطيشلا كلت ! ءاركنلا

.

1392

 

 

əl-Münqəti 

Münqəti hədis o hədisə deyilir ki, onun isnadı müttəsil deyil və bu hansı surətdə 

olursa  olsun  heç  bir  fərqi  yoxdur.  Bu  Nurinin,  Xətibin  və  İbn  Əbdülbirrin  də 

görüşüdür.

1393


 Həmçinin  münqəti  hədis  ətbaüt-tabeundan  olan  bir  şəxsin  tabeunu 

atlayaraq birbaşa səhabədən nəql etdiyi hədis kimi də tərif edilmişdir.

1394

 Buna misal 



olaraq  Malik  bin  Ənəsin  Abdullah  bin  Ömərdən  rəvayət  etdiyi  hədisləri  göstərirlər. 

Çünki  Malik  ətbaüt-tabeundan  olub  Abdullah  bin  Öməri  görməmişdir.  Həmçinin 

tabeundan əvvəl bir ravinin düşməsi və yaxud da sənəddə mübhəm bir şəxsin adının 

olması  da  münqəti  hədisdir  demişlər.

1395

 Bundan  başqa  münqəti  hədisi  belə  də  tərif 



edirlər  ki,  tabeundan  və  ya  qeyrisindən  qəvli  və  ya  feli  olaraq  rəvayət  edilən  hədis 

münqətidir.

1396

 

Görkəmli üsul alimi Şəhid Sani də münqəti hədisə belə tərif verir:  “Sənədində 



bir  şəxsin  düşdüyü  və  ya  başqa  sözlə  tabeundan  gələn  rəvayətə  şamil  edilən 

hədisdir.”

1397

 Digər  nəhəng  üsul  alimlərindən  olan  Bəhaəddin  əl-Amili  isə  münqəti 



hədisə  başqa  bir  tərif  vermiş  və  onun  bir  neçə  təbəqədə  olduğunu  bəyan  etmişdir. 

Belə ki, alim yazır: “Münqəti ümumi və xüsusi mənalarda işlədilir. Ümumi mənada 

budur ki, ona müəlləq və mürsəl hədislər də daxildir. Xüsusi mənada isə onun tərifi 

belədir:  hansı  surətdə  olursa  olsun,  isnadı  məsuma  (ə)  yetişməyən  hədisdir  və  onun 

altı qismi vardır: Çünki ravinin sənəddən düşməsi (hizf) ya əvvəldə, ya ortada, yaxud 

da sonda ola bilər. Həmçinin sənəddən bir və ya bir neçə ravi düşə bilər: 

                                                 

1390


 T. Koçyigit, adı çəkilən əsəri, səh. 70-71 

1391


 bax: C. Sübhani, üsuli-hədis və əhkamuhu, səh. 108-109, əl-Qumi, Qəvaninül-üsul, c. II, səh. 478, Süyuti, Tədribür-

ravi, səh. 123-124, X. əl-Bağdadi, əl-Kifayə, səh. 404-405 

1392

 Küleyni, Üsuli-kafi, c. I, səh. 13, Əllamə Məclisi, Miratül-əqil, c. I, səh. 32 



1393

 bax: C. Sübhani, adı çəkilən əsəri, səh. 103 

1394

 C. Sübhani, adı çəkilən əsəri, İ. L. Çakan, Hədis üsulu, səh. 134 



1395

 C. Sübhani, adı çəkilən əsəri, İbn Kəsir, İxtisaru ülumil-hədis, səh. 53 

1396

 Nuri, ət-Təqrubu vət-təysir, c. I, səh. 171, C. Sübhani, adı çəkilən əsəri 



1397

ər-Riayə fi elmid-dirayə, səh. 135 




[395] 

 

1-2. Əgər isnadının əvvəlində bir və ya bir çox ravi düşmüşsə, o müəlləqdır. 



3-4. Münqəti xüsusi mənada belədir: isnadının  ortasında bir və  ya bir neçə ravi 

düşmüş hədisdir. 

5-6.  Mürsəl.  Deməli,  sənədinin  ortasında  bir  və  ya  çox  ravi  düşmüş  hədis 

münqətidir bu bizim görüşümüzdür.

1398

 

Bu  qismləri  və  tərifləri  məşhur  üsul  alimlərindən  olmuş  Hüseyn  bin 



Əbdüssəməd də “Vüslul-əxyar ilə üsulul-əxbar” əsərində

1399


 qeyd etmişdir. 

Qeyd olunan bu təriflərdən belə məlum olur ki, münqəti hədis sənədində ravinin 

və yaxud da bir neçə ravilərin düşməsi nəticəsində meydana gələn bir hədis növüdür. 

Hər iki məzhəb alimlərinin qeyd etdikləri bu təriflər onu göstərir ki, münqəti hədisin 

tərifində  məzhəblər  arasında  bir  ortaqlıq  vardır,  amma  onun  tanıdılması  və  ya  tərif 

edilməsi heç də bir yöndən olmayıb, müxtəlif istiqamətlərdən özünü göstərməkdədir. 

Münqəti  hədisə  verilən  bu  müxtəlif  təriflər  bəzən  onu  digər  hədis  növlərindən,  o 

cümlədən müəlləq və mürsəl hədislərdən tam seçilməsinə əngəl törədir. Buna görə də 

bəlkə də bu təriflər içərisində ən dürstü və uyğun gələni Bəhaəddin Amilinin oğlunun 

da  qəbul  etdiyi,  sənədində  bir  ravinin  düşdüyü  hədis,  məxsusən  sənədin  ortasında 

hizfin  olmasıyla  ortalığa  çıxan  bir  hədis  çeşididir.  Həmçinin  bu  təriflər  içərisində 

ətbaüt-tabeundan gələn hədis münqətidir tərifinin də qəbul edilməsi daha aydın olar. 

 

əl-Mudal 

Mudal  hədis  o  növ  hədislərdəndir  ki,  onun  sənədində  birdən  çox  ravi  düşmüş 

olsun.  Çünki  Mudal  qarışıq  olan,  qapalı  olan  mənasındadır.

1400


 Mudalın  digər  bir 

tərifi  isə  belədir:  “Sənədinin  əvvəlində,  ortasında  və  yaxud  da  sonunda  iki  və  daha 

çox  ravinin  düşdüyü  hədisdir.”  Bu  hədis  Bəhaəddin  Amilinin  atasının  tərifidir.

1401


 

Lakin Bəhaəddin Amili isə bu növ hədisi belə tərif etmişdir: “Sənədinin ortasında bir 

ravi düşərsə münqəti, çox ravi düşərsə, o hədis mudaldır.”

1402


 

Əhli-sünnə alimləri də mudal hədisə belə tərif vermişlər ki, “Sənədinin hər hansı 

bir yerindən dalbadal iki və daha çox ravi düşərsə, o hədis mudaldır.”

1403


 

Burada  da  göstərilən  təriflər  arasında  qarışıqlıq  vardır.  Bu  qarışıqlıq  isə  mudal 

hədisə  verilən  təriflərin  müxtəlifliyindən  irəli  gəlir.  Ustad  Sübhani  demişkən  bu 

istilahların müxtəlifliyi onların açıq-aydın şəkildə ifadə olunmasına imkan verməyib 

qarışıqlıq  əmələ  gətirmişdir.  Həqiqətən  də  istilahda  olan  ixtilaf  oxucunun  zehnini 

qarışdırır.  Gərək  hər  kəs  şübhəli  olmayan  və  yəqinlik  gətirən  miqdarla 

kifayətlənsin.

1404


 

Mudal hədisə aşağıdakı hədisi misal göstərmək olar: 

“Musa  bin  İsmayıl  -  Həmmad  bin  Sabit-əl-Bənani-  Peyğəmbərdən  (s)  nəql 

edir...” Bu sənəddə əl-Bənani ilə Peyğəmbərin (s) arasında iki ravi düşmüşdür. Onlar 

                                                 

1398


 əl-Vəcizə, səh. 3 

1399


 səh. 105-106 

1400


 Şəhid Sani, ər-Riayə fi elmid-dirayə, səh. 137 

1401


 Hüseyn bin Əbdüssəməd, Vüsulul-əxyar ilə üsulil-əxbar, səh. 108 

1402


 əl-Vəcizə, səh. 3 

1403


 İ. L. Çakan, Hədis üsulu, səh. 134 

1404


 C. Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 110-111 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə