[65]
yanında yalnız iki il bir neçə ay olan Əbu Hüreyrə əd-Dusinin rəvayətlərindən az
olmasının səbəbi nədir? Biz bunu bilmirik, amma oxucu bunu bilir!!!”.
300
Muqillun səhabələrdən bir neçəsini sadalamaq faydalı olardı.
1). İmam Əli (ə) 536 hədis
2). Ömər bin əl-Xəttab 537 hədis
3). Osman bin Əffan 146 hədis
4). Əbu Bəkr 142 hədis
5). Əbu Zərr əl-Qəffari281 hədis
6). Peyğəmbərin(s) xanımı Ümmu Sələmə 378 hədis
7) Üsamə bin Zeyd 128 hədis
8). Abdullah bin Məsud 848 hədis
9). Əbu Musa əl-Əşəri 360 hədis
10). Səd bin əbi Vəqqas 271 hədis
11). Əbu Dərda 179 hədis
12). Übeyy bin Kəb 164 hədis
13) Müaviyə bin Əbi Süfyan 163 hədis
14). Muaz bin Cəbəl 157 hədis
15) Əbu Əyyub əl-Ənsari 155 hədis
16). Abdullah bin Amr bin Asın Peyğəmbərdən (s) 700 hədis nəql etməsi
rəvayətedilir. Lakin o, “əs-Səhifətüs-sədiqa”sında 1000 hədis olduğunu demişdir.
Abdullah bin Asın həmin səhifəsi əldə olmadığına görə alimlər bu barədə dəqiq
məlumat vermirlər. Amma onun rəvayətetdiyi hədislərin əldə mövcud olan kitablarda
700 ədəd olduğu göstərililr.
301
Bildiyimiz kimi Abdullah bin Amr bin As bin Vail Peyğəmbərin (s)
səhabələrindəndir. Onun künyəsi Əbu Məhəmməddir. Bəzən künyəsinin Əbu
Əbdürrəhman olduğuda deyilir.
302
Onun anasının adını Rəbiə bint Münəbbih kimi
qeyd etmişlər.
303
Abdullah bin Amr Peyğəmbərlərdən (s) eşitdiyi bütün hədislərini yazmışdır.
Əbu Hüreyrə bu xüsusda deyir: “Rəsulullahın (s) hədisi-şəriflərini məndən çox
əzbərləyən və rəvayət edən olmamışdır. Amma Abdullah bin Amr məndən daha çox
əzbərləmişdi. Çünki o yazırdı, mən isə yazmırdım”.O, Süffeyn müharibəsində İmam
Əliyə (ə) qarşı vuruşanlardan olmuşdur. O, bu hadisəni belə nəql edir: “Süffeyn
günündə atam Allah adına and verərək savaşmağım üçün israr etdi. Mən də
Rəsulullaha (s) verdiyim bu sözünü xatırlayaraq meydana çıxdım. Amma vallahi
qılıncı qınından çıxarmadım, mizraq çalmadım, bir dənə də olsun ox atmadım.”
304
Abbdullahın Peyğəmbərin (s) bu sözünü xatırladım deməsi, Peyğəmbərin (s)
ona: “Ey Abdullah! Həm Namaz qıl, həm yat, həm oruc tut, həm də atana itaət et”
300
Üsulul-hədis və əhkamuhu, səh. 126
301
Ali Özək, Hədis Ricalı, səh. 60-61
302
İ. Canan, Hədis Üsulu və Hədis tarixi, səh. 84
303
Mustafa Eriş, Səadət çağınadan simalar, c. II, səh. 147
304
İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 87
[66]
vəsiyyətidir. Amma çox təəccüblüdür. Məgər Peyğəmbər (s) “Haqq Əli ilə, Əli də
haqq ilədir”
305
deyə buyurmamışdırmı!?
Abdullah bin Amrin ölüm və tarixi ixtilaflıdır. Onun ölüm ilini hicri 63,65,69-
cuilləri göstərmişlər. Onun Məkkədə, Misirdə, Taifdə və Şamda ölməsi barədə
müxtəlif fikirlər var. Lakin bəzi alimlər onun miladi 684-cü ildə Şamda öldüyünü
qeyd edirlər.
306
Səhabələrin sayı
Səhabələrin sayına gəldikdə bu qəti şəkildə bilinmir. Hədis alimləri bunların
sayını dəqiq olmasa da, bəzi təxminlər irəli sürmüşlər. Belə ki, Əbu Zurrə ər-Raziyə
görə onların sayı 114.000olmuşdur.
307
Əbu Zurraya görə 114.000 səhabə təkcə Məkkə
və ya Mədinədə deyil, bütün bölgələrdə olan səhabəni nəzərdə tutmuşdur.
Əli bin Mədini isə səhabələrin dəqiq sayını göstərməsə də, onların 100.000-dən
artıq olduğunu deyir.
Ər-Rafeyə görə isə səhabələrin sayı 30.000 Mədinədə, 30.000 isə ərəb
qəbilələrində olmaqla 60.000 səhabə olmuşdur.
308
Səhabələrin sayını bəzi alimlər dəqiq göstərməsələr də 40.000-120.000 arası
olduğunu da qeyd etmişlər.
Səhabələrin bioqrafiyası haqqında külli miqdarda əsər yazılsa da burada yalnız
10.000-12.000 səhabənin olmasından bəhs edilmişdir.
Səhabələr haqqında yazılan əsərlər
Tarixi qaynaqların verdikləri məlumatlara görə səhabələr haqqında yazılan
əsərlər Sədrül-İslamın əvvəlki dövrlərinə təsadüf edir. Çünki Peyğəmbər (s) vəfat
etdikdən sonra ondan hədis rəvayət edən təbəqənin tanınması üçün Rical elminə
böyük ehtiyac yaranmışdır. Müsəlmanlar bu elmin vasitəsi ilə nəql olunan hədislərin
sənədinin səhih və ya zəif olmasını bu elmin köməkliyi ilə əldə etmişlər. Rical elmi
səhabələrin və həmçinin onlardan sonra gələn təbəqələrin əhvalını dəqiq şəkildə
araşdırır, onların tanınmasını təmin edir.
Ümumiyyətlə Peyğəmbərin (s) hədislərini bizə çatdıran təbəqənin əhvalı ilə
əlaqədar yazılan əsərlərin tarixi çox qədimdir. Rical elmi barədə ilk əsəri hicri birinci
əsrdə İmam Əlinin (s) səhabəsi Ubeydullah bin Rafe yazmışdır. Onun əsəri “ət-
Tabaqat” adlanır. Bundan sonra Abdullah əl-Kənani (öl.219 h/q) “Rical” kitabını,
Həsən bin Fəzl (öl. 224 h/q), Əli bin Həsən bin Fəzl (doğulub.206h/q) və digərləri
kitablar yazmışdır.
309
Hicri dördüncü və beşinci əsrlərdə də səhabələr haqqında kitab yazmaq işi
davam etmişdir. Bu iki əsrdə Şeyx Əhməd bin Əli ən-Nəcaşi (öl.450 h/q) və Şeyx
Məhəmməd bin Həsən ət-Tusi (öl.460 h/q) də əsər yazmışlar.
310
305
Səhihi-Buxari, kitabül-fədail, babu fədaili-Əli (ə)
306
bax: adı keçən mənbələrə
307
C. Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 126
308
İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 455
309
Ayətullah Seyid Əli Xamnei, əl-Üsulul-ərbəə fi ilmir-rical, səh. 6
310
həmin mənbə