Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
180
Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq respublikada müəy-
yən edilmiş və büdcəyə ödənilən vergi və gəlirlər üç növə ayrılır: 1) dövlət vergi-
ləri; 2) Naxçıvan Muxtar Respublikası vergiləri; 3) yerli vergilər (bələdiyyə ver-
giləri). Dövlət vergiləri Azərbaycanın bütün ərazisində tətbiq edilən vergilər ol-
maqla aşağıdakılardan ibarətdir:
- fiziki şəxslərdən gəlir vergisi;
- hüquqi şəxslərdən mənfəət vergisi;
- əlavə dəyər vergisi ;
- aksizlər;
- hüquqi şəxslərin əmlak vergisi;
- hüquqi şəxslərin torpaq vergisi;
- yol vergiləri;
- mədən vergisi;
- gömrük vergi və rüsumları;
- sadələşdirilmiş sistem üzrə vergilər;
- sosial vergilər;
- dövlət qanunvericiliyi əsasında təyin edilən sair vergilər və rüsumlar.
Vergilərdən daxilolmalar
Vergilərdən daxilolmalar dövlətin və yerli özünüidarəetmə orqanlarının fəaliy-
yətini maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul və-
saitlərinin özgəninkiləşdirilməsi şəklində büdcəyə köçürülən məcburi, fərdi, əvəz-
siz ödənişlərdir. AR-nın vergiləri qanunla müəyyən edilir. Vergilər dövlət vergilə-
rinə, Muxtar Respublika vergilərinə və yerli vergilərə bölünür. Dövlət vergiləri de-
dikdə, AR Vergi Məcəlləsi ilə müəyyən edilən respublika ərazisində ödənilməli
olan vergilər nəzərdə tutulur. Muxtar Respublika vergiləri dedikdə NMR-da AR-
nın Vergi Məcəlləsinə müvafiq olaraq NMR-nın qanunları ilə müəyyən edilən və
Muxtar Respublikanın ərazisində ödənilən vergilər nəzərdə tutulur. Yerli vergilər
dedikdə isə AR-nın Vergi Məcəlləsi, “Yerli vergilər və ödənişlər” haqqında AR-
nın Qanunu və digər qanunlarla müəyyənləşdirilən, bələdiyyələrin qərarlarına əsa-
sən tətbiq edilən və bələdiyyələrin ərazisində ödənilən vergilər nəzərdə tutulur.
82
1. Gəlirlərdən vergilər
Gəlirlərdən vergilər fiziki və hüquqi şəxslərin gəlirlərindən vergilərə bölünür.
Fiziki şəxslər vergi ili üçün AR-da və AR-nın hüdudlarından kənarda əldə et-
diyi bütün gəlirlərindən və həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdi-
rilən gəlirlərdən çıxılan məbləğ arasındakı fərqdən gəlir vergisi ödəyirlər. Fiziki
82
Azərbaycan Respublikası Vergi Məcəlləsi.
Dövlät Maliyyäsi
181
şəxslərin gəlirləri muzdlu işlə əlaqədar olan gəlirlərə, muzdlu işlə əlaqədar olma-
yan gəlirlərə və sair gəlirlərə bölündüyü üçün fiziki şəxslərdən gəlir vergisi də bu
qruplar üzrə bölünmüşdür. Muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisi dedikdə
əmək haqqından və bu işlə bağlı hər hansı ödəmədən, faydadan əldə edilən gəlirlər-
dən gəlir vergisi nəzərdə tutulur.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi dedikdə isə sahibkarlıq və
qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən alınan vergi başa düşülür.
Fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi dedikdə vergilərdən azad edilən
gəlirlərdən başqa, digər gəlirlərdən alınan gəlir vergisi nəzərdə tutulur.
2. Hüquqi şəxslərin mənfəət vergisi
Müəssisələrin mənfəət vergisinə, qeyri-rezidentin AR-dakı daimi nümayəndə-
liklərinin gəlirlərinin gəlir vergisinə Hasilatın Pay Bölgüsü Sazişləri üzrə podrat-
çıların və xarici subpodratçıların mənfəət vergisinə rezidentlərin və qeyri-rezident-
lərin ödəmə mənbəyindən əldə edilən gəlirlərinin gəlir vergisinə və bələdiyyə mül-
kiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinə bölünür.
3. Əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər
Əmək haqqı fonduna və işçi qüvvəsinə vergilər dedikdə əmək haqqı fondundan
faiz nisbəti ilə və ya hər işçiyə görə konkret müəyyənləşdirilmiş məbləğ forma-
sında işəgötürənlərdən və ya sərbəst qaydada məşğul olanlardan tutulan vergilərdir.
4. Mülkiyyətdən vergilər
Bu bölməyə mülkiyyətlə bağlı vergilər daxildir. Qeyd olunan vergiləri mülkiy-
yətin sahibləri və istifadəçiləri ödəyirlər. Təsnifatda mülkiyyətdən vergilər daşın-
maz əmlaka görə dövri vergilərə, əmlakın xalis dəyərindən ödənilən cari vergilərə,
maliyyə əməliyyatlarına və kapitala aparılan əməliyyatlara görə vergilərə, mülkiyyə-
tə görə birdəfəlik vergilərə və mülkiyyətə görə digər cari vergilərə bölünür.
83
Torpaq vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr, habelə
rezident və qeyri-rezident fiziki şəxslər hesab olunurlar.
Rezident və qeyri-rezident müəssisələrin torpaq vergisi torpaq vergisinin ob-
yektindən asılı olaraq sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və di-
gər xüsusi təyinatlı torpaqlara görə torpaq vergisinə, kənd təsərrüfatı təyinatlı tor-
paqlara görə torpaq vergisinə və digər təyinatlı torpaqlara görə torpaq vergisinə ay-
rılmışdır.
Rezident və qeyri-rezident fiziki şəxslərin torpaq vergisi isə yaşayış fondları-
nın, həyətyanı sahələrin, bağ sahələrinin torpaq sahələrinə görə torpaq vergisinə,
kənd təsərrüfatı üçün istifadə edilən torpaq vergisinə və digər təyinatlı torpaqlara
görə torpaq vergisinə bölünür.
83
Fuad Rəsulov, a.k.ə, s. 23
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
182
Torpaq vergisi torpaqların təyinatından asılı olaraq, təsnifatda müvafiq mad-
dələrə aid edilməlidir.
Əmlak vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr, habelə
rezident və qeyri-rezident fiziki şəxslər hesab olunurlar.
Rezident və qeyri-rezident müəssisələrin əmlak vergisi bu verginin obyektindən
asılı olaraq, avtonəqliyyat vasitələrindən əmlak vergisinə, müəssisənin balansında olan
əsas vəsaitlərdən alınan əmlak vergisinə və sair əmlakdan əmlak vergisinə bölünür.
Rezident və qeyri-rezident fiziki şəxslərdən əmlak vergisi fiziki şəxslərin mül-
kiyyətində olan nəqliyyat vasitələrindən əmlak vergisinə, əsas vəsaitlərdən əmlak
vergisinə və sair əmlakdan əmlak vergisinə bölünmüşdür.
5. Mal və xidmətlərə görə vergilər
Mal və xidmətlərə görə xidmətlər kateqoriyasına malların, işlərin və xidmət-
lərin istehsalı, hasilatı, satışı, verilməsi və onlardan istifadə ilə bağlı vergilər aid
edilmişdir.
Bu kateqoriyaya aid olan vergilər aşağıdakılardır;
- Əlavə dəyər vergisi təsnifatda iki maddəyə bölünmüşdür: AR-da mal, iş və
xidmətlərə görə əlavə dəyər vergisi, respublika ərazisinə gətirilən mallara görə
əlavə dəyər vergisi;
- Satışdan vergilər malların, işlərin və xidmətlərin istehsal mərhələsindən
tutulmuş, pərakəndə satış mərhələsinədək yalnız bir mərhələdə tutulan vergilərdir;
- Sadələşdirilmiş vergi üzrə daxilolmalarına əlavə dəyər vergisi kimi qeydiy-
yatdan keçməyən hüquqi və fiziki şəxslərin bu sistem üzrə ödədikləri vergilər
aiddir.
84
Sadələşdirilmiş vergi aşağıdakı dərəcə ilə hesablanır:
- Bakı şəhərində 4 faiz
- Digər şəhər və rayonlarda, Naxcıvan MR-da 2 faiz
Aksizlər təsnifatda iki maddəyə bölünmüşdür. AR-da istehsal olunan mallara
görə aksiz və respublikamıza idxal olunan mallara görə aksiz.
6. Yol vergisi
Respublikamızın avtomobil nəqliyyatı vasitələrinin sahibləri və respublika əra-
zisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən
nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident
fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin növündən, oturacaqların sayın-
dan, yükgötürmə qabiliyyətindən, qət edilən məsafədən, mühərrikin gücündən və
sair göstəricilərdən asılı olaraq ödənilən vergilərdir.
84
Azərbaycan Respublikası Vergi Məcəlləsi.
Dostları ilə paylaş: |