Dövlät Maliyyäsi
173
çox proqnozlaşdırılıb. Ümumiyyətlə, ölkə iqtisadiyyatında məşğulluq səviyyəsinin
və muzdla çalışan işçilərin əmək haqqı gəlirlərinin aşağı olması səbəbindən fiziki
şəxslərin gəlir vergisinin büdcə gəlirlərində xüsusi çəkisi cəmisi 4,08 faiz proq-
nozlaşdırılıb.
ƏDV və mənfəət vergisi birlikdə vergi və rüsum ödənişlərinin 2/3-nü təşkil
edəcək. 2013-cü il üçün ƏDV üzrə daxilolmalar bütövlükdə dövlət büdcəsi gəlir-
lərinin 14,5 faizini, dövlət büdcəsinə neft fondundan transferlər nəzərə alınmadıqda
isə ümumi mədaxilin 35,5 faizi həcmində proqnozlaşdırılıb. Mənfəət vergisi isə
müvafiq olaraq bütövlükdə dovlət büdcə gəlirlərinin 11,9 faizini, transferlər nəzərə
alınmadıqda 29,1 faizini təşkil edəcək. Hesablamalar göstərir ki, transferlər nəzərə
alınmadıqda büdcə gəlirlərinin üçdə ikisinə qədəri (64,6 faizi) bu iki tədiyə növü
üzrə təmin ediləcək. Bu isə büdcə gəlirləinin tədiyə növləri üzrə diversifikasisiya
səviyyəsinin aşağı olmasının göstərici hesab oluna bilər. 2013- cü ilin büdcəsində
yerli gəlirlərinin formalaşması mexanizmi istiqamətində dəyişiklik də nəzərdə tu-
tulub. Belə ki, Bakı şəhəri istisana olmaqla digər şəhər və rayonların ərazilərində
faliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan ödəyicilərin
hesablanmış vergiləri (hüquqi şəxslərin mənfəət vergisi istisna olmaqla) həmin
şəhər və rayonların yerli gəlirlərinə aid ediləcək. Cari ildə bu qayda yalnız fiziki
şəxslərin gəlir vergisi, əmlak və torpaq vergiləri üzrə tətbiq edilirdi. Bütün bunlara
bxamayaraq regionlara mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin azalması isti-
qamətində ciddi dəyişikliklər proqnozlaşdıırlmayıb. Hesablamalara görə, bu dəyi-
şiklik nəticəsində yerli xərclərini tam şəkildə yerli gəlirləri hesabına maliyyələş-
dirən rayonların siyahısına yalnız Şirvan şəhəri əlavə olunacaq. Beləliklə də proq-
nozlara görə, belə şəhər və rayonların sayı Sumqayıt şəhəri və Abşeron rayonu da
daxil olmaqla 3-ə çatacaq.
Vergi potensialına görə təkcə paytaxtla regionlar arasında deyil həmçinin ra-
yonların öz aralarında son dərəcə yüksək fərqlər müşahidə olunur. MBQ ekspert-
lərinin Dövlət Statistika Komitəsinin əhalinin rayonlar üzrə sayına dair 2012-ci il
yanvarın 1-nə olan məlumatları əsasında apardığı hesablamalara görə, növbəti ildə
paytaxt üzrə şəhər əhalisinin hər nəfərinə düşən yerli gəlirlər 2812 manat təşkil
edəcək. Sumqayıt, Naftalan və Mingəçevir kimi iri şəhərlərdə həmin göstərici 230-
250 manat, Gədəbəy, Lerik, Masallı, Tərtər və Yardımlı kimi rayonlarda 25-40
manat, yerdə qalan rayonlarda 50-100 manat intervalında proqnozlaşdırılır.
Yerli gəlirlər mütləq ifadədə artsa da, regionların büdcənin formalaşmasında
payı hələ də kritik səviyyədə aşağı olaraq qalır. 2013-cü ildə yerli gəlirlərin həcmi
197,2 milyon manat və ya 39,5 faiz artaraq 696,7 milyon manata çatacaq. Bununla
belə, yerli gəlirlərin ümumi büdcə gəlirlərində payı cəmi 3,6 faiz təşkil edəcək.
Göründüyü kimi, yenə də Bakı şəhəri dövlət büdcəsinin formalaşmasında 96 faiz-
dən çox paya malik olacaq. Digər tərəfdən, yerli gəlirlərin real həcmi ilə bağlı
narahatlıqlar var. Çünki hətta Hesablama Palatasının son illər hazırladığı bir sıra
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
174
büdcə rəylərində qeyd olunub ki, yerli gəlirlərin artımı mərkəzi ofisi Bakı şəhə-
rində yerləşən, lakin regionlarda filial şəbəkələrinə malik iri şirkətlərin gəlirlərinin
yenidən hesablanması, həmin gəlirlərin bir hissəsinin yerli gəlirlərə aid edilməsi
hesabına baş verib. Belə şəraitdə hökumətin regional inkişafa yönəlik siyasi təb-
liğat məqsədilə yerli gəlirlərin real həcmini süni formada şişirtmədiyini qiymətlən-
dirmək üçün hər bir rayon üzrə gəlirlərin konkret tədiyyə növləri üzrə strukturu
barədə məlumatların büdcə zərfinə daxil edilməsinə və bu cür informasiyaların
ictimaiyyət üçün əlçatan olmasına ehtiyac var.
Ölkənin rayonlarının böyük əksəriyyətinin yerli gəlirlərinin onların xərclərini
qarşılama səviyyəsi 25-30 faizdən yüksək deyil. Gələn il Bakı və Sumqayıt şəhər-
ləri, həmçinin Abşeron rayonu istisna olmaqla ölkənin bütün regionlarına yerli
xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılacaq. 2013-cü
il üzrə yerli gəlir və xərclərə dair məlumatların təhlili göstərir ki, ölkənin 30-dan
artıq rayonunun (Cəlilabad, Zərdab, Zaqatala, Samux, Qobustan, Lerik və s. rayon-
lar) mərkəzləşdirilmiş xərclərdən asılılığı 70-95 faiz intervalında proqnozlaşdı-
rılır.
2012-ci ilin ümumi büdcə xərclərinin 15692.4 milyon manatı mərkəzləşdiril-
miş (92.4 faizi), 1292.0 milyon manatı (7.6 faizi) isə yerli xərclərə aid edilir (dövlət
büdcəsi gəlirlərinin 97 faizi mərkəzləşdirilmiş, 3 faizi isə yerli gəlirlərdən ibarət
olacaq). Bakı şəhərindən başqa ölkənin heç bir şəhər və rayonunun yerli gəlirləri
onun illik yerli xərclərini ödəmək imkanında olmayacaq. Ona görə də Bakı şəhəri
istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarının yerli gəlir və xərclərini
tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılır. Milli Büdcə Qrupu
ekspertlərinin hesablamalarına görə, 2013-cü ildə dövlət büdcəsi xərclərinin funk-
sional bölgüsünün ümumi yekunda çəkisi sənaye və tikintidə 35 faiz, əsas bölmə-
lərə aid edilməyən xərclərdə 14,50, sosial müdafiə və sosial təminat xərclərinin
ümumi yekunda çəkisi 9,20 faiz, ümumi dövlət xidmətləri və idarəetmə xərclərin-
də 9,09 faiz, təhsildə 7,70, müdafiə xərclərində 7,71 faiz, məhkəmə hakimiyyəti,
hüquq-mühafizə və prokurorluqda 5,46 faiz, səhiyyədə 3,40 faiz, kənd təsərrüfa-
tında 2,49, mədəniyyətdə 1,45 faiz, iqtisadi fəaliyyətdə 1,39 faiz, digər xərclərdə
isə 2,61 faiz olacaq. Eyni zamanda digər hesablamalara görə, 2013-cü ilin büdcəsini
100 manat ekvivalentində götürdükdə onda hər 100 manatdan əsas fondlara əsaslı
vəsait qoyuluşuna 45 manat 80 qəpik, əməyin ödənişinə 14 manat 20 qəpik, sair
xərclərə 11 manat 40 qəpik, təqaüdlər və sosial müavinətlərə 8 manat 80 qəpik,
idarəetmə aparatının saxlanmasına 2 manat 30 qəpik, subsidiya və transferlərə 1
manat 60 qəpik, ərzaq məhsullarının alınmasına 1 manat 50 qəpik, dərman, sarğı
ləvazimatları və materialların alınmasına 90 qəpik catacaq.
2013-cü il dövlət büdcəsinin xərcləri üzrə proqnozların əvvəlki ilin göstəriciləri
ilə müqayisəli təhlili aşağıdakı meylləri qiymətləndirməyə imkan verir: Sosial
xərclərin büdcə xərclərində xüsusi çəkisi azalacaq. 2012-ci illə müqayisədə gələn il
Dostları ilə paylaş: |