Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə92/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   88   89   90   91   92   93   94   95   ...   135

Dövlät Maliyyäsi 
 
213 
Vergilər iqtisadiyyatın maliyyə tənzimlənməsi mexanizmidir. 
İqtisadiyyata dövlət təsiri haqqında danışdıqda ilk növbədə iki müxtəlif üsulu 
göstərmək lazımdır: 
-   avtoritar üsul; 
-   vasitəli üsul. 
Avtoritar təsir dövlətin özünün hakim səlahiyyətlərini həyata keçirdiyi hallarda 
əl atdığı birbaşa məcburiyyət təsiridir. 
Vasitəli təsir isə cəmiyyətin azad üzvlərinin, dövlətə vacib istiqamətə yönəldil-
məsidir. Vergi sistemi nöqteyi - nəzərindən vasitəli təsir dövlətin iqtisadiyyata həm 
avtoritar, həm də vasitəli müdaxiləsinin aləti ola bilər. Burada avtoritar müdaxilə 
vasitəli müdaxilədən daha səmərəsizdir, çünki hər hansı bir fəaliyyətə  məcbur 
edilən  şəxslər öz istəyi ilə  fəaliyyət göstərən və  şəxsi mənafelərə tabe olanlardan 
fərqli olaraq icraçılığa az meyillidirlər. Buna görə də dövlətin vergi sisteminə avto-
ritar təsiri, xüsusilə ayrı-ayrı vergilərin dərəcələrinin qaldırılması  və yaxud yeni 
vergilərin tətbiq edilməsi ilk növbədə yalnız dövlətə fayda verir, əslində isə müəs-
sisələrin maliyyə  vəziyyətini sarsıdır və deməli, son nəticədə dövlət xəzinəsinə 
potensial ödənişlərin məbləğinin azalmasına gətirib çıxarır. 
Yetkin vergi sisteminə hər hansı bir müdaxilənin mümkün nəticələrini qiymət-
ləndirmək çox çətindir. Bunun üçün çoxamilli iqtisadi təhlil aparatından istifadə 
etmək olar, lakin bu və ya digər amilin əhəmiyyətinin qiymətləndirilməsində bu-
raxılan hər hansı bir səhv, tədqiqat nəticələrinin yanlış izahına gətirib çıxarır. Bura-
ya təcrübədə bütün, o cümlədən də ən əhəmiyyətli amilləri nəzərə almaq imkanı-
nın heç də həmişə olmadığını əlavə etsək, bu və ya digər verginin tətbiqi və yaxud 
dərəcələrinin dəyişdirilməsi proqnozu sıfıra endirilə bilər. Belə ki, Fransa höku-
məti “Fransız zinət əşyalarına vergi tətbiq etməklə ümid edir ki, onları alan imkanlı 
şəxslər verginin yükünü çəkəcəklər, lakin İtaliya zərgərlik istehsalının rəqabəti ilə 
əlaqədar olaraq, Fransa istehsalçıları qiymətlərin mövcud səviyyəsini saxlamaqdan 
ötrü öz işçilərinin əmək haqlarını azaltmağa çalışırlar. 
Beləliklə, hökumət təsirinin iqtisadi nəticələri düzgün qiymətləndirilmədikdə, 
hökumətin apardığı iqtisadi siyasətin qiymətləndirilməsinə  mənfi təsir edən yeni 
amillər qüvvəyə minir (məsələn, zərgərlik sahəsinin fəhlələrinin başladığı  tətil 
digər sahələrə də yayıla bilər və nəticədə fəhlələrin gözündə ya sahibkarlar, ya da 
hökumət təqsirkar olacaq. Bu ondan asılıdır ki, hər iki “təqsirkar” narazı fəhlələrin 
əhvalına hansı qaydada təsir göstərəcəklər).
99
 
İqtisadi münasibətlərin tənzimlənməsində dövlətin rolu iqtisadi böhran dövrlə-
rində, xüsusilə  də keçid iqtisadiyyatlı ölkələrin  əksəriyyətində baş verdiyi kimi 
                                                 
99
   Məmmədov S.M, “Maliyyə” ,1997 s.36 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
214 
böhran tədavüldəki pul kütləsinin və inflyasiyanın yüksək artım sürəti ilə müşayiət 
olunduqda xüsusilə artır. Əvvəlki iqtisadi sistemin əsasları kəskin sürətdə sarsıldığı, 
yeni iqtisadiyyat isə hələ lazımi səviyyəyə çatmadığı üçün hökumətlərin bir çoxu 
əlavə pul kütləsinin buraxılışına əl atdılar, bu isə inflyasiyanın sıçrayışını güclən-
dirdi. Lakin bununla belə, hökumətlər müəyyən müddətə dinclik əldə etməklə bun-
dan faydalandılar.  İnflyasiya problemlərini tədqiq eləyən C.Meynes 1923-cü ildə 
yazırdı ki, “hər bir hökumət, məsələn, Almaniya və yaxud Rusiya hökuməti, kağız 
pullar çap eləməklə uzun müddət yaşaya bilər. Bu o deməkdir ki, bu yol ilə höku-
mət vergi vasitəsi ilə daxil olan real resurslardan istifadə etmək imkanı əldə edir. 
Bu üsul nüfuzdan salınıb, lakin müəyyən çərçivələrdə onun səmərəli olması danıl-
mazdır. Əgər başqa yol ilə keçinmək mümkün deyilsə, onun köməyi ilə hökumət 
yaşaya bilər. Bu üsul ən çətin olan və eyni zamanda, hətta artıq heç bir şeyə qadir 
olmayan ən zəif hökumətin qadir olduğu vergitutma formasıdır”. 
Lakin yalnız pul vəsaitlərinin emissiyasının artırılmış miqyasları büdcə kəsirini 
əhəmiyyətli dərəcədə azaltmağa qadir deyil və onda hökumət çox vaxt vergi dərə-
cələrinin və yığılan vergilərin sayının artırılması ilə məhdudlaşan vergi sisteminin 
islahatına başlayır. Post Sovet ölkələrinin hökumətləri inflyasiyanın kəskin sıçra-
yışından sonra məhz belə  hərəkət etdilər, lakin onlar bu cür addımların ölkənin 
iqtisadi vəziyyətini daha da sarsıtması haqqında düşünmürdülər. Dünya təcrübəsin-
də isə buna aid misallar çoxdur. 
Məsələn, Fransada “ikinci dünya müharibəsindən sonra vergilər daha çox döv-
lət xərclərini maliyyələşdirməkdən ötrü deyil, artıq olan alıcılıq qabiliyyətini sıxış-
dırmaq məqsədi ilə  tətbiq olunurdu. AFR-də 1966-cı ildə iqtisadiyyatı  təhlükə 
altına alan inflyasiya ilə mübarizə məqsədi ilə vergilərin artırılması həyata keçirildi, 
bu isə hökumətin süqutu ilə nəticələndi”. 
Yuxarıda deyilənlərdən belə bir nəticəyə  gəlmək olar ki, vergilər ölkə iqtisa-
diyyatının maliyyə tənzimlənməsinin ən səmərəli mexanizmlərindən biridir. Ölkə-
nin iqtisadi inkişafına vergi təsiri iki yolla göstərilə bilər: onların köməyi ilə dövlət 
tənzimlənməsi üçün tələb olunan məbləğlərin toplanılması imkanı; hökumətlərin 
vergi sisteminin çevik tənzimlənməsinin köməyi ilə xalq təsərrüfatı kompleksinin 
bu və ya digər sahələrinin inkişafına göstərdikləri təsir vasitəsi. 
100
 
Vergi sisteminin təşkili prinsipləri, ümumiyyətlə, birmənalı deyildir və höku-
mətin hansı iqtisad nəzəriyyəsini əsas götürməsindən asılıdır. 
Vergi sistemi dedikdə müəyyən məqsədə çatmaq üçün elmi prinsiplər əsasında 
nizama salınmış vergilər toplusu nəzərdə tutulur. İqtisadi siyasət hazırlanarkən qar-
şıya müxtəlif maliyyə, iqtisadi və ya siyasi məqsədlər qoyulur. Ona görə də vergi 
sisteminin xarakteri qarşıya qoyulan məqsəddən asılıdır. Məsələn, vergitutmanın 
                                                 
100
  İqtisadiyyat və Həyat 2005 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə