Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
188
cəlbi), sosial məqsədlər (səhmlərin bölgüsünün ədalətli forması), sistemli məqsəd-
lər (iqtisadiyyata bazar prinsiplərinin tətbiqi), səmərəliliyin yüksəldilməsi məqsəd-
ləri (idarəetmənin və istehsalın modernləşdirilməsi). Çexiya-Slovakiyada həyata
keçirilən özəlləşdirmə proqramları qarşısına sistemli və siyasi, Rusiyada birinci
növbədə siyasi, sonra isə sistemli, Polşada səmərəliliyin yüksəldilməsi və sosial
ədalətin təmini, Qırğızıstanda sistem müxtəliflikləri məqsədlərini qoymuşdur. Azər-
baycanda özəlləşdirmə proqramlarının məqsədləri Rusiya ilə üst-üstə düşür.
2. Onun reallaşdırılması üsulları və miqyasına görə:
Kütləvi özəlləşdirmə proqramları müxtəlif ölkələr üzrə özünəməxsus miqyas-
lara və idarəetmə dərəcələrinə malik olub. Digər proqramlarla müqayisədə Rusiya-
da özəlləşdirmə proqramının əhatə dairəsi daha geniş olaraq, özündə Rusiyanın bü-
tün əhalisini və dövlət müəssisələrinin 80 faizini birləşdirib. Polşa modeli ondan
xeyli dərəcədə fərqlənərək daha məhdud dairədə reallaşdırılmış və dövlətin əsas
fondlarının 11 faizindən bir qədər çoxunu əhatə edib. Bu proqramın həyata keçiril-
məsində Polşa vətəndaşlarının 69 faizi iştirakçı olub. Bu proqramların ortasında isə
Çexiyada özəlləşdirmə modeli dayanır ki, o da dövlət fondlarının 25 və ölkə əhali-
sinin 56 faizini əhatə edib. Azərbaycanda müvafiq surətdə dövlət mülkiyyətinin
75,7 faizinin özəlləşdirilməsi nəzərdə tutulub ki, bu məqsədlə ölkənin bütün vətən-
daşlarına çeklər paylansa da, I özəlləşdirmə proqramının nəticəsi olaraq əhalinin
heç bir faizi də səhmdara çevrilə bilməyib.
3. Reallaşdırma tempinə görə:
Bütün kütləvi özəlləşdirmə proqramları reallaşdırma sürəti parametri üzrə bir-
birindən fərqlənir. Ən gərgin qrafik üzrə çek özəlləşdirilməsi həyata keçirilib.
Orada dövlət fondlarının 25 faizinin özəlləşdirilməsi il yarımlıq müddət ərzində,
daha doğrusu, praktiki olaraq 1993-cü ilin sonunadək başa çatdırılıb. Rusiya va-
riantı üzrə həyata keçirilən özəlləşdirmə proqramına müvafiq surətdə 2 aya dövlət
müəssisələrinin yenidən qurulması, ardıcıl olaraq 18 ay müddətində isə əhali
arasında səhmlərin milli investisiya fondlarında yerləşdirilməsi işi başa çatıb. Milli
investisiya fondlarının özəlləşdirilməsinə də üç il vaxt sərf olunduğundan, demək
olar ki, Polşada özəlləşdirmə prosesi 5 illik müddəti əhatə edib.
4. Proqramların daxili uyğunluğuna görə:
Hər bir kütləvi özəlləşdirmə proqramlarında fəaliyyət ardıcıllığına görə müəy-
yən özünəməxsus xüsusiyyətlər meydana çıxsa da, onların təbii olaraq ardıcıl fəa-
liyyətini üç mərhələdə qruplaşdırmaq mümkündür. Belə təsnifat proqramların da-
xili uyğunluğu əsasında aparılır. Belə ki, bütün proqramlar üzrə birinci mərhələdə
vauçer, çek, kupon və ya səhm hüququ barədə şəhadətnamə paylanmaqla, dövlət
müəssisələrinin səhmlərinə süni tələbat yaradılır. İkinci mərhələdə özəlləşdirilən
Dövlät Maliyyäsi
189
müəssisələrlə vauçer sahibləri arasında vasitəçilik funksiyasını yerinə yetirən in-
vestisiya fondları formalaşdırılır. Üçüncü mərhələdə müəssisələrin səhmləşdiril-
məsi, dəyərin qiymətləndirilməsi və kiçik emissiya prospektlərinin buraxılış yolu
ilə onların təklifi həyata keçirilir.
5. Proqramların reallaşdırılması ilə əlaqədar risklərə görə:
Risk anlayışı heç də pul itirilməsi ilə bağlı deyil burada söhbət məqsədə çat-
mağın dərəcəsindən, son nəticələrin uğurundan gedir. Polşa və Rumıniyada reallaş-
dırılan proqramlarda aşağıdakı beş amilin nəticəsi olaraq əhali üçün risk dərəcəsi
xeyli aşağı salınıb: proqrama daxil edilən müəssisələrin əvvəlcədən seçilməsi yolu
ilə, investisiya fondlarının hər bir müəssisənin seçilməsinə peşəkar yanaşması, şir-
kətlərin fəaliyyətinin monitorinqinin peşəkar aparılması, satış qiymətinin aşağı
salınması və fondlar vasitəsilə manevr yolu ilə.
Riskin aşağı salınmasının digər amili təbliğat mexanizminin düzgün qurulması,
aşkarlıq, vətəndaş nəzarəti vasitəsilə özəlləşdirilən müəssisə və obyektlər barəsində
informasiya boşluğu yaratmaqdan ibarətdir. Hökumətin və parlamentin özəlləşdir-
mənin gedişinə diqqət yetirməsi də riskin azaldılması üzrə vacib məqsədlərdən
hesab olunur.
Azərbaycanda bu və ya digər məsələlərə az əhəmiyyət verilməsi, əhalinin
səhmləşdirmə prosesinə cəlb etmə mexanizminin düzgün qurulmamağı, onların
əmlak hüquqlarının pozulması halları özəlləşdirmənin reallaşdırma riskinin artırıl-
masına təsir edən amillərdən sayıla bilər.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, özəl-
ləşdirmə proqramlarına müxtəlif ölkələr fərqli aspektlərdən yanaşsalar da, onların
hamısının qarşısında aşağıdakı 4 qrup problemləri həll etmək vəzifəsi durur:
Birincisi, maliyyə sisteminin sağlamlaşdırılmasıdır ki, praktiki olaraq, bütün
ölkələrdə özəlləşdirmə prosesi yüksək inflyasiya, dövlət büdcəsinin kəsirinin artımı
və digər mənfi tendensiyalarla müşayiət olunub.
İkincisi, rəqabətin canlandırılması, təbii inhisarların tədricən ləğvi, dövlət və
özəl müəssisələrin menecment fəaliyyətinə azadlığın verilməsidir.
Üçüncüsü, əhalinin mülkiyyətçilər təbəqəsinə çevrilməsi yolu ilə iqtisadi artı-
mın yeni tipinin sosial bazasını formalaşdırmaqdan ibarətdir.
Dördüncüsü, dövlətin iqtisadi rolunun və funksiyalarının dəyişdirilməsi, iqtisa-
diyyatın səmərəliliyinin yüksəldilməsi məqsədləri daşıyır.
Azərbaycan müstəqillikdən sonra azad bazar iqtisadiyyatına keçməyi qərara
almış və bu sahədə fəaliyyətə başlamışdır. İlk olaraq 1993-cü ildə Özəlləşdirmə
qanunu çıxarmış, lakin faktiki tətbiq 1995-ci ildən başlaya bilmişdir.
Dostları ilə paylaş: |