|
![](/i/favi32.png) Qafqaz müSƏlmanlari idarəSİAzərbaycan və Əhli-beyt irsiAzerbaycanda-Ehlibeyt-irsiAzərbaycan və Əhli-beyt irsi
34
2. Ümumilikdə bu hədisdə Azərbaycanla bağlı məqa-
mın müsbət məna daşıdığını iddia etmək çətindir. Qarşısın-
da heç nə dayana bilməyən Azərbaycan və ya Azərbay-
candan çıxan alov hər nədirsə, hədisdə ona qoşulmamaq və
İmam Mehdinin (ə) zühurunu gözləmək tövsiyə olunur.
Tədqiqatçılar belə bir ehtimal irəli sürmüşlər ki, əgər hədisi
səhih qəbul etsək belə, burada yenə Abbasilər dövründəki
türk təsirindən danışılır. Hər halda, hədisdən görünən budur
ki, Azərbaycanla bağlı məqam Mehdinin (ə) zühuru ilə
bağlı deyil; şiələrin vəzifəsi səbrlə o həzrətin zühurunu göz-
ləməkdir.
Nömaninin “əl-Ğeybə” kitabında
17
Azərbaycanla
bağlı daha bir rəvayət də gözə çarpır:
َلاَق ُّيِرَوَنيِّدلا ٍدَّمَحُم ُنْب ُدَمْحَأ اَنَثَّدَح َلاَق ٍديِعَس ِنْب ِدَّمَحُم ُنْب ُدَمْحَأ اَنَرَبْخَأ
يِنَثَّدَح ْتَلاَق ٍسْوَأ ُتْنِب ُةَريِمَع اَنَتْثَّدَح َلاَق ُّيِفوُكْلا ِنَسَحْلا ُنْب ُّيِلَع اَنَثَّدَح
ُهَّنَأ ِراَبْحَأْلا ِبْعَك ْنَع َةَرْمَض ِنْب ِهَّللا ِدْبَع ْنَع ِنَمْحَّرلا ِدْبَع ُنْب ُنْيَصُحْلا يِّدَج
ُلَتْقُي ٌبْرَح َكْلِت َناَجيِبْرَذآ َو ٍةَّيِنيِمْرَأ ٍناَيْتِف َعَم ِساَّبَعْلا ِدْلُو ِبْرَح َو ... لاَق
َكْلِت ٌدوُس ٌتاَياَر ِهْيَلَع ُقِفْخَت ىَّلَحُم ٍفْيَس ىَلَع ُضِبْقَي ٌّلُك ٌفوُلُأ َو ٌفوُلُأ اَهيِف
ُرَبْغَأْلا ُنوُعاَّطلا َو ُرَمْحَأْلا ُتْوَمْلا اَهُبوُشَي ٌبْرَح
İmam Mehdinin (ə) zühurundan əvvəl baş verəcək
hadisələri işıqlandıran hədisin bu hissəsində deyilir: “Abbas
oğullarının Ərməniyyə və Azərbaycan cavanları ilə döyüşü
(baş verəcək). Bu döyüşdə minlərlə adam öləcək, hər kəs
bəzəkli qılıncını sıyırıb döyüşəcək. Qara bayraqlar dalğala-
nacaq. Bu döyüş al-qırmızı ölümlə və dəhşətli taunla qa-
rışacaq”.
17
X bab, hədis 4, səh. 148-149.
|
|
|