Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə84/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   80   81   82   83   84   85   86   87   ...   135

Dövlät Maliyyäsi 
 
193 
keçidinə sədd çəkdiyi və tacir və səyyahlardan keçib getmək üçün haqq aldığı za-
man yaranmışıdır”. 
Vergitutma öz inkişafının ilk mərhələsində primitiv və təsadüfi xarakter daşı-
yırdı. Qədim Roma və Afinada sülh dövrində vergi tətbiq olunmaz, sadəcə mühari-
bələrə hazırlıq zamanı tutularmış.  İlk zamanlar vergilər  əsasən natural formada, 
məsələn:  ərzaq məhsulları ilə ödənilərdi.  Əmtəə-pul münasibətləri inkişaf edib 
möhkəmləndikcə, vergilər də pul forması almağa başladı. Əgər başlanğıcda vergi-
lər saray və ordunun saxlanması, istehkamların, ehramların, yolların tikilməsi üçün 
toplanırdısa, onlar zaman keçdikcə, dövlətin saxlanması üçün əsas gəlir mənbəyinə 
çevrilirdi. 
Vergilərin təsadüfi xarakter daşıması, onların tutulmasında ayrı-seçkiliyə yol 
verilməsi çox zaman əhali arasında böyük narazılıqlara səbəb olurdu. Bu nöqteyi- 
nəzərdən  Əhəmənilər dövlətinin hökmdarı I Daranın həyata keçirdiyi vergi isla-
hatları mühüm əhəmiyyət kəsb edir. Belə ki, b.e. ə. 518-ci ildə I Dara dövlət vergi-
lərinin yeni sistemini tətbiq etdi. Bu qanuna əsasən bütün vilayətlər becərilən tor-
paqların həcminə  və münbitliyinə uyğun olaraq ciddi şəkildə müəyyən edilmiş 
miqdarda vergini pul şəklində ödəməli idilər. Bunun nəticəsində  əhali verginin 
ödənilməsi üçün lazım olan pulu əldə etmək üçün kənd təsərrüfatı  və  sənətkarlıq 
məhsullarını satmağa məcbur olurdu. Bu isə əmtəə-pul münasibətlərinin inkişafına 
təkan verirdi.  
İlk mütəşəkkil vergi sistemlərindən biri Qədim Romanın vergi sistemidir. 
Roma vətəndaşları öz əmlaklarına və ailə  vəziyyətlərinə görə  təqdim etdikləri 
ərizəyə əsasən vergiyə cəlb olunardılar. Göründüyü kimi, bu ərizə hal-hazırda tət-
biq edilən gəlir haqqında bəyannaməni xatırladır. Verginin həcmi xüsusi olaraq 
seçilmiş məmurlar tərəfindən beş ildən bir müəyyən edilirdi. 
Vahid vergi sistemi mövcud olmadığından, ayrı-ayrı  ərazilərdən vergi tu-
tulması yerli əhalinin metropoliyaya münasibətlərindən çox asılı idi. Roma region-
larına ciddi müqavimət göstərən ərazilərin əhalisi işğaldan sonra ağır vergilərə mə-
ruz qalırdı. Romanın  əyalətlərində dövlət maliyyə orqanları olmadığından, höku-
mət yerli iltizamçıların xidmətindən istifadə etmək məcburiyyətində qalırdı.  İlti-
zamçılar yığılmalı olan vergi məbləğini xəzinəyə ödəyərək səlahiyyət əldə edir və 
öz mənfəətini də nəzərə almaqla əhalidən vergi toplayırdılar. 
XII  əsrdə Fransada duza aksiz vergisi tətbiq edildi. Buradan da aksiz vergisi 
anlayışı əvvəl Hollandiyaya, sonra İngiltərəyə, daha sonra isə digər Avropa ölkələ-
rinə yayıldı. Adətən aksiz vergisinə alkoqollu içkilər və tütün məmulatları cəlb edi-
lirdi. İngiltərədə isə Kromvelin dövrində bir sıra istehlak mallarına da aksiz vergisi 
tətbiq olunurdu. Adətən aksizlər idxal və ixrac olunan mallardan şəhər qapılarında 
tutulardı. Aksiz vergisinin dərəcəsi 5-25% arasında idi. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
194 
Demək olar ki, XVI-XVII əsrlərə qədər heç bir dövlətdə mütəşəkkil vergi sis-
temi olmamışdır. Hər yerdə vergi ödənişləri birdəfəlik xarakter daşımış, onların 
sayı və dərəcələri hökmdarların subyektiv rəyindən asılı olmuşdur. 
Dövlətçiliyin inkişaf etməsi təsadüfi vergilərin aradan qaldırılmasını, elmi cə-
hətdən əsaslandırılmış vergitutmanın yaradılmasını tələb edirdi. XVII əsirin sonları 
XVIII əsrin əvvəllərində özündə birbaşa və dolayılı vergiləri əks etdirən vergi sis-
temləri formalaşırdı. 
XIX  əsrdən başlayaraq vergilərin inkişafında yeni bir mərhələ başladı. Məhz 
bu dövr vergilərin sayının azalması, onların tutulmasının hüquqi bazasının yaran-
ması ilə xarakterizə olunurdu. Maliyyə elmi inkişaf etdikcə vergitutmanın da nəzəri 
problemləri təşəkkül tapırdı. 
İqtisadiyyatçılar vergilərin ölkənin iqtisadi vəziyyətinə  təsir göstərmək üçün 
istifadə edilə bilməsi haqqında düşünməyə başladılar.  İstehsalın inhisarçı inkişafı 
ilə əlaqədar olaraq iqtisadiyyatın tənzimlənməsi birinci dərəcəli əhəmiyyət kəsb et-
məyə başladı. Bu dövrdə vergilər bir çox ölkələrin dövlət gəlirlərinin əsas mənbə-
yinə çevrildi. 
Bunun da nəticəsində vergilərin rolu getdikcə artmağa başladı. Onlar dövlətin 
iqtisadi siyasətinin aləti kimi cəmiyyətdə bazar münasibətlərinin inkişafı ilə, hər 
şeydən  əvvəl, müxtəlif qütblü gəlirləri olan şəxslərin gəlirlərini, az da olsa, bir-
birinə yaxınlaşdırmaq nöqteyi-nəzərindən daha çox əhəmiyyət kəsb etməyə 
başladılar. Bu zaman vergi yolu ilə yığılan pulların təkcə kəmiyyəti deyil, strukturu 
da dəyişməyə başladı.  Əgər  əsrin  əvvəllərində vergi ödəmələrinin  əsas hissəsini 
(70-80 faizini) dolayı vergilər təşkil edirdisə, dövlət tədricən ölkənin iqtisadi inki-
şafını nizamlama vasitəsi kimi birbaşa vergiləri də inkişaf etdirmək məcburiyyəti 
ilə üzləşirdi. Qeyd etmək lazımdır ki, ideal vergi sisteminin yaradılması  hələ  də 
bəşəriyyətə müyəssər olmamışdır. Vergi yolu ilə qazancın müəyyən bir hissəsi 
məcburi qaydada özgəninkiləşdirildiyindən tarix boyu vergi ödəyicilərinin ona 
münasibəti heç də birimənalı olmamışdır. Hələ XIII əsrdə görkəmli kilsə xadimi və 
filosof Foma Akvinski (1226-1274) vergiləri “soyğunçuluğun yol verilən forması” 
adlandırmış-dı. Hazırda maliyyə elmi qarşısında duran əsas məsələ dövlətin və ver-
gi ödəyicilərinin maraqlarını maksimum nəzərə alan vergi sisteminin yaradılma-
sıdır. Demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə daim 
aparılan vergi islahatları məhz bu istəyin nəticəsidir.
87
 
 
 
                                                 
87
  F.Ə.Məmmədov, A.F. Musayev, M.M. Sadıqov,Y.A. Kəlbəliyev, Z.H. Rzayev “Vergilər və 
Vergitutma” 2006, s.5 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə