Dövlät Maliyyäsi
177
strukturun (içməli su, istilik təchizatı, elektrik enerjisi) yenidən qurulmasına yö-
nəldilir. Halbuki dünya ölkələrinin təcrübəsində hökumətlər həmin sahələri uzun-
müddətli idarəetmə əsasında özəl sektora verməklə, həm ictimai vəsaitlərdən daha
səmərəli istifadəyə şərait yaradır, həm də rəqabət mühitini stimullaşdırmaqla əha-
linin daha keyfiyyətli kommunal xidmətlər almasına hüquqi və institusional baza
formalaşdırır.
Büdcə investisiyalarında kommunal infrastruktur üstün mövqe qazanıb. 2012-
ci ildə dövlət əsaslı vəsait qoyuluşlarının struktunda ən yüksək pay nəqliyyat
layihələrinə məxsus idisə, növbəti il dövlət büdcəsindən kommunal infrastruktura,
ilk növbədə içməli su və kanalaizasiya şəbəkəsinin yenidən qurulmasına daha çox
vəsait ayrılacaq. Ümumilikdə 2013-cü ildə büdcənin investisiya xərclərinin 1
milyard 540 milyon manatı və ya 22,3 faizi kommunal infrastruktura, 1 milyard
298 milyon manatı (18,7 faizi) nəqliyyat sektoruna, 1 milyard 180 milyon manatı
(17,1 faizi) sosial layihələrə yönəldiləcək. Öz növbəsində, sosial layihələr üzrə
büdcə investisiylarının 562,6 milyon manatı ümumtəhsil məktəblərinin və peşə
liseylərinin, 250,8 milyon manatı mədəniyyət obyektlərinin, 146,6 milyon manatı
səhiyyə infrastrukturunun, 123,9 milyon manatı isə idman obyektlərinin təmir və
tikintisinə xərclənəcək. Bunlardan əlavə, hökumət gələn il büdcə investisiyaları
hesabına 368,1 milyon manat meliorasiya və irriqasiya, 266,2 milyon manat ener-
getika layihələrinin maliyyələşdirilməyi nəzərdə tutur.
2013-cü il dövlət büdcəsindən sahibkarlığın dəsəklənməsinə 193 milyon manat
ayrılacaq ki, bu 2012-ci ilin eyni göstəricsindən 57,9 milyon milyon manat və ya
30 faiz çoxdur. Həmin vəsaitlərin 150 milyon manatı Sahibkarlığa Kömək Milli
Fonduna, 35 milyon manatı «Aqrolizinq» ASC-yə, 8 milyon manatı Kənd Təsər-
rüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ayrılacaq.
Azərbaycan Respublikasının 2013-cü il icmal büdcəsinin xərclərinin yuxarı
həddinin məbləği 24 500 055,4 min manat müəyyən edilib. Azərbaycan Respub-
likası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublika-
sının 2013-cü il icmal büdcəsinin kəsiri 15 590 281,6 min manat məbləğində mü-
əyyən edilib.
7.11. DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ
Dövlətin iqtisadi funksiyaları arasında gəlirlərin yenidən bölgüsü, ictimai əmtəə
və xidmətlərin buraxılışı xüsusi əhəmiyyət kəsb edir ki, onun da həyata keçiril-
məsinə müxtəlif səviyyəli büdcələr vasitəsi ilə nail olunur. Büdcə vasitəsi ilə gəlir-
lərin yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir-biri ilə sıx əlaqədə olan
ikitərəfli prosesdir. Həmin prosesə aşağıdakılar daxildir:
79
79
Fuad Rəsulov, Dövlət Büdcəsinin Gəlirləri, Bakı, 2006, s. 20
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
178
− Büdcə gəlirlərinin yaradılması;
− Büdcə vəsaitlərinin xərclənməsi;
− Büdcənin tarazlaşdırılması.
Büdcə AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları va-
sitəsi ilə dövlətə, bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün
lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənə-
didir.
Büdcə dövlətin baş maliyyə planı sayılır. O, hesabdarlıqda olduğu kimi, iki tə-
rəfə malikdir: gəlir və xərc. Əgər birinci tərəf vergilər, rüsumlar və qeyri-vergi
ödənişlərindən təşkil olunarsa, ikinci tərəf özündə səhiyyə, təhsil, elm, sosial təmi-
nat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları balansına fəaliyyət göstərən
iqtisadiyyatın ayrıca sahələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir.
Büdcə gəlirləri müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada
müxtəlif səviyyəli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödəniş və daxilol-
malardır.
80
“Büdcə sistemi haqqında” AR Qanununun 9-cu maddəsində qeyd olunur ki,
dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir;
81
− Dövlət vergiləri;
− Qrantlar;
− Digər gəlirlər.
Dövlət büdcəsinin gəlirləri iqtisadi mahiyyətinə görə aşağıdakı qaydada qrup-
laşdırılır:
− Cari gəlirlər, o cümlədən vergilər haqqında qanunvericiliklə müəyyən edil-
miş dövlət vergiləri, habelə həmin vergilərə görə hesablanmış faiz və ma-
liyyə sanksiyaları;
− Dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları;
− Əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından və ya
icarəyə verilməsindən alınan gəlirlər;
− daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər;
− Qanunvericiliklə müəyyən edilən digər daxilolmalar.
Büdcənin gəlirləri vergi ödəyicilərinə, vergitutma obyektlərinə, alınma üsulla-
rına, ödənişin müddətinə və digər xüsusiyyətlərinə görə fərqlənir. Büdcə gəlirləri
vergilərdən, vergi olmayan gəlirlərdən, əsaslı gəlirlərdən və rəsmi qaydada alınan
vəsaitlərdən ibarətdir. Vergi gəlirlərinin əsas mənbəyini yenidən bölgü nəticəsində
alınan yeni yaradılmış dəyər, gəlirlər və yığım təşkil edir.
80
Fuad Rəsulov, a.k.ə, s. 22
81
Azərbaycan Respublikasının Büdcə Sistemi Haqqında Qanunu, 2006
Dövlät Maliyyäsi
179
Büdcənin gəlirləri, yeni vergilərdən daxilolmalar, əsaslı gəlirlər və rəsmi qay-
dada alınan vəsaitlər dövlətin iqtisadi fəaliyyəti, ya da büdcə sisteminin səviyyələri
üzrə alınmış gəlirlərin yenidən bölgüsü nəticəsində yaranır. Nəzərə almaq lazımdır
ki, büdcə gəlirlərinin strukturu dəyişkəndir və konkret iqtisadi şəraitlə əlaqədardır.
Məsələn, sosial-iqtisadi səviyyəsi yüksək olan ölkələrdə büdcə gəlirlərinin əsas
hissəsini fiziki şəxslərdən alınan vergilər, zəif inkişaf göstəricilərinə malik ölkə-
lərdə isə dolayı vergilər və hüquqi şəxslərdən alınan vergilər təşkil edir.
Azərbaycanda dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi hazırda 25
faiz təşkil edir. AR-nın büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları,
habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini
təmin etmək məqsədi ilə vahid büdcə təsnifatı tətbiq olunur.
AR Nazirlər Kabinetinin “AR vahid büdcə təsnifatının təsdiq edilməsi barədə”
6 oktyabr 2004-cu il tarixli 149-saylı qərarı ilə dövlət büdcəsi gəlirlərinin və
xərclərinin təsnifatı hazırlanıb.
Büdcə gəlirlərinin təsnifatı büdcə sisteminə daxil olan büdcə gəlirlərinin qrup-
laşmasıdır. Büdcə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar (1.1),
sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər (1.4). Bu kateqoriyalardan
asılı olaraq, büdcə gəlirlərinin təsnifatı dörd səviyyədən: bölmə, yarımbölmə, mad-
də və yarım maddədən ibarətdir.
Gəlirin büdcələr arasında bölüşdürülməsi
Büdcə sisteminə daxil olan bütün büdcələr zəruri gəlir mənbəyinə malik olma-
lıdır. Büdcələrə daxil olan gəlirlər Azərbaycan Respublikasının Ali Qanunvericiliyi,
yəni Konstitusiyası ilə, «Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının qa-
nunu, «Vergi məcəlləsi», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbay-
can Respublikasının qanunu və digər müvafiq qanunlar və sərəncamlarla müəyyən
olunur. Ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının maliyyə təminatı
üçün onlar qanunvericiliklə müəyyən gəlir mənbələri ilə təmin olunurlar.
Gəlirlərin büdcələr arasında paylaşdırılması ölkənin iqtisadi sistemi, vergi və
gəlirlərin mövcud sistemi ilə həyata keçirilir və hər bir büdcə həlqəsi zəruri gəlir
mənbəyi ilə təmin edilir və bununla onun iqtisadi, sosial inkişafı üçün maliyyə
bazası yaradılır.
«Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının qanununa əsasən «Döv-
lət büdcəsinin gəlirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olun-
muş vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar balansı hesabına formalaşır».
Azərbaycan Respublikasının ərazisində qanunla müəyyən olunmuş tədiyələr
üzrə daxilolmaların dövlət büdcəsi və digər büdcələr arasında bölgüsü ölkənin,
regionların inkişaf proqramı nəzərə alınmaqla hər il üzrə qəbul olunan dövlət büd-
cəsi haqqında qanunla tənzimlənir.
Dostları ilə paylaş: |