Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə69/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   65   66   67   68   69   70   71   72   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
156 
-   digər büdcə ssudalarının ümumi məbləği və istiqamətləri; 
-   daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər; 
-   dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi; 
-   sair beynəlxalq öhdəliklərin məbləği; 
-   ehtiyat fondunun məbləği; 
-   Azərbaycan Respublikasının daxili və xarici borclanmasının həddi (il ərzin-
də götürülə biləcək dövlət borcunun və cəlb ediləcək dövlət istiqrazlarının 
məbləği); 
-   xərclərin maliyyələşdirilmə ardıcıllığı; 
-   dövlət büdcəsinin müdafiə olunan xərc maddələri; 
-   büdcə kəsirinin yuxarı həddinin məbləği; 
-   təsdiq olunması zəruri hesab edilən digər göstəricilər. 
Dövlət büdcəsindən maliyyələşən icra hakimiyyəti orqanlarına və onlar tərəfin-
dən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunmuş xərc 
maddələri çərçivəsində  təşkilati təsnifata uyğun olaraq müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən təsdiq edilir. Növbəti büdcə ili üzrə dövlət büdcəsi təsdiq edildik-
dən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada imzalandıqdan sonra mətbuatda 
dərc olunur. 
Müvafiq icra hakimiyyəti orqanı növbəti büdcə ili üzrə dövlət büdcəsinin təs-
diq olunmuş göstəriciləri  əsasında onun büdcə  təsnifatına uyğun olaraq mənbələr 
üzrə  gəlirlərinin və  xərclərinin rüblük, zəruri hallarda aylıq bölgüsünü müəyyən 
edir. Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və  xərclərin bölgüsü 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində büdcə təşkilatlarına 
çatdırılır.  
Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə  nəzərdə tutulmuş ayır-
maların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmasına görə mü-
vafiq icra hakimiyyəti orqanlarının rəhbərləri Azərbaycan Respublikasının qanun-
vericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
Dövlətin orta müddətli maliyyə siyasətinin mühüm tərkib hissəsi kimi ölkənin 
sosial-iqtisadi inkişaf konsepsiyasına və proqnoz göstəricilərə uyğun şəkildə hazır-
lanan gələn ilin büdcə sənədi bir sıra geniş miqyaslı tədbirlərin həyata keçirilməsini 
nəzərdə tutur. Bura ilk növbədə, büdcənin iqtisadi mexanizmlərə təsir imkanlarının 
gücləndirilməsi, qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yuksəldilməsi, regi-
onların, xüsusilə dağ  və  sərhəd rayonlarının inkişaf konsepsiyasının reallaşdırıl-
ması, yoxsulluğun aradan qaldırılmasına maliyə dəstəyinin təmin edilməsi daxildir.  
Bütövlükdə isə, növbəti ilin büdcə-vergi siyasəti daha əhatəli tədbirlərin həyata 
keçirilməsini nəzərdə tutur. ÜDM-nin strukturuna uyğun büdcə gəlirlərinin artımı-


Dövlät Maliyyäsi 
 
157 
na nail olmaq, qeyri-neft sektorunda büdcə gəlirlərinin yığım əmsalını yüksəltmək, 
xərclərin investisiya yükünü artırmaq və sosial yönümlüyünü təmin etmək həmin 
tədbirlərin heç də tam olmayan siyahısıdır. Budcə kəsirinin inflyasiya yaratmayan 
mənbələr balansına maliyyələşdirilməsini davam etdirmək, yanacaq-enerji sekto-
runda maliyyə intizamını gücləndirmək və qarşılıqlı ödəməmələr probleminin həlli 
məqsədi ilə büdcədən dolayı dotasiyaların verilməsi, ixracyönümlü məhsul isteh-
salının həvəsləndirilməsi ilə bağlı işlər də bu qəbil tədbirlər sırasında olacaq. Belə 
ki, 2010-cü ilin büdcə-vergi siyasətinin mühüm xarakterik cəhətlərindən biri də 
regionlar arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılması ilə bağlı  həyata 
keçiriləcək tədbirlərlə  əlaqədardır.Regionlararası inkişafı tarazlaşdırmaq və  işgü-
zar fəaliyyəti həvəsləndirmək üçün vergi güzəştləri tətbiq olunacaq, mənfəət ver-
gisinin dərəcəsi aşağı salınmıqla yanaşı, bu tədiyyə növü region və sahələr üzrə 
diferensiallaşacaq, ölkənin coğrafi mövqeyindən səmərəli istifadə etmək üçün nəq-
liyyat vasitələrinə tətbiq olunan yol vergisinin məbləği azaldılmaqla yanaşı, onun 
hesablanması qaydası daha da sadələşdiriləcək. 
Bununla yanaşı, sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə sadələşdi-
rilmiş sistem üzrə vergiyə  cəlb olunan dövriyyənin daha da genişləndirilməsi və 
həmin verginin ödəyicilərinə əlavə güzəştlərin tətbiqi də büdcə paketinə daxil edi-
lən tədbirlər sırasındadır. 
7.5. BÜDCƏ TƏSNİFATI 
Büdcə  gəlirlərinin, xərclərinin, büdcə  kəsirinin maliyyələşmə  mənbələrinin, 
dövlət borclarının eyni əlamətlər üzrə qruplaşdırılmasıdır. Büdcə  təsnifatı–büdcə 
gəlirlərinin təsnifatından, büdcə  xəclərinin funksional, iqtisadi, təşkilati (inzibati) 
və s. prinsiplər əsasında tərtib olunmuş vahid təsnifatdan ibarətdir. 
Sxematik olaraq aşağıdakı 4 qrupa alınır: 
Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı; 
Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı; 
Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı; 
Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati (təşkilati) təsnifatı.
71
 
Büdcə gəlirləri–Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının 
və yerli özünüidarəetmə orqanlarının qanunvericilik aktları ilə müəyyən olunmuş 
qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə  və yerli 
büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır. 
Büdcə gəlirləri 4 bölməyə bölünürlər: 
Vergilərdən daxilolmalar; 
                                                 
71
  N.A.Novruzov, Maliyyə, Bakı, Kooperasiya nəşriyyatı, 2007, s. 154-156. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
158 
 Vergi olmayan gəlirlərdən
 Əsaslı gəlirlər; 
 Rəsmi qaydada alınan vəsaitlərdən (transferlər); 
 Büdcə xərcləri–büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən, Naxçıvan 
Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə 
tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir. Qaytarılmamaq  şərtilə verilən və-
saiti eyni zamanda, büdcə krediti və büdcə ssudaları da ola bilər. 
 Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin funksional təsnifatı 
dövlətin  əsas funksiyalarının yerinə yetirilməsinə istiqamətləndirilmiş maliyyəni 
əks etdirən müxtəlif səviyyələrdə büdcə xərclərinin qruplaşdırılmasıdır. 
Bu təsnifata aid olan bölmələr aşağıdakılardır: 
−  ümumi dövlət xidmətləri xərcləri
−  müdafiə xərcləri; 
−  məhkəmə hakimiyyəti, hüquqi-mühafizə, təhlükəsizlik orqanlarının və pro-
kurorluğun saxlanılması xərcləri; 
−  təhsil xərcləri; 
−  səhiyyə xərcləri; 
−  sosial- müdafiə və sosial-təminat xərcləri; 
−  mədəniyyət,incəsənət, KİV, bədən tərbiyəsi və din sahəsində fəaliyyətə 
çəkilən xərclər; 
−  mənzil-kommunal təsərrüfatı xərcləri; 
−  yanacaq və enerji kompleksi xərcləri; 
−  kənd təsərrüfatı və balıqçılıq təsərrüfatı xərcləri. 
−  Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin təsnifatı məzmunu-
na görə bütün səviyyəli büdcələrin xərclərinin qruplaşdırılmasıdır. 
−  Təsnifat aşağıdakı xərc maddələrini təşkil edir: 
−  əməyin ödənişi, malların alınması və xidmətlərin haqqının ödənilməsi; 
−  faizlər üzrə ödənişlər; 
−  subsidiyalar və cari ödənişlər; 
−  əsaslı fondlara əsaslı vəsait qoyuluşu
−  dövlət ehtiyatlarının yaradılması; 
−  torpaq və qeyri-maddi aktivlərin alınması; 
−  əsaslı ödənişlər; 
−  ölkə daxilində qaytarılan məbləğ çıxıldıqdan sonra kreditlərin verilməsi; 
−  xaricə qaytarılan məbləğ çıxdıqdan sonra kreditlərin verilməsi. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə