Dövlät Maliyyäsi
165
büdcəsinin əhatə dairəsi, münasibətlərinin genişlənməsi daha da artır, qarşılıqlı
əlaqələrdə yeni-yeni subyektlər yaranır. Həmin əlaqələr
hətta ölkə çərçivəsindən
belə kənara çıxır, bəzi beynəlxalq maliyyə-kredit təşkilatları ilə əməkdaşlıq edilir
və yeni münasibətlər yaranır.
Dövlət büdcəsi anlayışı və onun mahiyyəti yalnız mütləq dövlət büdcəsinin
funksiyaları məsələsinə toxunulduğu zaman tam açıla bilər. Adını çəkdiyimiz
problemə bu baxımdan yanaşsaq, onda məlum olacaqdır ki, dövlət büdcəsi bir neçə
vəzifəni yerinə yetirir. O cümlədən, həmin vəzifələrə bölgü və nəzarət funksiya-
larını aid etmək olar. Həmin funksiyalardan birincisi, yəni bölgü vəzifəsi onunla
əlaqədardır ki,
dövlət ümumi milli, ümumi dövlət tələbatlarının ödənilməsindən
ötrü ölkə miqyasında pul vəsaitlərini toplayır və cəmiyyətin ən zəruri ehtiyaclarını
ödəmək üçün çalışır. Digər tərəfdən, əgər söhbət dövlət büdcəsinin nəzarət funksi-
yasından gedirsə, onda etiraf etməliyik ki, bu, dövlət büdcəsi vasitəsilə pul vəsait-
ləri fondlarının formalaşması və onlardan necə istifadə olunması prosesini izləyir
və ona nəzarət edir. Bununla da iqtisadiyyatın müxtəlif bölmələrində baş verən iqti-
sadi proses və hadisələr özünü büruzə verir. Bir həqiqəti də etiraf edək ki, cəmiy-
yətdə yerinə yetirilən
müxtəlif növ işlər, həyata keçirilən tədbirlər və əməliyyatlar
pulun hərəkətinə səbəb olur, pul dövr edir, ölkədə hər bir alqı-satqı prosesləri baş
verir. Deməli, istər-istəməz büdcə nəzarətinə ehtiyac yaranır. Nəticə etibarilə nəza-
rət edənlərin özləri də nəzarət olunurlar. Mövcud halda pul vəsaitləri fondlarının
necə istifadə olunması və xərclənməsi, hökumət, eləcə də bu işə cavabdeh və aidiy-
yəti olan bir sıra idarə və təşkilatlar, komitələr tərəfindən nəzarət olunur. Görünür,
elə buna görə deyilir ki, dövlət büdcəsi iqtisadi siyasət və idarəetmə vasitəsidir. O
da
məlum həqiqətdir ki, cəmiyyətdə maliyyə vəsaitlərinin məcmu və bölgüsü ilə
əlaqədar iqtisadi inkişafla bağlı dövlətlə hüquqi və fiziki şəxslər arasında pul mü-
nasibətləri baş verir, bu isə öz əksini yığım şəklində büdcə münasibətlərində tapmış
olur. Məhz problemə bu qütbdən yanaşdıqda aydınlaşır ki, dövlət büdcəsindəki
gəlir və xərc hissələri iqtisadi münasibətlə uyğunlaşır, üstəlik dövlət aparatı ilə ida-
rə, müəssisə, təşkilatlar və cəmiyyət üzvləri arasındakı qarşılıqlı əlaqələrin reallığı
sübuta yetmiş olur.
Dövlət büdcəsi məsələlərində mühüm əhəmiyyət kəsb edən məqamlardan biri
büdcəyə toplanan pulların hansı mənbələrdən əldə olunması və onun necə sərf olun-
masıdır. Dövlət büdcəsinin gəlirlərinin əsas hissəsini vergi və rüsumlar təşkil edir.
Hərçənd ki, bəzi ölkələrdə ümumi qanunauyğun, oxşar cəhətlərlə bəzi
xüsusi hallar
da olur. Bunu istər bazar münasibətlərinə doğru keçid dövrünü yaşayan bir sıra
ölkələrdə, istərsə də inkişaf etmiş bir sıra super dövlətlərin timsalında görmək olar.
Büdcənin ikinci digər mühüm bölməsi xərclər hissəsidir ki, burada da gəlir-
lərin bölgüsü və yenidən bölgüsü prosesi həyata keçirilir. Büdcənin gəlirləri müx-
təlif istiqamətlərdə xərclənir, necə deyərlər, maliyyələşdirmə əməliyyatları aparılır.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
166
Dövlət
büdcəsinin xərcləri, daha çox, iqtisadi məqsədlərə uzlaşdırılmalıdır. Çox
təəssüf ki, bu, həmişə biz istədiyimiz kimi olmur. Bəzi obyektiv və subyektiv sə-
bəblər üzündən büdcənin xərclər hissəsi qismən qeyri-iqtisadi istiqamətə yönəldi-
lir və pulların bir hissəsi havaya sovrulur. Bu səbəbdən belə vaxtlar, illər olur ki,
əhalinin zəruri ehtiyacları üçün ayrılan vəsaitlər ixtisara düşür, ya da azalır.
7.8. MƏQSƏDLİ BÜDCƏ FONDLARI
Məqsədli büdcə fondları dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının
büdcəsinin və yerli büdcələrin tərkib hissəsi kimi yaradıla bilər. Bu
fondlar müs-
təqil mədaxil mənbələrinə malik ola bilərlər.
Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc
hissələrində ayrıca göstərilməklə müvafiq, maliyyə əməliyyatları xəzinədarlıq vasi-
təsi ilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə
olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Məqsədli
büdcə fondlarının hesablarında ilin sonuna qalan vəsait onların növbəti ildə gəlir-
lərinə daxil edilir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanu-
nunda göstərildiyi kimi büdcədənkənar dövlət fondları qanunvericiliyə uyğun ola-
raq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kə-
nar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Başqa sözlə
büdcədənkənar dövlət fondları Dövlət büdcəsindən və Azərbaycan Respublikası
subyektlərinin büdcələrindən kənar yaradılan, vətəndaşların konstitusiya hüquqla-
rının
təmin edilməsi, iqtisadi və sosial xarakterli bəzi tələbatlarının ödənilməsi
üçün müəyyən edilmiş pul vəsaitləri fondlarıdır. Həmin fondlar bir növ ayrı-ayrı
sosial, iqtisadi, kredit, sənaye və s. problemlərin həlli məqsədilə yaradılır. Ona görə
də büdcədənkənar fondlarda toplanan vəsaitlər məqsədli xarakter daşıyır. Bu fond-
lar dövlət büdcəsi ilə müqayisədə avtonom (muxtar), müstəqil əhəmiyyət kəsb edir
və deyildiyi kimi müəyyən tədbirlərin həyata keçirilməsinə xidmət edir. Lakin,
büdcədənkənar fondların müstəqil formalaşdırılması zəruri hallarda onların
dövlət
büdcəsində birləşməsini istisna etmir.
Büdcədənkənar fondlar – milli gəlirin müəyyən sosial və iqtisadi məqsədlər
üçün yenidən bölgüsü və istifadə edilməsinin bir fondudur. Bütövlükdə istər dövlət
büdcəsinin və istərsə də büdcədənkənar fondların mənbəyini ÜDM, birinci
növbədə milli gəlir təşkil edir. Lakin, konkret mənbə baxımından götürüldükdə
büdcədənkənar fondlar xüsusi vergi və yığımlar, habelə dövlət büdcəsi, bəzi ölkə-
lərdə isə istiqrazlar, borclar hesabına formalaşır. Büdcədənkənar fondlara bəzi
mənbələrdən vəsaitlər qaytarılmaq və qaytarılmamaq şərti ilə həyata keçirilə bilər.
Büdcədənkənar fondlar mərkəzi vəya yerli hakimiyyət orqanlarının sərənca-
mında olur.