Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə67/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   63   64   65   66   67   68   69   70   ...   135

Dövlät Maliyyäsi 
 
151 
Dövlət büdcəsinin gəlirlərinin icrasını  təmin edən orqanlar müəyyən edilmiş 
formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, 
iqtisadi və  təşkilati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına 
təqdim edirlər. Zərurət yarandıqda müvafiq icra hakimiyyəti orqanları təsdiq olun-
muş büdcə ayırmaları həddində, bölmələrin xərc maddələri və funksional təsnifatın 
paraqrafları  səviyyəsində iqtisadi təsnifatın yarım maddələri arasında müvafiq 
dəyişikliklər edə bilər. 
Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə  həyata keçirilir. 
Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək 
məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə  və  təşkilatlar 
üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır. 
Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar dövlət fond-
larına haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları, dövlət təminatı ilə aparıl-
mış kreditlər üzrə əməliyyatlar və digər dövlət əməliyyatları qanunvericiliklə mü-
əyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. 
Büdcə  təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş  və xidmətlərə görə 
dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və 
bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları  xəzinədarlıq 
tərəfindən ödənilir. Dövlət büdcəsinin icrası prosesində  qəbul edilmiş öhdəliklər 
üzrə  əməliyyatlar büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdə-
liklər üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar balansına təmin olunur. İlin 
sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə balan-
sına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür və həmin vəsait 
növbəti ilin aidiyyati büdcə xərclərinin ödənilməsinə yönəldilir. 
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsində  nəzərdə 
tutulan vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fonduna vəsaitin ayrıl-
ması həmin ilin vergi daxilolmalarının azaldılması balansına həyata keçirilir. Döv-
lət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid balansında müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır. 
Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri tam həcmdə 
və vaxtında vahid xəzinə balansına köçürməlidirlər. Dövlət büdcəsinin icrasına dair 
hesabatın layihəsi və icmal hesabat müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
hazırlanır. Büdcə  təşkilatları  tərəfindən malların (işlərin və xidmətlərin) satın 
alınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 
Dövlət büdcəsinin icrası barədə hesabat 
Dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı ayın 25-
dək tərtib olunur və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Hesabatda 
dövlət büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan 
yekunla əks etdirilir.  


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
152 
Dövlət büdcəsinin icrası barədə rüblük hesabat növbəti ilin birinci ayının so-
nunadək Azərbaycan Respublikasının Milli Məclisinə və müvafiq icra hakimiyyəti 
orqanlarına təqdim olunur. Hesabat mətbuatda dərc edilir. Rüblük hesabatda başqa 
göstəricilərlə yanaşı, gəlir və xərclərin icrasının müqayisəli təhlili verilir. Xərclərin 
maliyyələşdirilməsində faktiki göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq 
yarandıqda, hesabatda bu fərqlə bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair 
məlumatlar da əks olunur.  
Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təqdim 
olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra haki-
miyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olu-
nur. Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində gö-
türülən borclar və verilən dövlət təminatları, buraxılmış dövlət istiqrazları  və 
ehtiyat fondundan il ərzində istifadə haqqında məlumatları da əks etdirir. 
Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət büdcəsinin gəlirlə-
rini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən müvafiq icra hakimiy-
yəti orqanının müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan ye-
kunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır. 
Azərbaycan Respublikası Hesablama Palatası öz nizamnaməsinə uyğun olaraq 
dövlət büdcəsinin icrası barədə hesabatlara və müvafiq qanun layihələrinə dair rəy 
verir.  
Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş sənədləri müzakirə 
edir və müvafiq hesabat ili üzrə dövlət büdcəsinin icrası barədə qanun təsdiq edir.  
İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, xərc-
ləri, dövlət borcunun məbləği, kreditlər və s. məlumatlar da daxil olmaqla) mət-
buatda dərc edilir. 
Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi 
və onun Hesablama Palatası həyata keçirir. Dövlət büdcəsinin icrasına cari nəzarəti 
müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Dövlət büdcəsindən maliyyələşən 
icra hakimiyyəti orqanlarının və  təşkilatların rəhbərləri onlara tabe təşkilatlarda 
gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılması və vəsaitin təyi-
natı üzrə istifadəsinə görə qanunvericilikdə  nəzərdə tutulmuş qaydada məsuliyyət 
daşıyırlar.  
Dövlət büdcəsi gəlirlərinin və xərclərinin auditi qanunvericiliyə uyğun olaraq 
Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır. Dövlət büdcə-
sinin gəlirləri və  xərcləri arasında tarazlığın təmin olunması onun tətbiqinin və 
icrasının mühüm şərtidir. Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və 
xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda müvafiq icra hakimiy-
yəti orqanının təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında döv-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə