Əhli-beyt qavramı
Ərəb, fars və türk dilli islami ədəbiyyatda
Əhli-beyt
,
ali-əba
,
pənceyi-ali-əba
,
xəmseyi-ali-əba
,
əhli-kisa
kimi
müxtəlif adlarla anılan “Əhli-beyt” ifadəsi islami ənənədə ən
çox müzakirə edilən mövzular içərisində yer almaqdadır.
Belə ki, hərfi mənası “ev əhalisi” demək olan bu ifadə
Qurani-Kərimdə 3 yerdə keçmişdir: bunlardan ilki, Hud
Məqalələr toplusu
43
surəsinin 73-cü ayəsi
1
Həzrət İbrahimin (ə), ikincisi, Qəsəs
surəsinin 12-ci ayəsi
2
Musa əleyhissalamın və üçüncüsü,
Əhzab surəsinin 33-cü ayəsi Məhəmməd Peyğəmbərin (s.a)
ev əhalisi haqqındadır.
3
Əhzab surəsinin 33-cü ayəsi “Əhli-
beyt” ifadəsi ilə kimlərin nəzərdə tutulduğu mübahisəsində
əsas dəlildir. İkinci qüvvətli dəlil isə Peyğəmbərin (s.a)
xanımı Həzrət Ümmü-Sələmədən rəvayət edilən hədisdir:
“Peyğəmbər (s.a) Həzrət Ümmü Sələmənin evində ikən
Həzrət Fatimə əlində ət və undan hazırlanmış yemək dolu bir
qabla gəlmiş. Peyğəmbər (s.ə.v) Həzrət Fatiməyə Həzrət Əli
(ə) və oğulları Həsənlə (ə) Hüseyni (ə) də çağırmasını
buyurdu. Birlikdə yemək yedikləri əsnada Əhzab surəsinin
məlum ayəsi endirildi: “
Ey Əhli-beyt! Allah sizdən çirkinliyi
(günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər
”.
Rəsulullah (s.a) onları əbasının (kisa) altına toplayaraq:
“Bunlar mənim Əhli-beytimdir”, - dedi. Və: “Allahım, mə-
nim Əhli-beytim və yaxınlarım bunlardır. Bunlardan pisliyi
uzaq et, onları pak et”, - şəklində dua etdi. Bunu eşidən
1
(Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən?
Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür
olunmağa, öyünüb mədh edilməyə layiqdir!” (Allahın bütün işləri bəyənilmişdir.
O, tükənməz və əvəzsiz nemət, ehsan və kərəm sahibidir!)
2
Bundan (anası saraya gəlməmişdən) qabaq Biz ona (Musaya) süd analarını (özgə
qadınların döşünü əmməyi) qadağan etmişdik. (Musanın bacısı Firon əhlinə) belə
dedi: “Sizin üçün o uşağa süd verməyi (ona baxmağı) təmin edəcək, həm də ona
qarşı xeyirxah olacaq (onunla yaxşı davranacaq) bir ailəni (ev əhlini) sizə nişan
verimmi?”
3
“Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın.
(Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə
göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey Əhli-
beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək
istər!”
|