Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə88/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   84   85   86   87   88   89   90   91   ...   135

Dövlät Maliyyäsi 
 
203 
bu vəsaitlərin büdcə vasitəsi ilə yenidən bölüşdürülməsindən ibarətdir. Beləliklə, 
vergilər öz təyinatlarını və funksiyalarını vahid büdcə prosesində həyata keçirirlər. 
Hər bir maliyyə ili üçün büdcə  qəbul edilərkən, vergi siyasətinin  əsası qoyulmuş 
olur. Onun həyata keçirilməsi isə qanunvericilik və normativ aktların qəbul edil-
məsi yolu ilə aparılır. 
Vergi siyasəti həyata keçirilərkən dövlət büdcəsinin tənzimlənməsi, planlaşdı-
rılması və ona nəzarətin qanunla müəyyən edilmiş hüquqi normaları reallaşdırılır. 
İqtisadi cəhətdən əsaslandırılmış vergi siyasəti vəsaitlərin vergi sistemi vasitəsi ilə 
toplanmasının optimallaşdırılması  məqsədini güdür. Vergi siyasəti dövlət orqan-
larının elmi cəhətdən əsaslandırılmış hüquqi fəaliyyəti kimi geniş təkrar istehsalın 
tələbatını təmin etməlidir. Onun əsas məqsədi vergi ödəyicilərindən vergilərin tu-
tulmasının hüquqi qaydalarını  təmin etməklə  bərabər, vergitutmanın təsiri altında 
formalaşan iqtisadi münasibətlərin hərtərəfli qiymətləndirilməsidir. 
Əhatə etdiyi dövrin uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı 
olaraq vergi siyasəti vergi strategiyası və vergi taktikasına bölünür. 
Vergi strategiyası vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən 
edir və irimiqyaslı  məsələlərin həllini nəzərdə tutur. 
Vergi taktikası isə vergi sisteminə  əlavə  və müxtəlifliklər edilməsi yolu ilə 
konkret bir dövrdə qarşıda duran məsələlərin həllini nəzərdə tutur. 
Miqyasından və təsir dairəsindən asılı olaraq vergi siyasəti daxili və xarici ver-
gi siyasətinə bölünür. 
Daxili vergi siyasəti bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və 
daxili məsələlərin həllini nəzərdə tutur. Xarici vergi siyasəti isə ikiqat vergitut-
manın aradan qaldırılmasına, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasına, 
onların vahid şəklə salınmasına yönəldilir. 
İqtisadiyyatın vəziyyətindən, iqtisadi inkişafın cari mərhələsində dövlətin üstün 
hesab etdiyi məqsədlərdən asılı olaraq, vergi siyasətinin müxtəlif tiplərindən isti-
fadə olunur. Vergi siyasətinin üç tipi bir- birindən fərqləndirilir: 
- maksimal vergilər siyasəti; 
- optimal vergilər siyasəti; 
- sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti. 
Maksimal vergilər siyasəti zamanı dövlət yüksək vergi dərəcələri tətbiq et-
məklə, vergilərin sayını artırmaqla, vergi güzəştlərini ixtisar etməklə  vətəndaşlar-
dan mümkün qədər çox maliyyə vəsaitləri toplamağa çalışır. Təbiidir ki, belə vergi 
siyasəti ayrıca götürülmüş, konkret vergi ödəyicisi və ümumiyyətlə, cəmiyyət üçün 
iqtisadi inkişafa heç bir ümid yeri qoymur. Buna görə  də belə siyasət, bir qayda 
olaraq, fövqəladə hallarda, məsələn, iqtisadi böhranlar, müharibələr zamanı həyata 
keçirilir. Belə siyasətin uzun müddət həyata keçirilməsi bir sıra mənfi nəticələrə 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
204 
gətirib çıxara bilər. Əvvəla, vergilər ödənildikdən sonra vergi ödəyicisinin maliyyə 
ehtiyatları qalmır, bu isə istehsalın genişləndirilməsini qeyri-mümkün edir. Bunun 
da nəticəsində iqtisadi artımın səviyyəsi aşağı düşür və iqtisadiyyatda tənəzzül 
başlayır. 
İkincisi, belə siyasət vergidən yayınma hallarının kütləvi şəkil almasına səbəb 
olur. 
Üçüncüsü isə “gizli iqtisadiyyatın” miqyası genişlənir . 
Optimal vergilər siyasəti zamanı dövlət sahibkarlıq fəaliyyətinin subyektləri 
üçün vergi yükünü yüngülləşdirir, onların inkişafına təkan verən əlverişli vergi mü-
hiti yaradır. Bu isə dövlət xərclərinin azalmasına, ilk növbədə sosial proqramların 
məhdudlaşdırılmasına səbəb olur. 
Vergi siyasətinin üçüncü tipi həyata keçirilərkən dövlət kifayət dərəcədə yük-
sək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları  işləyib ha-
zırlayır. Bu zaman büdcə  gəlirlərinin böyük hissəsi müxtəlif sosial fondların artı-
rılmasına yönəldilir. 
Dövlətin vergi siyasəti elmi nəzəriyyəyə əsaslanmalıdır. Vergi siyasətinin əsa-
sında adətən görkəmli iqtisadçılar tərəfindən işlənib hazırlanmış elmi konsepsiyalar 
durur. Onun düzgünlüyü isə praktikada yoxlanılır.
93
 
8.5.VERGİ MEXANİZMİ 
Vergi siyasətinin mahiyyətinin aşkar edilməsinin ilkin şərti vergi münasibət-
ləridir. Vergi münasibətlərinin  əsasını isə dövlətlə  təsərrüfat subyektləri arasında 
olan dövlətin maliyyə ehtiyatlarının yaradılması ilə bağlı münasibətlər təşkil edir. 
Praktikada dövlət vergi siyasətini vergi mexanizmləri vasitəsi ilə həyata keçi-
rir. Vergi mexanizmi vergitutmanın idarə edilməsinin təşkilati-hüquqi forma və 
üsullarının məcmusudur. 
Dövlət bu mexanizmə vergi qanunvericiliyi vasitəsi ilə hüquqi forma verir. Vergi 
mexanizminin yaradılması aşağıdakı mərhələlərindən ibarət olan ardıcıl prosesdir: 
- vergi 
mexanizminin 
işlənib hazırlanması, yəni müasir mərhələdə vergi siya-
sətinin məqsəd və vəzifələrinin yerinə yetirilməsini təmin edən vergi müna-
sibətlərinin müəyyən edilməsi;  
-  vergi mexanizminin praktiki tətbiqi; 
- vergi münasibətlərinin müəyyən edilmiş forma və üsullarına  əməl edilmə-
sinin yoxlanılması, informasiyanın yığılması, vergi mexanizminin fəaliyyə-
tinin müsbət və mənfi cəhətlərinin aşkar edilməsi üçün nəzarət tədbirlərinin 
həyata keçirilməsi; 
                                                 
93
  Allahverdiyev D.İ, “Büdcə-vergi siyasəti və iqtisadi təhlükəsizlik”, 2002, s.24  


Dövlät Maliyyäsi 
 
205 
-  mövcud vergi sisteminin təhlili, onun qiymətləndirilməsi və vergi mexaniz-
minin təkmilləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanması. 
94
  
Vergi mexanizmi vergi nəzəriyyəsinin bu anlayışı iqtisadi kateqoriya kimi şərh 
edən bir sahəsidir. Vergi mexanizmi prosesi zamanı yaranan münasibətləri aşağı-
dakı kimi qruplaşdırmaq olar: 
- hüquqi tənzimləmə və reqlamentləşdirmə; 
- vergi planlaşdırması və proqnozlaşdırması; 
- vergitutmanın idarə edilməsi; 
- vergi nəzarəti. 
Hüquqi tənzimləmə  və reqlamentləşdirmə dövlət orqanları  tərəfindən həyata 
keçirilən vergi tənzimlənməsinin təşkili üzrə qanunvericilik aktlarının işlənib hazır-
lanması və qəbul edilməsidir. Vergilər haqqında qanunlar, büdcə haqqında qanun 
və digər analoji normativ sənədlər belə reqlamentləşdirici sənədlərdir. Maliyyə 
Nazirliyi, Vergilər Nazirliyi mövcud qanunvericilik və hökumətin qərarları əsasın-
da təlimat və digər sənədlər işləyib hazırlayırlar. Bu sənədlər onlara öz səlahiyyət-
ləri çərçivəsində vergi münasibətlərinin təşkilinin vergi intizamına əməl edilməsini 
təmin edən, iqtisadi siyasətin həyata keçirilməsinə imkan yaradan, dövlətin iqtisadi 
inkişafının müasir vəziyyətinin tələblərinə cavab verən vahid qaydalarını  təyin 
etməyə imkan verir. 
Vergi planlaşdırması mərkəzi hakimiyyət tərəfindən, iqtisadiyyatın inkişafının 
məqsədli təmayülünə uyğun olaraq proseslərin koordinasiyası, bütün sahə  və re-
gionların inkişafının balanslaşdırılması yolu ilə obyektiv surətdə fəaliyyət göstərən 
iqtisadi qanunları  nəzərə almaqla, iqtisadiyyatın iradi tənzimlənməsidir. Vergi 
proqnozlaşdırması iqtisadi inkişafın perspektivlərini nəzərə alır, vergitutma kon-
sepsiyasını  işləyib hazırlayıb, vergiyə  cəlb edilmənin rəsmi qaydalarını qanun-
vericilik yolu ilə təsbit edir, vergilər üzrə büdcəni təsdiq edir. 
Vergi tənzimlənməsi investisiya proseslərinə, xalq təsərrüfatının müxtəlif sahə-
lərində texnologiyanın yeniləşdirilməsinə, büdcənin balanslaşdırılmasına iqtisadi 
təsir göstərilməsini təmin edir. 
Vergilərin idarə edilməsi xüsusi üsulların, o cümlədən vergi stimullarının__kö-
məyi ilə mütəxəssislər aparatı tərəfindən həyata keçirilir. 
Müasir təsərrüfatçılıq  şəraitində vergilər üzrə idarəetmə  qərarlarının elmi cə-
hətdən əsaslandırılması xüsusi əhəmiyyət kəsb edir. 
Vergilərin idarə edilməsi vergi intizamına əməl edilməsinə, istehsalın inkişafı-
nın stimullaşdırılmasına yönəldilir. Vergi stimulları-vergi güzəştləri və vergi sank-
siyalarından ibarətdir. Vergi güzəştlərinin xüsusiyyətləri vergilərin növündən, he-
                                                 
94
  Quliyev Fərid, “Millət və dövlət gəlirləri”  


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə