Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə71/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   67   68   69   70   71   72   73   74   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
162 
−  mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və digər 
kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
−  mənzil və kommunal təsərrüfatı; 
−  yanacaq və enerji; 
−  kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin 
mühafizəsi; 
−  sənaye, tikinti və faydalı qazıntılar; 
−  nəqliyyat və rabitə; 
−  iqtisadi fəaliyyət; 
−  əsas bölmələrə aid edilməyən fəaliyyətlər. 
- Büdcə xərclərinin inzibati təsnifatı  
Məlum olduğu kimi, dövlətin qarşısında duran funksiya və  vəzifələrin həyata 
keçirilməsi müvafiq məqsədlər üçün yaradılmış dövlət orqanları  və icra hakimiy-
yəti qurumları tərəfindən təşkil və təmin olunur. Belə ki, ayrı-ayrı sahə və istiqa-
mətlərdə dövlət siyasətinin işlənilməsi və  həyata keçirilməsi üçün müvafiq nazir-
liklər yaradılır, sahələrarası məsələlər komitə, komissiyalar və ya işçi qrupları va-
sitəsi ilə təmin olunur, ayrı-ayrı xidmətlər üçün baş idarələr, agentlik və xidmətlər 
qurulur; şəhər və rayon icra hakimiyyəti orqanları fəaliyyət göstərir; qanunlar Milli 
Məclis tərəfindən qəbul olunur; qanunların yerinə yetirilməsinə  nəzarət prokuror-
luq və  məhkəmə orqanları  tərəfindən həyata keçirilir və s. Məsələn, hazırda AR-
nda icra hakimiyyəti sisteminə Prezidentin İcra aparatı, Nazirlər kabineti, 20 
nazirlik, 10 dövlət komitəsi, 3 komissiya, 4 baş idarə, 4 agentlik, habelə işçi qrup-
ları, büro və şuralar, şəhər və rayon icra hakimiyyəti orqanları və s daxildir.
78
 
Dövlətin yerinə yetirdiyi vəzifə  və funksiyalar müvafiq dövlət orqanları ara-
sında bölündüyündən, həmin funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulan 
vəsaitlər də uyğun olaraq, bu orqan və təşkilatlar arasında bölünür və onların sə-
rəncamına keçir. Büdcə  xərclərinin qanunvericiliyə uyğun olaraq, müvafiq vəzifə 
və funksiyalarını həyata keçirən dövlət orqanları və təşkilatları üzrə qruplaşdırılma-
sına büdcə xərclərinin inzibati təsnifatı deyilir. 
Hər il üzrə dövlət büdcəsi haqqında qanundan fərqli olaraq, həmin qanunun 
tətbiq edilməsi barədə prezidentin fərmanında büdcənin bütün xərcləri funksional 
bölmə və yarımbölmələr üzrə verilməklə yanaşı, həm də konkret icraçılar arasında 
bölünərək təqdim olunur. Məsələn, büdcənin “Sosial müdafiə  və sosial təminat” 
bölməsi 2 yarım bölmədən Sosial müdafiə  və Sosial təminat yarımbölmələrindən 
ibarətdir. “Sosial müdafiə xərcləri” yarımbölməsi üzrə nəzərdə tutulan vəsait 3 qu-
rum – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köç-
                                                 
78
  Azər Mehdiyeva.k.ə, s. 49 


Dövlät Maliyyäsi 
 
163 
künlərin  İşləri üzrə Dövlət Komitəsi və Dövlət Sosial Müdafiə Fondu arasında 
bölünür. 
- Büdcə xərclərinin iqtisadi təsnifatı  
Funksional istiqamətindən və sərəncamçı təşkilatından asılı olmayaraq, büdcə-
dən müxtəlif məqsədlərlə ayrılan vəsaitlər müvafiq müəssisə və  təşkilatlarda iqti-
sadi təyinatı üzrə istifadə olunur: işçilərə  əmək haqqı verilir, müvafiq işlərin və 
xidmətlərin təşkili üçün zəruri mallar alınır, kommunal, nəqliyyat və başqa xid-
mətlərin haqqı ödənilir, müvafiq obyektlər tikilir, təmir olunur və s. Buna görə də, 
dövlət büdcəsinin xərcləri planlaşdırılarkən onlar əvvəlcə iqtisadi məzmununa görə 
qruplaşdırılır. Dövlət büdcəsi xərclərinin onların iqtisadi məzmununa görə qrup-
laşdırılması büdcə xərclərinin iqtisadi təsnifatı adlanır. 
Dövlət büdcəsinin xərcləri iqtisadi məzmunu üzrə ümumi şəkildə  aşağıdakı 
kimi təsnifləşdirilir: 
−  Əməyin ödənişı əməyin ödənilməsi fondu, əmək haqqında əlavə xərclər və s; 
−  Malların (işlərin və xidmətlərin) satın alınması ayrı-ayrı malların alınması 
və xidmətlərin haqqının ödənilməsi, nəqliyyat və bütün növ kommunal xid-
mətlərin haqqının ödənilməsi, cari təmir xərcləri və s.; 
−  Köhnəlmə; 
−  Faizlər üzrə ödənişlər - daxili borc üzrə və xaricdən cəlb edilmiş kreditlər 
üzrə faiz ödənilməsi; 
−  Subsidiyalar və cari transfetlər  müəssisə və təşkilatlara subsidiyalar; 
−  Qrantlar və digər ödənişlər xarici dövlətlərə, beynəlxalq təşkilatlara, digər 
dövlət idarəetmə sektoruna ödənilən qrantlar və beynəlxalq təşkilatlara 
üzvlük haqqı və s.; 
−  Təqaüdlər və sosial müavinətlər əhalinin ayrı-ayrı təbəqələrinə ödənişlər; 
−  Digər xərclər mülkiyyətlə bağlı icarə  və muzdlu xidmətlər və s. müxtəlif 
xərclər; 
−  Qeyri-maliyyə aktivlərinin alınması əsas vəsaitlər (bina və tikililər, maşın 
və avadanlıqlar və s.), maddi-istehsal ehtiyatları, qiymətli materiallar, qeyri-
istehsal aktivləri
−  Maliyyə aktivləri üzrə əməliyyatlar daxili və xarici valyuta, depozitlər, qiy-
mətli kağızlar, ssudalar, qızıl və s.; 
Öhdəliklər üzrə maliyyə  əməliyyatları daxili və xarici valyuta, depozitlər, 
qiymətli kağızlar, ssudalar üzrə öhdəliklər. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
164 
7.7. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT 
XƏRCLƏRİNİN TƏSNİFATI 
İqtisadi nəzəriyyə baxımından dövlət və müəssisələrin büdcəsini ayırmaq la-
zımdır. Burada müəssisələrin büdcəsi də  şərti olaraq, kommersiya təşkilatlarının, 
qeyri-kommersiya təşkilatlarının və ictimai birliklərin büdcəsini xarakterizə etmək 
gərəklidir. Ümumiyyətlə isə, müəssisə büdcəsi, müəssisənin sərəncam, istifadə və 
mülkiyyətində olan pul əməliyyatlarının, yəni gəlir və  xərc maliyyə  əməliyyatla-
rının pul formasında hərəkət qanunauyğunluqları, bu pulların yaranma mənbələri 
və istifadə istiqamətləri əsas məsələlərdəndir.  
Dövlətin iqtisadi vəzifələrinin həyata keçirilməsinin maddi əsasını dövlət büd-
cəsi təşkil edir. İqtisadi münasibətlərin mühüm tərkib hissəsi sayılan maliyyə mü-
nasibətləri sistemində dövlət maliyyəsi adlanan dairədə dövlət büdcəsi əhəmiyyətli 
yer tutur. 
Məlumdur ki, dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, onun iqtisadi, 
sosial, siyasi və s. sahələrdə çoxsaylı, çoxşaxəli işləri yerinə yetirməsindən ötrü 
maliyyə vəsaiti tələb olunur. Elə bu məqsədlə dövlət pul vəsaitləri fondlarını yarat-
maq məcburiyyətində qalır və  əvvəl göstərdiyimiz dairələrdə lazımi işləri apar-
maqdan ötrü pul vəsaitləri fondlarından istifadə etməli olur. Bu mənada dövlət büd-
cəsi dövlətin dayağı, möhkəm təminatı, müdafiəçisi və etibarlı söykənəcəyidir. 
Aydın məsələdir ki, əksər problemlərin həlli, toplanan pul vəsaitlərinin qədərindən 
asılıdır. Belə ki, iqtisadiyyatın inkişafı və tərəqqisi bununla şərtləşir, nəticə etibarı 
ilə ondan asılıdır. Maddi imkan olmadan cəmiyyət öz qarşısında qoyduğu  ən adi 
məsələni həll edə bilmir. İqtisadiyyatın iqtisadi cəhətdən tənzimlənməsi mexanizmi 
halqası sayılan dövlət büdcəsi,  əslində, hökumətin sərəncamında olan iri mərkəz-
ləşdirilmiş pul fondu kassasından başqa bir şey deyildir. 
Dövlət büdcəsi iqtisadiyyatda fəaliyyət göstərən bir sıra iqtisadi qanunlar, iqti-
sadi kateqoriyalarla yanaşı birgə, qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəaliyyət 
göstərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan maliyyə münasibətlərinin müəy-
yən tərəfini ifadə edir. Cari halda biz bu münasibətləri hər  şeydən  əvvəl dövlət 
büdcəsindəki gəlirlər və xərclər arasındakı nisbətdə və əlaqələrdə görürük. Büdcə 
münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə və təşkilatlar, əhali və s. arasın-
dakı  əlaqələri ifadə edir və  həmin münasibətlərin məcmusudur. Məsələ bununla 
bitmir.  İş ondadır ki, dövlət büdcəsinin rolu əvvəl deyilənlərlə  məhdudlaşmır, o 
ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsündə iştirak edir. 
Büdcə sistemi olduqca mürəkkəb mexanizmdir. Üstəlik ölkənin iqtisadiyyatının 
tənzimlənməsində qüdrətli alət və vasitədir. Dövlət büdcəsi hər bir ölkədə dövlətin 
maliyyə planı və proqramı deməkdir. Nəzərə almamaq olmaz ki, qarışıq iqtisadiy-
yat, müxtəlif mülkiyyət formalarının yarandığı  və formalaşdığı bir dövrdə dövlət 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə