Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
186
Bütün büdcələr gəlirlər və xərclər haqqında məlumatları, büdcələrin tərtibi və
icrasını büdcə təsnifatı üzrə aparırlar.
2. Büdcə sisteminin ayrı-ayrı həlqələrinin müstəqilliyi prinsipi. Büdcələrin müs-
təqillik prinsipi onda ifadə olunur ki, Azərbaycan Respublikasının Ali qanunverici-
liyi (Milli Məclis) əsasında hər bir büdcə həlqəsinin müstəqil gəlir mənbəyi təyin
edilir və büdcə vəsaitinin xərclənməsində müstəqil olmaqla, onların hüquqları qa-
nunla tənzimlənir. Büdcələrin müstəqil fəaliyyət göstərməsi bütün dövlət hakimiy-
yəti və idarə orqanlarının hüquq və səlahiyyətlərinə müvafiq olaraq zəruri gəlir
mənbələri və buna müvafiq xərclərlə təmin edilirlər. Azərbaycan Respublikasının
Ali qanunvericiliyi (Milli Məclisi) tərəfindən hər maliyyə ili üçün Respublikanın
Dövlət büdcəsi müzakirə edilib təsdiq olunarkən Respublika dövlət büdcəsinin və
eləcə də Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr üçün tən-
zimləyici gəlirlər də təyin edilir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası və
yerli hakimiyyət orqanları öz büdcələrini tərtib və təsdiq edərkən öz gəlir mənbə-
lərini artırmaqda və ondan istifadə etməkdə qanun dairəsində tam müstəqilliyə ma-
likdirlər. Həm də Respublikanın Ali Qanunvericiliyi ilə yerli orqanları verilmiş sə-
lahiyyət dairəsində onlar əlavə gəlir mənbələri aşkar edə və buna müvafiq xərcləri
maliyyələşdirə bilərlər. Büdcə haqqında qanun icra edilərkən əlavə əldə edilmiş gə-
lirlər, habelə gəlirlərin xərclərdən artıq olan məbləği və büdcə xərclərinə edilmiş
qənaət məbləği yuxarı büdcələrə alına bilməz.
3. Gəlirlərin və xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi prinsipi onu
nəzərdə tutur ki, hər bir dövlət hakimiyyət və dövlət idarəsi orqanları üçün müəy-
yən gəlir mənbələri təyin edilir və onlara xərcləri maliyyələşdirmək səlahiyyəti
verilir.
4. Büdcələrin gəlirləri və xərclərinin, dövlət büdcədənkənar fondunun tam əks
olunması prinsipi ondan ibarətdir ki, büdcələrin və büdcədənkənar dövlət fondla-
rının bütün gəlirləri və xərcləri həmin büdcələrdə icbari qaydada tam əks olunma-
lıdır. Bütün dövlət və bələdiyyə xərcləri büdcə vəsaiti balansına, büdcədənkənar
dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilməlidir.
5. Büdcələrin balanslaşdırılması prinsipinə görə hər bir büdcə növü balans-
laşdırılmalıdır. Bu o deməkdir ki, büdcələrdə nəzərdə tutulan xərclərin həcmi hə-
min büdcənin gəlirlərinin həcminə uyğun olmalıdır (büdcənin kəsirini ödəmək üçün
nəzərdə tutulan mənbələrdən daxil olan vəsaitlər də daxil olmaqla).
6. Büdcə vəsaitinin səmərəli və qənaətlə istifadə edilməsi onu ifadə edir ki,
əvvəlki dövrdə buraxılmış büdcə vəsaiti iş və xidmətlərin səviyyəsinə uyğun olmalı
və qənaət rejiminə ciddi əməl olunmalıdır.
7. Büdcələrin aşkarlığı o deməkdir ki, təsdiq edilmiş büdcələrin və onların
icarəsi haqqında hesabatların açıq mətbuatda dərc edilməsi icbaridir, büdcənin icra-
sının gedişi haqqında məlumatlar, büdcələrin tərtibi və icrası üzrə dövlət hakimiy-
Dövlät Maliyyäsi
187
yəti və idarəsi orqanlarının bütün qərar və sərəncamları kütləvi informasiya vasi-
tələri vasitəsilə cəmiyyətin nəzərinə Kəsir bildirilməlidir.
8. Büdcələrin həqiqiliyi onu ifadə edir ki, hər bir büdcə növünün göstəriciləri
müvafiq inzibati-ərazi vahidinin iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə
uyğun tərtib edilməklə, büdcənin gəlirləri və xərclərinin reallığı təmin edilməlidir.
9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istifadə edilməsi onu göstərir ki, büdcə
vəsaiti olan hər bir subyekt onun sərəncamına daxil olan vəsaiti konkret məqsədli
təyinatına uyğun istifadə etməlidir.
«Dövlət Büdcəsi haqqında» Azərbaycan Respublikasının 18 may 1999-cu il ta-
rixli qanununun 3-cü maddəsində göstərildiyi kimi: «Azərbaycan Respublikasında
büdcə sistemi Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar
Respublikasının büdcəsindən və yerli büdcələrdən ibarətdir».
Azərbaycan Respublikasının müstəqillik qazanması, bazar münasibətlərinə ke-
çid istiqamətində zəruri islahatların aparılması ilə yanaşı, yerli hakimiyyət orqan-
larının da maddi-maliyyə bazası, o cümlədən, büdcə sistemi yenidən qurulur. Bələ-
diyyələrin yaradılması ilə əlaqədar olaraq «Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında» Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli qanunu qəbul
edilmişdir. Həmin qanunda bələdiyyələrin büdcələrinin (yerli büdcələrin) formalaş-
ması, onların gəlirləri və xərclərinin müəyyən edilməsi qaydası əsaslandırılmışdır.
«Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» qanunda göstərilir ki, yerli büdcə
bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil. Bu da onu göstərir ki,
müstəqil fəaliyyət göstərən büdcə həlqəsidir.
7.13. ÖZƏLLƏŞDİRMƏ 1993-2010
Özəlləşdirmə “zəfər yürüşünə” 70-ci illərdən başlayaraq, dünyanın 80-dən çox
ölkəsində sınaqdan keçirilib. Böyük Britaniyada “tetçerizm”, Çində “kənddə isla-
hatlar”, Türkiyədə “kamuların islahatı” adlanan böyük özəlləşdirmə prosesi 80-ci
illərin sonu90-cı illərin əvvəlində keçmiş sosialist məkanını əhatə edən 18 ölkədə
geniş vüsət aldı. Müxtəlif ölkələrdə fərqli adlar daşıyan belə proqramlar fərqli
şəraitlərdə də həyata keçirilməyə başladı. Bu tip proqramlar Çexiya və Slovakiyada
“kupon özəlləşdirməsi”, Litvada “sürətli özəlləşdirmə”, Monqolustan və Rumı-
niyada “vətəndaş proqramları”, Polşada “kütləvi özəlləşdirmə”, Rusiyada “vauçer
özəlləşdirməsi” adı ilə tarixə düşdü. Azərbaycanda isə bu proqram “çek özəlləşdir-
məsi” adlandırıldı. Ümumilikdə kütləvi özəlləşdirmə proqramları adı ilə qruplaşdı-
rılan belə proqramlar bir-birindən aşağıdakı əlamət sıraları üzrə fərqləndirilə bilər:
1. Proqramın məqsədinə görə:
Kütləvi özəlləşdirmə proqramları özündə bir neçə ümumi məqsədləri birləşdirə
bilər: siyasi məqsədlər (iqtisadi transformasiya prosesinə əhalinin geniş kütlələrinin
Dostları ilə paylaş: |