Dövlät Maliyyäsi
171
Milli Büdcə Qrupu ekspertlərinin
hesablamarina görə, 2013-cü il üçün proq-
nozlaşdırılan büdcə gəlirlərinin hər 100 manatından 4 manat 8 qəpiyi fiziki şəxs-
lərin gəlir vergisindən, 11 manat 90 qəpiyi hüquqi şəxslərin mənfəət vergisindən,
14 manat 45 qəpiyi əlavə dəyər vergisindən (ƏDV), 61 qəpiyi sadələşdirilmiş ver-
gidən, 3 manat 10 qəpiyi aksiz vergisindən, 60 qəpyi hüquqi şəxslərin əmlak vergi-
sindən, 16 qəpiyi hüquqi şəxslərin
torpaq vergisindən, 63 qəpiyi mədən vergisin-
dən, 28 qəpiyi yol vergisindən, 59 manat 26 qəpiyi dövlət neft fondunun trasnfe-
rindən, 1manat 93 qəpiyi qiyməti tənzimlənən məhsulların ixracı zamanı məh-
sulların kontrakt qiyməti (ixrac xərcləri çıxılmaqla) ilə ölkədaxili daxi-li
topdansatım qiymət araındakı fəqdən formalaşacaq, 1 manat 49 qəpiyi gömrük rü-
sumlarından, 6
qəpiyi dövlət rüsumundan, 0,3 qəpiyi dövlət mülkiyyətində olan
torpaqların icarəyə verilməsindən yığılan icarə haqqından, 85 qəpiyi digər gəlirlər-
dən formalaşacaq. Digər hesablamalar göstərir ki, 2013-cü ildə proqnozlaşdırıl-
mış dövlət büdcəsi gəlirlərinin hər 100 manatından 33 manat 40 qəpiyi Vergilər
Nazirliyinin, 7 manat 20 qəpiyi Dövlət Gömrük Komitısinin, 59 manat 30 qəpiyi
Dövlət Neft Fondunun, 10 qəpiyi isə digər məaxil mənbələr hesabına
formalaşa-
caq. Nəzərə alsaq ki, Vergilər Nazirliyinin xətti ilə təmin olunan 33 manat 40
qəpik vəsaitin 13 manat 80 qəpiyini neft sektorundan ödəmələr təşkil edəcək, onda
demək olar ki, 2013-cü il üçün proqnozlaşdırılmış büdcənin hər 100 manatından
73 manat 10 qəpiyi neft pullarından ibarət olacaq.
2013-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnozların əvvəlki ilin göstərici-
ləri ilə müqayisəli və strurktur təhlili aşağıdakı meylləri qiymətləndirməyə imkan
verir. Büdcənin neft gəlirlərindən asılılığı tendesiyası daha da güclənir. 2013-cü
ildə Dövlət Neft Fondundan proqnozlaşdırılmış daxilolmaların həcmi 11,350 mil-
yard manat təşkil edəcək ki, bu da həmin mənbədən daxilolmaların büdcə gəlir-
lərində xüsusi çəkisinin 59,3 faizə çatmasını şərtləndirəcək. Beləliklədə bu göstə-
rici 2012-ci ilin proqnoz göstəricisindən 1,1 faiz bəndi üstün olacaq.
Bundan
əlavə, növbəti ildə Vergilər Nazirliyinin xətti ilə təmin edilən vəsaitin 39,5 faizi və
ya 2,65 milyard manatı neft sektorundan daxil olmalar təşkil edəcək. Bununla
yanaşı növbəti il üçün proqnozlaşdırılan fiziki şəxslərin gəlir vergisinin bir hissəsi
də neft sektorunda çalışanların yüksək əmək haqları hesabına formalaşdır. Lakin bu
tədiyə növü üzrə büdcəyə daxilolmaların strukturu neft və qeyri-neft bölməsi üzrə
ayrılmadığına görə, neft sektorunda çalışanların ödədikləri fiziki şəxslərin gəlir
vergisinin həmin vergi növü üzrə proqnozlaşdıırlan cəmi daxilolmalarda
xüsusi çə-
kisini müəyyənləşdirmək mümkün olmamışdır. Odur ki, həmin tədiyə növü üzrə
gələn il ərzində neft sektorundan daxilolmalar nəzərə alınmadan aparılan hesabla-
malar göstərir ki, 2013-cü ildə Dövlət Neft Fondundan trasnferlər və neft sekto-
rundan birbaşa büdcəyə ödənilən vergi və digər ayırmalar hesabına büdcəyə yönə-
lən neft gəlirlərinin həcmi 14 milyard manata çatacaq və beləliklə də bu halda
ümumi büdcə gəlirlərində neft sektorundan daxilolmaların payı 73,1 faiz olacaq.
Prof. Dr. Cihan Bulut,
Elçin Süleymanov
172
Müqayisə üçün qeyd edək ki, növbəti ildə Rusiyada neft gəlirlərinin fedaral büd-
cədə payı 50 faizə qədər , Qazaxıstan büdcəsində isə 25 faiz proqnozladırılıb.
Qeyri-neft gəlirlərinin ÜDM-də payı 9,3 faiz olacaq. 2013-cü ildə proqnozlaş-
dırılan qeyri-neft gəlirləinin qeyri-neft ÜDM-də payı 2012-ci ilin proqznoz gös-
təricisi ilə müayisədə 0,3 faiz bəndi az olacaq. Növbəti ildə qeyri-neft sektorundan
proqnozlaşdırılan gəlirlərin ÜDM-də isə xüsusi isə cəmisi 9,3 faiz təşkil edəcək.
Bu isə qeyri-neft sektorunun potensialına və iqtisadi şaxələnmə imkanlarına adek-
vat deyildir. Belə ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə
qarşı xüsusi çəkisinin aşağı olması qeyri-neft sektorunun inkişafı ilə bağlı səslənən
siyasi bəyanatların iqtisadi əsaslarının olmamasının göstəricisidir.
Vergi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 12,2 faiz olacaq. 2013-cü ildə Vergi-
lər Nazirliyinin xətti ilə təmin edilən gəlirlərdə qeyri-neft sekrtorundan daxil ol-
maların payı 58,8 faiz təşkil edəcək. Ümumiyyətlə isə növbəti
ildə vergi gəlirləri-
nin ÜDM-də xüsusi çəkisi 12,2 faiz proqnozlaşdırılmışdır ki, bu da iqtisadiyyatda
liberallıq dərəcəsinin yüksək olmasını ifadə etsə də, Azərbaycandakı vəziyyəti
xarakterizə edə bilmir. Çünki, milli iqtisadiyyatda gizli iqtisadiyyatın xüsusi çə-
kisinin yüksək olması (2010-cu ilə olan son hesablamalara görə, bu göstəricinin
ÜDM-də xüsusi çəkisi 66,4 faiz olub) yaranmış vəziyyəti daha çox vergi intiza-
mının aşağı olması ilə izah etmək üçün əsaslar verir. Qeyri-neft büdcə kəsirinin
qeyri neft ÜDM-də xüsusi çəkisi 43 faizə catacaq. 2013-cü il üçün proqnozlaş-
dıırlan büdcədə qeyri-neft kəsirinin artırılması və neft gəlirlərindən asılılığın güc-
lənməsi də narahatlıq doğurur.
Hesablamalara görə, növbəti ildə qeyri-neft sek-
torundan proqnozlaşdıırlan daxil olmaların azalması qeyri neft kəsirinin artması-
na və nəticədə də onun qeyri neft ÜDM-də xüsusi çəkisnin 43 faizədək artmasına
səbəb olacaq. Azərbaycan hökümətinin makro-iqtisadi proqnozlarında 2016-cı ildə
qeyri-neft kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin 20 faizədək aşağı salın-
ması hədəflənsə də növbəti ilin büdcə proqnozlaşdırılması bu göstəricinin aşağı
salınması üçün yetərincə iqtisadi əsaslar yaradılmayıb. Odur ki, yaxın 3 ildə 2 dəfə
azalmanın proqnozlaşdırılması real Qeyri-neft gəlirləri cari xərcləirin yaxşı hal-
da 52 faizini örtə biləcək. 2013-cü ildə dövlət büdcəsinin proqnozlaşdırılan cari
xərcləri 10 milyard manata yaxınlaşacaq. Hesablamalar göstərir ki, növbəti ildə
qeyri-neft gərlirləri 5,2 mlrd. manat səviyyəsində proqnozlaşdırılır. Bu halda qeyri-
neft gəlirləri dövlət büdcəsinin cari xərclərinin maksimim 52 faizini ödəyə biləcək.
Fiziki şəxslərin gəlir vergisi üzrə artımın səviyyəsi ilə yeni iş yerlərinin artım dina-
mikası arasında fərq çoxdur. Bu fərqin yaranması yeni iş yerlərinin yaradılması ilə
bağlı açıqlanan rəsmi statistik rəqəmləri şübhə altına salır. Belə ki, bu ilin yanvar-
avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin orta aylıq əmək haqqının 8,6 faiz və müqayisə olaunan
dövr ər-
zində yeni və daimi iş yerlərinin 2 dəfəyədək artmasına baxmayaraq, növbəti
ildə fiziki şəxslərin gəlir vergisi 2012-ci ilin pronoz göstəricisində cəmisi 4,4 faiz