|
![](/i/favi32.png) Qafqaz müSƏlmanlari idarəSİAzərbaycan və Əhli-beyt irsiAzerbaycanda-Ehlibeyt-irsiAzərbaycan və Əhli-beyt irsi
38
bələrinin və mənsub olduqları şəhərlərin adı siyahı şəklində
verilir. Bu siyahıda Əhməd və Hüseyn adlı iki nəfərin Ər-
məniyyədən çıxacağı bildirilir və bu adın o zamanlar indiki
İran, Türkiyə, Azərbaycan Respublikası ərazilərinə şamil
olduğu qeyd edilir. Eyni adlar Şeyx Əli Yəzdi Hairinin “İlza-
mün-nasib fi isbatil-hüccətil-ğaib” kitabında
23
da verilir.
Mir Məhəmməd Sadiq Xatunabadinin İmam Mehdi
(ə) barədə 40 hədisin şərhindən ibarət olan “Kəşfül-həqq”
kitabında
24
Şeyx Hibətullah Trablusinin “əl-Fərəcül-kəbir
fil-ğeybə” əsərinə istinadən Cabir ibn Abdullah vasitəsilə
İmam Əlidən (ə) rəvayət edilən hədisdə də Azərbaycandan
3 nəfərin çıxacağı bildirilir. O zamanlar Azərbaycan ərazisi
şimallı-cənublu vahid anlamda qəbul edildiyi üçün bu üç
nəfərin Şimali yoxsa, Cənubi Azərbaycana mənsubluğunu
qəti şəkildə söyləyə bilmərik.
İbn Cərir Təbərinin (onu məşhur tarix və təfsir
müəllifi Təbəri ilə qarışdırmayın; bu, daha sonralar yaşamış
alimdir) “Dəlailül-imamə” kitabında da İmam Mehdinin (ə)
səhabələrinin adı və hansı bölgələrdən olmaları barədə fərq-
li variantlarda məlumatlar verilir. Həmin kitabda oxuyuruq:
.روجام نب دمحم نب ديبع وه و لجر ناقوم نم و
“Və Muğandan bir nəfər. O, Übeyd ibn Məhəmməd
ibn Məcurdur”.
25
Həm Şimali, həm də Cənubi Azərbaycan-
da Muğan məntəqəsi olduğu üçün burada hansının nəzərdə
tutulduğu tam aydın deyil.
23
2-ci cild, səh. 202-203.
24
səh.186.
25
səh. 310.
|
|
|