|
![](/i/favi32.png) Qafqaz müSƏlmanlari idarəSİAzerbaycanda-Ehlibeyt-irsiMəqalələr toplusu
37
ibn Nun, fironun qövmündən iman gətirmiş mömin, Salman
Farisi, səhabə Əbu Dücanə və Malik Əştər.
21
On ikinci İmamın (ə) silahdaşlarının adı, vətəni və
hər coğrafi məkandan neçə nəfərin çıxacağı barədə məlu-
matlar rəvayətlərdə fərqlənir. Bu barədə bir neçə hədis
vardır ki, onların hamısının sənədi Həzrət Əliyə (ə) gedib
çıxır. Həmin rəvayətlərin fərqli variantları aşağıdakı kitab-
larda öz əksini tapmışdır:
1.
Şeyx Əli Yəzdi Hairi. “İlzamün-nasib fi isbatil-
hüccətil-ğaib”;
2.
Seyid ibn Tavus. “Əl-Məlahim vəl-fitən”;
3.
İbn Cərir Təbəri əs-Səğir. “Dəlailül-imamə”;
4.
Mir Məhəmməd Sadiq Xatunabadi. “Kəşfül-
həqq”;
5.
Seyid Məhəmməd Kazım Qəzvini. “İmam Mehdi
əz vəladət ta zühur” və s.
İmam Mehdinin (ə) 313 nəfər səhabəsi arasında həm
Cənubi, həm də Şimali Azərbaycandan onlarla şəxsin ola-
cağı şübhəsizdir. Cənubi Azərbaycana aid olan Xunəc şəhə-
rindən iki, Ərdəbildən bir, Marağadan bir (digər rəvayətə
görə üç), Səlmasdan bir, Xoy şəhərindən bir, Təbriz yaxın-
lığındakı Cabrəvan məntəqəsindən üç nəfər, əhalisinin
böyük hissəsini azərbaycanlılar təşkil edən Həmədandan
iki, Qəzvindən səkkiz nəfər İmamın (ə) qoşununda yer
tutacaq.
Seyid Məhəmməd Kazım Qəzvininin “İmam Mehdi
əz vəladət ta zühur” kitabında
22
İmam Mehdinin (ə) səha-
21
Biharül-ənvar. 52-ci cild, səh. 346; Təfsirül-Əyyaşi, 2-ci cild, səh. 32.
22
səh. 589.
|
|
|