Dövlät Maliyyäsi
175
təhsil, səhiyyə, sosial müdafiə və mədəniyyət-incəsənət
sahələri üzrə cəmi xərc-
lərin dövlət büdcəsinin ümumi xərclərində payı 2,2 faiz bəndi azalaraq 21,7 faiz
təşkil edəcək. Həmin xərclərin ümumi məbləği 4,298 milyard manat səviyyəsində
proqnozlaşdırılır. Bu sahələr üzrə xərclərin mütləq məbləğində də son dərəcə cüzi
artım nəzərdə tutulur. Belə ki, 2012-ci ilə nisbətən gələn il sosial sektora daxil olan
və yuxarıda adları qeyd olunan 4 funksional bölmə üzrə xərclərin məbləğində cəmi
83,6 milyon manat və ya 1,9 faiz artım olacaq. Öz növbəsində,
səhiyyə xərclərində
cəmi 0,5 faiz (3,6 milyon manat), təhsil xərclərində 1,2 faiz (18,9 milyon manat),
sosial müdafiə xərclərində 1,5 faiz (27,9 milyon manat) artım proqnozlaşdırılır.Illik
inflyasiya büdcənin sosial xərclərinin artım tempini əhəmiyyətli dərəcədə
üstələyəcək. Gələn il büdcədən sosial səhələrə ayrılan vəsaitlərin 1321
milyard
manatı və ya 30,7 faizi həmin sahələrdə çalışan işçilərin əmək haqqına, 1689,3
milyard manatı yaxud 39,3 faizi isə qanunvericiliyə uyğun olaraq müxtəlif sosial
qruplar üçün nəzərdə tutulmuş müavinət, təqaüd və digər sosial ödənişlərə
xərclənəcək. Bilavasitə maaş və ya sosial ödənişlərlə bağlı xərclərin artım tempi-
nin inflyasiyanın proqnozlaşdırılan artım tempinə uyğun proqnozlaşdırılması va-
cibdir. 2013-cü ilə Azərbaycan hökuməti orta illik inflyasiyanı 5,7
faiz səviy-
yəsində proqnozlaşdırdığı halda, sosial xərclər üzrə cəmi 1,9 səviyyəsində artımın
nəzərdə tutulması əsaslandırılmayıb. Dövlət idarəetmə, hüquq-mühafizə və məh-
kəmə hakimiyyəti oranlarının saxlanması xərcləri 19,1 faiz artırılıb. 2013-cü ildə
ali və mərkəzi hakimiyyət orqanlarının saxlanmasına dövlət büdcəsindən 336,2
milyon manat xərclənməsi proqnolaşdırılır. Bu, əvvəlki dövrlə müqayisədə 109,9
milyon manat və ya 48,5% çoxdur. Bundan əlavə, gələn il məhkəmə hakimiy-
yətinin və hüquq-mühafizə sisteminin maliyyələşdirilməsinə 1 milyard 83
milyon
manat vəsait ayrılması nəzərdə tutulur ki, bu bu 2012-ci ilə nisbətən 117,5 milon
manat və ya 12,2 faiz çoxdur. Lakin ayrı-ayrı orqanlar üzrə xərclərin artımı bir-bi-
rindən kəskin fərqlənir. Məsələn, məhkəmə orqanlarının saxlanması üzrə 58,5 mil-
yon manat proqnozlaşdırılır ki, bu əvvəlki ilə nisbətən 31,7 faiz və ya 14,1 milyon
manat çoxdur. Ən yüksək artım polis (Daxili İşlər Nazirliyi və Daxili İşlər Na-
zirliyinin Daxili Qoşunlar Baş İdarəsi birlikdə) sisteminin xərclərində müşahidə
olunur. Belə ki, gələn il polis orqanlarının saxlanmasına dövlət büdcəsindən 500,0
milyon manat xərclənməsi nəzərdə tutulur ki, bu 2012-ci illə mü 136,6 milyon
manat və ya 37,6 faiz çoxdur. Ümumilikdə, 2013-cü ildə dövlət idarəetmə, hüquq-
mühafizə və məhkəmə hakimiyyəti oranlarının saxlanmasına 1,419
milyard manat
xərclənəcək ki, bu əvvəlki dövrə nisbətən 227,4 milyon manat və ya 19,1 faiz
çoxdur.
Göründüyü kimi, bütövlükdə sosial sfera üzrə xərc artımı ali və mərkəzi ha-
kimiyyət orqanlarının saxlanması üzrə xərclərin artımından 26,3 milyon manat və
ya 31,4 faiz, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanları üzrə xərc artı-
mından isə 33,9 milyon manat yaxud 40,5 faiz azdır.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
176
Büdcənin ayrı-ayrı bölmələri üzrə xərclərin artım templəri arasında kəskin
fərqlər mövcuddur. 2012-ci ilə nisbətən gələn ilin dövlət büdcəsində «Ümumdöv-
lət xidməti» bölməsi üzrə xərclər 52,7 faiz, “İqtisadi fəaliyyət”lə bağlı xərclər 48,4
faiz, “Nəqliyyat və rabitə” xərcləri 27.1 faiz artdığı halda, “Tikinti” bölməsi üzrə
19,7 faiz, “Səhiyyə” xərcləri cəmi 0,5 faiz, “Təhsil” xərcləri 1,2 faiz, «Sosial mü-
dafiə və təminat» xərcləri 1,5%, «Kənd təsərrüfatı» bölməsi üzrə xərclər 4,5 faiz
artımla proqnozlaşdırılıb. Xərc artımlarının belə qeyri-bərabər
baş verməsinin
nəticəsidir ki, 2012-ci ilə nisbətən gələn il üzrə dövlət büdcəsinin genişlənən xərc-
lərinin 1 milyard 762,2 milyon manatı və ya 82,4 faizi 2 bölmənin - ümumdövlət
xidməti və tikinti bölməsinin payına düşür.
Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2,5 dəfə ar-
tıb. 2013-cü ildə dövlət borclarının və öhdəliklərinin qarşılınması mqsədilə 780,7
milyon manat xərclənməsi proqnozlaşdırılır. Bu, 2012-ci illə müqayisədə 468,3
milyon manat və ya 2,5 dəfə çoxdur. Öz növbəsində, dövlət borcunun ödənilməsi
ilə bağlı xərclərin ümumi büdcə məxaricində payı əvvəlki dövrə nisbətən 2,2 faiz
bəndi artaraq 1,8 faizdən 4%-ə yüksəlib. Müstəqillik dövründə ilk dəfədir ki, büdcə
vasitəsilə dövlət borclarının ödənilməsinə bu həcmdə vəsait ayrılır.
Dövlət borcu
üzrə xərclərin 647,3 milyon manatını və ya 82,5%-ni xarici borclar, yerdə qalan
hissəsini isə daxili borclar təşkil edəcək.
Dövlət büdcəsinin hökumətin borc və öhdəliklərilə bağlı xərclərinin bu cür
kəskin artımı son illər xarici borclanmaların sürətlə genişlənməsidir. Məsələn,
Azərbaycanın xarici dövlət borclarının həcmi əgər 2010-cu ildə 3,4 milyard ABŞ
dolları təşkil edirdisə, təxminən 2 il ərzində həmin vəsaitlərin məbləği 1,7 milyard
ABŞ dolları və ya 49 faiz artaraq 5,1 milyard dollara çatıb. 2013-cü ildə xarici
dövlət borcu üzrə xərclərin 164,6 milyon manatı faiz ödənişlərinə, 482,7 milyon
manatı isə əsas borc üzrə ödənişlərə yönəldiləcək.
2013-cü ildə dövlət büdcəsindən yerli büdcələrə 5,2 milyon manat və ya ötən il
müqayisədə 0,2 milyon manat çox vəsait ayrılacaq. MBQ-nin apardığı qiymətlən-
dirmələr göstərir ki, bələdiyyələrin özlərinin son dərəcə məhdud maliyyə resurs-
larına malik olduğu şəraitdə yerli sosial-iqtisadi problemlərin effektiv həlli baxı-
mından mərkəzi büdcədən bələdiyyələrin maliyyə ehtiyaclarının qarşılınması üçün
daha çox resurs ayrılmasına ehtiyac var.
İnvestisiya xərclərinin büdcə xərclərində payı 35 faizdir. Belə ki, 2013-cü ildə
əsaslı vəsait qoyuluşlarının dövlət büdcəsinin ümumi xərclərində payı əvvəlki
dövrlə müqayisədə 2,2 faiz bəndi artaraq 35 faizə yüksələcək. 2012-ci
ilin proq-
nozu ilə müqayisədə gələn ilin dövlət büdcəsindən investisiya layihələrinin maliy-
yələşdirilməsinə 1 milyard 140,1 milyon manat və ya 19,7 faiz çox vəsait ayrılması
nəzərdə tutulur. Həmin xərclərin mütləq ifadədə məbləği 6 milyard 934 milyon
manat təşkil edəcək. Büdcə investisiyalarının əhəmiyyətli hissəsi kommunal infra-