Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
190
Azad bazar iqtisadiyyatına keçidin əsas mərhələlərindən biri sayılan və ölkə
iqtisadiyyatının yenidən qurulmasının əsas faktorlarından biri olan və qərb sərma-
yəsinin də iştirak edə biləcəyi özəlləşdirmə fəaliyyətləri, dövlət mülkiyyətinin özəl-
ləşdirilməsi haqqında 1993-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən qəbul olu-
nan qanun ilə birlikdə başlamışdı. Azərbaycanın iqtisadi təməllərini dövlət mül-
kiyyəti, özəl mülkiyyət və bələdiyyə mülkiyyəti təşkil etməyə başlamışdı.
Həmin tarixdə çıxarılan və 27 maddədən ibarət olan “Dövlət Mülkiyyətinin
Özəlləşdirilməsi Qanunu” ilə Azərbaycan azad bazar iqtisadiyyatına keçid çalışma-
larının hüquqi dayağının əmələ gəlməsi ilə ölkədə ilk özəlləşdirmə cəhdləri 1993-
cü ildə başlamışdı. Ancaq bu proqram Milli Məclisdən rəy ala bilməmişdi. 1993 və
1994-cü illərdə “Özəlləşdirmənin Dövlət Proqramı” uzun mübahisələrdən sonra
1995-ci ildə Milli Məclis tərəfindən təsdiqlənərək birinci özəlləşdirmə proqramının
tətbiqinə başlanmışdı. İMF və Dünya Bankının da tövsiyələri ilə özəlləşdirmə
Azərbaycan idarəçiliyinin qabaqcıl hədəfləri arasında yer almağa başlamışdı.
Özəlləşdirməyə, 1992-ci ildə Dövlət Əmlak Komitəsi tərəfindən nəzarət edil-
məkdə idi. 2000-ci ildə isə Əmlak Komitəsi ləğv edilərək İqtisadi İnkişaf Nazirliyi
tərkibində formalaşdırılmışdır. 1993-1996-cı illər arasında ancaq binalarda və tak-
silərdə özəlləşdirmə həyata keçirilmişdi. 1997-ci ildə hər biri 4 ədəd çekdən ibarət
8 milyon ədəd Dövlət Özəlləşdirmə Payından(Çek) 7.183.803 ədədi Azərbaycan
vətəndaşlarına pulsuz dağıdılmışdı.
Azərbaycanda 1995-1998 ci illəri əhatə edən birinci özəlləşdirmə proqramı
ancaq 2000-ci ilin əvvəllərində sona çata bilmişdi. Birinci özəlləşdirmə proqramın-
da özəlləşdirmə proqramına alınan kiçik və orta boyda olan şirkətlərin çox hissəsi
bu proqram ilə özəlləşdirilmişdi. 1996-cı ildə özəlləşdirməni tezləşdirərək, sayları
6200-ə çatan kiçik şirkətlər özəlləşdirilirkən, 1997-ci ilin axırlarında bu rəqəm
15000-ə çatmışdı.
İkinci özəlləşdirmə proqramı 10.08.2000 tarixində dövlət başçısı tərəfindən
imzalanmışdı. Bu proqram da iki illik bir gecikmə ilə həyata keçirilə bilmişdi. Bu
proqram ilə orta və böyük həcmli şirkətlərin özəlləşdirilməsi planlaşdırılmışdı. Bu-
nunla da iqtisadiyyatda dövlətin rolu daha da azaldılmağa başlanıldı.
2001-ci ilin əvvəllərində Mərhum Prezidentimiz Heydər Əliyev, özəlləşdirməni
sürətləndirərək, emalat, enerji və kimya sektorlarında fəaliyyət göstərən 100 böyük
dövlət iqtisadi şirkətinin özəlləşdiriləcəyini elan etmişdi. Özəlləşdirmə proqramına
görə özəlləşdiriləcək müəssisələr kiçik, orta və böyük olaraq 3 qrupa ayrılmışdı.
Kiçik müəssisələr 15 %-i çalışanlarına pulsuz verilməkdə 85 %-i isə pullu hərraclar
ilə satılmaqdadır. Orta və böyük müəssisələr isə əvvəl anonim şirkət statusuna çev-
rilir və sonra özəlləşdirilirdi. Bu şirkətlər hissələrinin ən azı 50 %-i çek Kəsir artır-
ma yolu ilə, 15 %-i müəssisə işçilərinə çek qarşılığında, 10 %-u pulla Kəsir artırma
və qalan 25 %-i isə dövlət tərəfindən qapalı yatırım fonduna verilməsi ilə özəlləş-
dirilmişdir.
Dövlät Maliyyäsi
191
İkinci özəlləşdirmə proqramı çərçivəsində isə xəbərləşmə, əlaqə, kimya, enerji
kompleksi və digər sektorlardakı müəssisələrin özəlləşdirmə prosesi davam etmək-
dədir.
Özəlləşdirmənin başladığı tarixdən 2005-ci ilin əvvəlinə kimi məcmu dəyəri
651.1 milyard manat olan 40.7 min kiçik həcmli müəssisələr özəlləşdirilmişdi. Yenə
2005-ci ilin əvvəlindən 1537 dövlət şirkəti, bu çərçivədə 356 orta və böyük həcmli
şirkət anonim şirkətə çevrilmişdi.
Nəticə olaraq 150 mindən çox Azərbaycan vətəndaşı özəl mülkiyyət sahibi
olmuşdu. Başqa tərəfdən, ərazi mülkiyyətində müxtəliflik nəticəsində Azərbaycan
ərazisinin 56.9 %- i dövlətə, 23.5%-i bələdiyyəyə və 19.6%-i isə özəl mülkiyyətə
aiddir.
192
SƏKKİZİNCİ FƏSİL
VЕRGI MÜNАSIBƏTLƏRININ NƏZƏRİ ƏSАSLАRI
8.1. VERGİ ANLAYIŞI VƏ TARİXİ İNKİŞAFI
8.1.1. VERGİLƏRİN YARANMA TARİXİ
Vergilər ictimai məhsulun bir hissəsinin məcburi ödəniş şəklində dövlətin
maliyyə sisteminin formalaşmasının əsas mənbəyi kimi hələ çox qədim zaman-
lardan məlumdur. Vergitutma iqtisadi mədəniyyətin bir elementi kimi təsərrüfatın
bazar və ya qeyri-bazar tipindən asılı olmayaraq, bütün dövlət sistemlərinə xasdır.
Bununla əlaqədar olaraq vergitutma barədə bəşər sivilizasiyasının fenomeni, onun
ayrılmaz hissəsi kimi danışmaq olar.
Vergilərin tutulması mexanizminin tarixi inkişafında üç əsas mərhələ bir-
birindən fərqləndirilir.
İlkin mərhələ (qədim dünyadan başlamış orta əsrlərə qədər) vergilərin müəy-
yən edilməsi və yığılması üçün maliyyə aparatının olmaması ilə xarakterizə olunur.
İkinci mərhələ (xvı-xıx əsrlər) birbaşa və dolayı yolla vergiləri özündə birləş-
dirən sistemlərin meydana gəlməsi ilə başlandı. Bu dövrdə T.Qobbs, C.Lokk,
L.Fon Sekondorf kimi ingilis və alman alimləri maliyyə elminin inkişafına öz
əvəzsiz töhfələrini verdilər. İkinci mərhələdə bir sıra dövlət qurumları, o cümlədən
maliyyə qurumları yarandı və dövlət vergilərinin həcminin müəyyən edilməsi, ver-
gilərin yığılması prosesinə nəzarət və s. kimi funksiyaları yerinə yetirməyə başladı.
Üçüncü mərhələ dövlətin vergilərin təyin edilməsi və yığılması ilə bağlı bütün
funksiyaları tamamilə öz əlində cəmləşdirməsi ilə xarakterizə olunur. Birinci dünya
müharibəsindən sonra elmi cəhətdən əsaslandırılmış vergi islahatları həyata keçi-
rildi və beləliklə də müasir vergi sisteminin bünövrəsi qoyulmuş oldu. 1929-1933-
cü illər depressiyası dövləti vergilərə makroiqtisadi stabilliyin bir aləti kimi yanaş-
mağa vadar etdi. İkinci dünya müharibəsindən sonra isə vergilərdən iqtisadiyyatın
dövlət tənzimlənməsinin bir vasitəsi kimi istifadə olunmağa başlandı.
Vergilərin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Vergilər dövlətin maliyyə
ehtiyatlarının yaradılmasının əsas mənbəyi olmaqla min illərdir ki, mövcuddur.
Onlar dövlətin təşəkkül tapdığı və cəmiyyətin siniflərə bölündüyü andan iqtisadi
münasibətlərin zəruri elementinə çevrilmişlər. İngilis iqtisadçısı Ş. Parkinsonun
sözləri ilə desək, “Vergitutma dünyanın özü qədər qədimdir. Onun ilk forması hər
hansı bir yerli hökmdarın çayın mənsəbinə, iki çayın qovuşduğu yerə və ya dağ
Dostları ilə paylaş: |