Dövlät Maliyyäsi
193
keçidinə sədd çəkdiyi və tacir və səyyahlardan keçib getmək üçün haqq aldığı za-
man yaranmışıdır”.
Vergitutma öz inkişafının ilk mərhələsində primitiv və təsadüfi xarakter daşı-
yırdı. Qədim Roma və Afinada sülh dövrində vergi tətbiq olunmaz, sadəcə mühari-
bələrə hazırlıq zamanı tutularmış. İlk zamanlar vergilər əsasən natural formada,
məsələn: ərzaq məhsulları ilə ödənilərdi. Əmtəə-pul münasibətləri inkişaf edib
möhkəmləndikcə, vergilər də pul forması almağa başladı. Əgər başlanğıcda vergi-
lər saray və ordunun saxlanması, istehkamların, ehramların, yolların tikilməsi üçün
toplanırdısa, onlar zaman keçdikcə, dövlətin saxlanması üçün əsas gəlir mənbəyinə
çevrilirdi.
Vergilərin təsadüfi xarakter daşıması, onların tutulmasında ayrı-seçkiliyə yol
verilməsi çox zaman əhali arasında böyük narazılıqlara səbəb olurdu. Bu nöqteyi-
nəzərdən Əhəmənilər dövlətinin hökmdarı I Daranın həyata keçirdiyi vergi isla-
hatları mühüm əhəmiyyət kəsb edir. Belə ki, b.e. ə. 518-ci ildə I Dara dövlət vergi-
lərinin yeni sistemini tətbiq etdi. Bu qanuna əsasən bütün vilayətlər becərilən tor-
paqların həcminə və münbitliyinə uyğun olaraq ciddi şəkildə müəyyən edilmiş
miqdarda vergini pul şəklində ödəməli idilər. Bunun nəticəsində əhali verginin
ödənilməsi üçün lazım olan pulu əldə etmək üçün kənd təsərrüfatı və sənətkarlıq
məhsullarını satmağa məcbur olurdu. Bu isə əmtəə-pul münasibətlərinin inkişafına
təkan verirdi.
İlk mütəşəkkil vergi sistemlərindən biri Qədim Romanın vergi sistemidir.
Roma vətəndaşları öz əmlaklarına və ailə vəziyyətlərinə görə təqdim etdikləri
ərizəyə əsasən vergiyə cəlb olunardılar. Göründüyü kimi, bu ərizə hal-hazırda tət-
biq edilən gəlir haqqında bəyannaməni xatırladır. Verginin həcmi xüsusi olaraq
seçilmiş məmurlar tərəfindən beş ildən bir müəyyən edilirdi.
Vahid vergi sistemi mövcud olmadığından, ayrı-ayrı ərazilərdən vergi tu-
tulması yerli əhalinin metropoliyaya münasibətlərindən çox asılı idi. Roma region-
larına ciddi müqavimət göstərən ərazilərin əhalisi işğaldan sonra ağır vergilərə mə-
ruz qalırdı. Romanın əyalətlərində dövlət maliyyə orqanları olmadığından, höku-
mət yerli iltizamçıların xidmətindən istifadə etmək məcburiyyətində qalırdı. İlti-
zamçılar yığılmalı olan vergi məbləğini xəzinəyə ödəyərək səlahiyyət əldə edir və
öz mənfəətini də nəzərə almaqla əhalidən vergi toplayırdılar.
XII əsrdə Fransada duza aksiz vergisi tətbiq edildi. Buradan da aksiz vergisi
anlayışı əvvəl Hollandiyaya, sonra İngiltərəyə, daha sonra isə digər Avropa ölkələ-
rinə yayıldı. Adətən aksiz vergisinə alkoqollu içkilər və tütün məmulatları cəlb edi-
lirdi. İngiltərədə isə Kromvelin dövrində bir sıra istehlak mallarına da aksiz vergisi
tətbiq olunurdu. Adətən aksizlər idxal və ixrac olunan mallardan şəhər qapılarında
tutulardı. Aksiz vergisinin dərəcəsi 5-25% arasında idi.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
194
Demək olar ki, XVI-XVII əsrlərə qədər heç bir dövlətdə mütəşəkkil vergi sis-
temi olmamışdır. Hər yerdə vergi ödənişləri birdəfəlik xarakter daşımış, onların
sayı və dərəcələri hökmdarların subyektiv rəyindən asılı olmuşdur.
Dövlətçiliyin inkişaf etməsi təsadüfi vergilərin aradan qaldırılmasını, elmi cə-
hətdən əsaslandırılmış vergitutmanın yaradılmasını tələb edirdi. XVII əsirin sonları
XVIII əsrin əvvəllərində özündə birbaşa və dolayılı vergiləri əks etdirən vergi sis-
temləri formalaşırdı.
XIX əsrdən başlayaraq vergilərin inkişafında yeni bir mərhələ başladı. Məhz
bu dövr vergilərin sayının azalması, onların tutulmasının hüquqi bazasının yaran-
ması ilə xarakterizə olunurdu. Maliyyə elmi inkişaf etdikcə vergitutmanın da nəzəri
problemləri təşəkkül tapırdı.
İqtisadiyyatçılar vergilərin ölkənin iqtisadi vəziyyətinə təsir göstərmək üçün
istifadə edilə bilməsi haqqında düşünməyə başladılar. İstehsalın inhisarçı inkişafı
ilə əlaqədar olaraq iqtisadiyyatın tənzimlənməsi birinci dərəcəli əhəmiyyət kəsb et-
məyə başladı. Bu dövrdə vergilər bir çox ölkələrin dövlət gəlirlərinin əsas mənbə-
yinə çevrildi.
Bunun da nəticəsində vergilərin rolu getdikcə artmağa başladı. Onlar dövlətin
iqtisadi siyasətinin aləti kimi cəmiyyətdə bazar münasibətlərinin inkişafı ilə, hər
şeydən əvvəl, müxtəlif qütblü gəlirləri olan şəxslərin gəlirlərini, az da olsa, bir-
birinə yaxınlaşdırmaq nöqteyi-nəzərindən daha çox əhəmiyyət kəsb etməyə
başladılar. Bu zaman vergi yolu ilə yığılan pulların təkcə kəmiyyəti deyil, strukturu
da dəyişməyə başladı. Əgər əsrin əvvəllərində vergi ödəmələrinin əsas hissəsini
(70-80 faizini) dolayı vergilər təşkil edirdisə, dövlət tədricən ölkənin iqtisadi inki-
şafını nizamlama vasitəsi kimi birbaşa vergiləri də inkişaf etdirmək məcburiyyəti
ilə üzləşirdi. Qeyd etmək lazımdır ki, ideal vergi sisteminin yaradılması hələ də
bəşəriyyətə müyəssər olmamışdır. Vergi yolu ilə qazancın müəyyən bir hissəsi
məcburi qaydada özgəninkiləşdirildiyindən tarix boyu vergi ödəyicilərinin ona
münasibəti heç də birimənalı olmamışdır. Hələ XIII əsrdə görkəmli kilsə xadimi və
filosof Foma Akvinski (1226-1274) vergiləri “soyğunçuluğun yol verilən forması”
adlandırmış-dı. Hazırda maliyyə elmi qarşısında duran əsas məsələ dövlətin və ver-
gi ödəyicilərinin maraqlarını maksimum nəzərə alan vergi sisteminin yaradılma-
sıdır. Demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə daim
aparılan vergi islahatları məhz bu istəyin nəticəsidir.
87
87
F.Ə.Məmmədov, A.F. Musayev, M.M. Sadıqov,Y.A. Kəlbəliyev, Z.H. Rzayev “Vergilər və
Vergitutma” 2006, s.5
Dostları ilə paylaş: |