Azərbaycan və Əhli-beyt irsi
42
SEYİD YƏHYA BAKUVİNİN
ƏHLİ-BEYT SEVGİSİ
Fəridə Əliyeva,
şərqşünas-tədqiqatçı
Ümumi mənada Həzrət Peyğəmbərin (s.a) ev əhalisi
olaraq qəbul edilən
Əhli-beyt
anlayışı İslam mədəniyyətinin bir
çox sahələrində özünə yer etmişdir. Gündəlik həyatımızda
Peyğəmbər (s.a) nəslindən olan seyid və şəriflərə göstərilən
ehtiram Rəsulullahın (s.a) onlara qarşı sevgi, hörmət bəsləməyə
təşviq, əksindən çəkindirməsinin bir nəticəsidir. Eləcə də,
fərzlərlə yanaşı, Rəsulullahın (s.a) sünnətinə əməl edərək
insanı-kamil olmağa can atan sufilər də Əhli-beyt sevgisini
qəlbdə və dildə yaşadanlardan olmuşlar. Bu sevgini qəlbində
yaşayıb dilində vəsf edən mürşid sufilərdən
biri də Seyid Yəhya
Bakuvi (v:1463/66) həzrətləri olmuşdur. Bu məqalədə XV əsr
Azərbaycanın irfani həyatında baş rolu oynamış şirvanlı
mütəfəkkirin əsərlərində Əhli-beyt sevgisinin təzahürlərini üzə
çıxarmağa çalışacağıq.
Dostları ilə paylaş: