|
Qafqaz müSƏlmanlari idarəSİAzərbaycan və Əhli-beyt irsiAzerbaycanda-Ehlibeyt-irsiAzərbaycan və Əhli-beyt irsi
36
Talutun başçılığı altında düşmənlə döyüşə yollanan mömin
əsgərlərin sayıdır. Həmçinin, İslam uğrunda aparılmış ilk
irimiqyaslı hərbi əməliyyatın - Bədr savaşının müsəlman iş-
tirakçıları da 313 nəfər olmuşlar. “Səhihül-Buxari”də rəva-
yət edilən Bəra ibn Azibin sözü də bunu sübut edir.
19
İmam Mehdinin (ə) silahdaşlarının böyük əksəriyyə-
tini əcəmlər (qeyri-ərəb millətlərindən olanlar) təşkil edə-
cək. Hətta İbn Ərəbi “əl-Fütuhatül-Məkkiyyə” əsərində on-
ların hamısının qeyri-ərəb olduqlarını, amma ərəb dilində
danışacaqlarını iddia edir ki, bu da İmamın (ə) səhabələri
arasında Ərəbistan, İraq, Yəmən, Bəhreyn, Oman, Şam, Mi-
sir əsilli şəxslərin olacağını bildirən hədislərlə ziddiyyət
təşkil edir.
20
313 nəfər müsəlman Şərqinin müxtəlif şəhərlə-
rinə mənsubdur. Elə şəhərlər var ki, oradan cəmi bir nəfər
çıxacaq. Bəzi şəhərlərin isə bir neçə (hətta onlarla) sakini
bu dəstəyə aid olacaq. Hindistan, Orta Asiya, Afrika əsilli
insanlar da bu cərgədə yer tutacaqlar. Hətta onların arasında
Qərb (Firəngistan və Əndəlüs) müsəlmanlarının da olaca-
ğına işarələr vardır.
Bu şəxslərin bəzilərinin kimliyi hədislərdə açıq
şəkildə göstərilir. Məsələn, dörd peyğəmbərin – Həzrət İsa
(ə), İdris (ə), Xızır (ə) və İlyasın (ə) İmam Mehdiyə (ə)
yardım göstərəcəkləri və keçmişdə yaşamış daha 27 nəfər
müqəddəsin ilahi əmrlə dirilib ona qoşulacağı bildirilir.
Həmin 27 nəfər bunlardan ibarətdir: 7 nəfər Əshabi-kəhf,
Həzrət Musa Peyğəmbərin (ə) qövmündən ədalətlə hökm
vermiş 15 nəfər mömin, Həzrət Musanın (ə) canişini Yuşə
19
Səhihül-Buxari. Kitabül-məğazi. VI bab, hədis 3957-3959.
20
Əli Kurani. Əsrüz-zühur. səh. 216-217.
|
|
|