Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə74/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   70   71   72   73   74   75   76   77   ...   135

Dövlät Maliyyäsi 
 
169 
qanunvericilik aktları, hər  şeydən  əvvəl Azərbaycan Konstitusiyası «Dövlət büd-
cəsi haqqında» qanunu ilə həyata keçirilir. Bu zaman respublika ali dövlət hakimiy-
yəti, dövlət idarəsi orqanlarının və yerli idarə orqanlarının həm iqtisadi, həm də 
sosial-mədəni və siyasi vəzifələrinin xarakteri nəzərə alınır. Xərclərin mərkəzi de-
mokratik prinsiplər əsasında yerinə yetirilir. Belə ki, xərclərin bölgüsü aparılarkən 
aşağıdakı prinsiplər əsas götürülür: 
1)  idarə və təşkilatların tabeçilik prinsipi.  
2)  Müəssisə, idarə və təşkilatların yerli və ya ümumi dövlət əhəmiyyətinə ma-
lik olması; 
3)  İdarə və təşkilatların ərazi yerləşməsi və onların xidmət dairəsi. 
Azərbaycan Respublikası Dövlət büdcəsi xərclərinin mərkəzi xərcləri dövlət 
mülkiyyətindən olan təsərrüfat sahələri, dəmir yolu, dəniz və hava nəqliyyatı, xa-
rici ticarət və xarici iqtisadi əlaqələr üzrə xərclər, beynəlxalq münasibətlərin həyata 
keçirilməsi ilə əlaqədar xərclər, respublika əhəmiyyətli, mənzil-kommunal təsərrü-
fatı xərcləri, yanacaq-enerji kompleksi ilə əlaqədar xərclər, dövlət investisiya xərc-
ləri, iqtisadi fəaliyyətlə bağlı  xərclər, o cümlədən, kiçik sahibkarlığa investisiya 
yardımı xərcləri, dövlətin daxili və xarici borcları üzrə xərclər və i.a. ibarətdir. 
Respublika büdcəsindən sosial-mədəni tədbirlərə aid respublika əhəmiyyətli 
idarələr və təşkilatlar maliyyələşir. Bura, xüsusilə, daxildir: Respublikanın Elmlər 
Akademiyası, onun elmi-tədqiqat institutları, respublika əhəmiyyətli elmi kitabxa-
nalar və muzeylər, ali və orta ixtisas təhsili məktəbləri, səhiyyə üzrə respublika 
əhəmiyyətli idarələr və təşkilatlar, dəmir yolu, su və hava nəqliyyatının sanitariya 
xidməti müəssisələri, Respublika əhəmiyyətli klinikalar və digər tibb şəbəkələri, 
epidemiyalarla mübarizə tədbirləri və i.a. 
Sosial təminat və sosial müdafiə üzrə xərclər: hərbi qulluqçulara və onların ailə 
üzvlərinə verilən pensiyalar, Vətən müharibəsi əlillərinə verilən pensiyalar, qaçqın-
ların və məcburi köçkünlərin yemək və məskunlaşdırılması xərcləri. 
İdarəetmə üzrə: Azərbaycan Respublikasının Milli Məclisinin, Respublika icra 
hakimiyyəti orqanlarının saxlanması, hüquq-mühafizə orqanlarının və  təhlükəsiz-
lik orqanlarının saxlanması xərcləri. Məhkəmə hakimiyyəti və prokurorluq orqan-
larının, o cümlədən Konstitusiya Məhkəməsi, Ali məhkəmə, rayon və şəhər məh-
kəmələri, İqtisad məhkəməsi, Ali Məhkəmənin Hərbi Kollegiyası və s. ölkənin bü-
tün müdafiə xərcləri respublikanın mərkəzi xərcləri balansına maliyyələşir. 
 
 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
170 
7.10. AZƏRBAYCAN RESPUBLİKASININ 2013-CÜ İL 
DÖVLƏT BÜDCƏSİ 
Mərkəzi xərclər balansına dövlətin maddi və maliyyə ehtiyatı fondlarının ya-
radılması maliyyələşir. 
«Dövlət büdcəsi haqqında» qanun və digər qanunvericilik aktları ilə Naxçıvan 
Muxtar Respublikası büdcəsi və yerli büdcələrin xərcləri müəyyən edilmişdir. Nax-
çıvan Muxtar Respublikası büdcəsindən muxtar respublika əhəmiyyətli dövlət mü-
əssisə və təsərrüfat sahələri, sosial-mədəni sahələr, idarəetmə xərcləri, sosial müda-
fiə  və  təminat xərcləri maliyyələşir. Yerli büdcələrdən ümumi təhsil və  məktəbə-
qədər tərbiyə müəssisələri, uşaq evləri, idman, bədən tərbiyəsi, gənclər siyasəti təd-
birləri, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri xərcləri maliyyələşir. 
Yerli büdcələrin tərkib hissəsi kimi bələdiyyələrin büdcələrinin xərclərinin həc-
mi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. «Bələdiyyələrin ma-
liyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə 
əsasən Yerli büdcələrin xərcləri: idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədə-
niyyət və idman obyektlərinin, habelə  əhalinin ümumi istifadəsində olan küçə, 
həyət və bağların saxlanması  xərcləri; Bələdiyyə büdcələrinin xərclərinə, habelə 
yerli sosial-müdafiə, sosial-iqtisadi inkişaf, ekoloji proqramların maliyyələşdiril-
məsi xərcləri daxildir. 
Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və 
digər strateji proqramlarının həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün 
qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və isti-
fadəsini təmin etməkdir.  Azərbaycan Respublikasının 2013-cü il büdcə  gəlirləri 
19,159 mlrd. manat təsdiq edilib. 2012-ci ilin proqnozu ilə müqayisədə növbəti ildə 
ümumi büdcə  gəlirləri 12,4 faiz, Dövlət Neft Fondundan daxilolmalar istisna ol-
maqla büdcə  gəlirləri isə 9,4 faiz artaması  nəzərdə tutulub. Beləliklə  də növbəti 
ildə   ümumi  büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 34,2 faiz , ayrıca  qeyri-neft 
gəlirlərinin  qeyri-neft ÜDM-də xüsusi çəkisi isə 15,1 faiz proqnozlaşdırılıb. 2013-
ci ildə dövlət büdcəsinin xərcləri 19 milyard 810 milyon manat səviyyəsində proq-
nozlaşdırılır. Bu, 2012-ci ilin uyğun göstəricisindən 2 milyard 138 milyon manat 
və ya 12,1 faiz çoxdur. 2013- cü il dövlət büdcəsi xərclərinin illik ÜDM-ə nis-
bətinin 35.3 faiz olacağı gözlənir. Bu, 2012-ci ilin anoloji göstəricisindən 3,8 faiz 
bəndi aşağıdır. 2013-cü ildə dövlət büdcəsinin  kəsiri 690 mln. manat  və ya ÜDM-in 
1,1 faizini təşkil edəcək ki, bu da 2012-ci illə müqayisədə 0,1 faiz bəndi aşağıdır. 
Hazırda bu göstərici Avropa Birliyinin Maastrix meyarlarına cavab verir. 2013-cü  
ilin büdcə proqnozlaşdırılması  üçün 1 barel “Azəri layt” neftinin  dünya bazar qiy-
məti 100 ABŞ dolları, Azərbaycan manatanın ABŞ dollarına nəzərən orta məzən-
nəsi isə 0,78 AZN  1 dollar müəyyənləşdirilib. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə