Dövlät Maliyyäsi
183
AR-nın ərazisinə daxil olan xarici dövlətlərin, habelə AR-nın ərazisində şəxs-
lərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma
obyektidir.
Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün ver-
ginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə AR-
nın ərazisində qət edilən yolun hər bir kilometri üçün aşağıdakı kimi tutulur;
85
− 37 tondan 41 tonadək olduqda – 0,15 ABŞ dolları;
− 41 tondan 51 tonadək olduqda – 0,30 ABŞ dolları;
− 51 tondan 61 tonadək olduqda – 0,45 ABŞ dolları;
− 61 tondan 71 tonadək olduqda – 0,60 ABŞ dolları;
− 71 tondan 81 tonadək olduqda – 0,75 ABŞ dolları;
− 81 tondan çox olduqda – 1.8 ABŞ dolları;
7. Sosial ayırmalar
Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq,
sosial təminata və sosial ehtiyaclara bölünür. Sosial təminata ayırmalar məcburi xa-
rakter daşıyır və xüsusi fondun yaradılmasını nəzərdə tutur.
8. Qrantlar
Qrantlar dövlət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanması və həyata
keçirilməsi üçün müvafiq qanunvericiliklə nəzərdə tutulmuş yardımdır. Beynəlxalq
təşkilatlar, xarici hökumətlər, xarici hüquqi və fiziki şəxslər qrantların donoru kimi
çıxış edə bilər. Bunlardan asılı olmayaraq, qrantlar cari və əsaslı qrantlara bölünür.
Cari qrantlar aktivlərin alınması ilə şərtlənməyən cari xərclərin örütülməsi ilə bağlı
ödənişlərdir; əsaslı qrantlar isə aktivlərin alınması, verilməsi ilə şərtlənən ödəniş-
lərdir. Belə qrantlar resipiyent qarşılıqlı öhdəliklərin bağlanmasına da sərf edilə bilər.
Digər gəlirlər
Digər gəlirlər mülkiyyətdən gəlirlərə, mal və xidmətlərin satışından daxilolma-
lara, cərimə və sanksiyalar üzrə daxilolmalara və könüllü köçürmələrə bölünür.
86
Respublikada istehsal olunan və qiymətləri tənzimlənən məhsulların ixracı za-
manı məhsulların satış qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərq-
dən 30 faiz yığım müəyyən edilir. 2011-ci ildə xam neftin bir barelinin ixrac qiy-
mətinin 60 ABŞ dollarından çox olan hissəsinin 75 faiz hissəsi yığımlarda yer alır.
Məhsullardan olan yığımlar dövlət büdcəsinə, xam neftdən olan yığımlar isə
Dövlət Neft Fonduna köçürülür.
85
Nurpaşa Novruzov, Xanoğlan Hüseynov, a.k.ə, s. 191
86
Azərbaycan Respublikasının Büdcə Sistemi Haqqında Qanunu, 2006
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
184
Cədvəl 7.2. AR-nın 2013-cü il üçün dövlət büdcəsinin gəlirləri bəzi mədaxil mənbələri
Gəlirlərin mənbələri
Dövlət büdcəsinin gəlirləri
(min manatla)
1
Fiziki şəxslərin gəlir vergisi
783 000.0
2
Hüquqi şəxslərin mənfəət vergisi
2 279 000.0
3
Əlavə dəyər vergisi
2 768 000.0
4
Azərbaycan Respublikasının ərazisinə malların idxalına
görə əlavə dəyər vergisi
992 600,0
5
Aksiz
677 000,0
6
Hüquqi şəxslərin əmlak vergisi
116 000,0
7
Hüquqi şəxslərin torpaq vergisi
30 000.0
8
Yol vergisi
73 000.0
9
Mədən vergisi
121 000.0
10 Sadələşdirilmiş vergi
117 000,0
11 Gömrük rüsumları 285
400.0
12 Vergi olmayan sair gəlirlər 203
000.0
13 Dövlət neft fondundan daxilolmalar
11 350 000.0
7.12. BÜDCƏ SİSTEMİNİN TƏŞKİLİ PRİNSİPLƏRİ
Bütün dövlətlərin iqtisadi və dövlət quruluşuna xas olan büdcə sistemi təşəkkül
tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə, onun
dövlət quruluşuna xas olan büdcə sistemi yaranmışdır.
Büdcə sisteminin qurulması və onun bütün növləri arasında qarşılıqlı əlaqələr
büdcə quruluşu adlanır.
Büdcə sistemində birləşdirilən ayrı-ayrı müstəqil büdcələrin məcmusu dövlətin
büdcə sistemini təşkil edir. Büdcə sistemi bütün büdcə növlərinin məcmusunu
özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları dövlətin Konstitusiya-
sında və büdcə sistemi haqqında qanunlarda əks olunur. Büdcə sisteminin təşkili
müəyyən prinsiplərə əsaslanır ki, bu prinsiplər də ölkənin iqtisadi, siyasi və sosial
əsasları üzərində qurulmuşdur.
Büdcə sistemi dövlətin inzibati ərazi vahidinin bütün büdcələrinin məcmusunu
özündə birləşdirdiyinə görə onlar arasında qarşılıqlı münasibətlər qanunvericiliklə
tənzimlənir. Büdcə sisteminin xarakteri ölkənin ictimai-iqtisadi və siyasi quruluşu
ilə müəyyən olunur. Büdcə sisteminin təşkilati quruluşu və onların qarşılıqlı əla-
qələri dövlətin iqtisadi və siyasi təşkili əsasında müəyyən olunur.
İnkişaf etmiş ölkələrdə (unitar dövlətlərdə) məsələn, Böyük Britaniyada,
Fransa və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli
özünü-idarə orqanlarının, yerli bələdiyyələrin büdcələrindən ibarətdir. Federal döv-
Dövlät Maliyyäsi
185
lətlərin büdcə sistemi üç həlqədən, yəni mərkəzi federal büdcədən, federasiyaya da-
xil olan subyektlərin büdcələrindən və yerli orqanların büdcələrindən ibarətdir. Mə-
sələn, ABŞ-da, Rusiyada, Almaniya Federativ Respublikasında və s. büdcə sistemi
üç həlqədən ibarətdir. ABŞ-da federal büdcə, ştatların büdcələri, Rusiyada respub-
likaların, vilayətlərin büdcələri və mərkəzi federasiyanın büdcəsindən ibarətdir.
Azərbaycan Respublikasının büdcə sistemi mərkəzi büdcədən, yəni respublika
büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli hakimiyyət
orqanlarının, o cümlədən, bələdiyyələrin büdcələrindən ibarətdir. Yerli hakimiyyət
orqanlarının büdcələri respublika tabeçiliyində olan rayonların, şəhərlərin büdcələri
və onların müvafiq bələdiyyələrinin büdcələrindən ibarətdir. Azərbaycan Respubli-
kasının dövlət quruluşuna müvafiq olaraq bütün büdcə həlqələri, Respublikanın
mərkəzi büdcəsi, rayonların, şəhərlərin büdcələri, yerli bələdiyyələrin büdcələri
Respublikanın vahid büdcə sistemini təşkil edir və bütün büdcə növləri arasında
qarşılıqlı maliyyə münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə
müəyyən olunmuşdur. Bununla yanaşı, Azərbaycanın büdcə sistemi «Dövlət büd-
cəsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
Azərbaycan Respublikasının büdcə sistemi Dövlət büdcəsindən, yəni mərkəzi
büdcədən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən
ibarətdir. Yerli büdcələr respublika tabeçiliyində olan şəhərlərin büdcələrindən,
rayonların büdcələrindən və bələdiyyələrin büdcələrindən ibarətdir.
Azərbaycan Respublikasının büdcə sistemi aşağıdakı mühüm prinsiplər əsa-
sında qurulmuşdur:
1. Büdcə sisteminin vahidliyi;
2. Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi;
3. Gəlirlin və xərclərin büdcələr arasında bölüşdürülməsi;
4. Büdcələrin gəlirləri və xərclərinin, büdcədənkənar dövlət fondlarının həmin
büdcələrdə tam əks olunması;
5. Büdcələrin balanslaşdırılması;
6. Büdcə vəsaitinin istifadə edilməsində səmərəlilik və qənaət rejiminə əməl
olunması;
7. Büdcələrin aşkarlığı;
8. Büdcələrin həqiqiliyi (reallığı);
9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istifadəsi.
Həmin prinsipləri nəzərdən keçirək;
1. Büdcə sisteminin vahidliyi onu ifadə edir ki, bütün büdcə həlqələri Azərbay-
can Respublikasını vahid büdcə sistemində birləşdirməklə onların gəlirləri və xərc-
ləri vahid büdcə təsnifatı əsasında qurulur. Həm də gəlirlərin və xərclərin büdcə
həlqələri arasında bölüşdürülməsi Respublikanın ali qanunvericiliyinə əsaslanır.
Dostları ilə paylaş: |