Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə87/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   83   84   85   86   87   88   89   90   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
200 
nilməsi nəzərdə tutulmamışdır. Bir sıra ölkələrdə  hələ  də natural vergilər möv-
cuddur. Məsələn, Laos və Vyetnamda kənd təsərrüfatı vergiləri düyü ilə ödənilir. 
Vergilərin altıncı əlaməti onların əvəzsiz xarakter daşımasıdır. Vergi şəklində 
dövlət büdcəsinə pulun müqabilində vergi ödəyicisi bilavasitə heç nə almır, yəni 
verginin ödənilməsi öhdəliyi birtərəfli xarakter daşıyır. 
Vergilərin yeddinci əlaməti onların abstrakt ödəniş olmasıdır. Vergilər büdcəyə 
keçirilərkən məqsədli təyinat daşımırlar, yəni onların konkret olaraq hansı dövlət 
xərclərinin ödənilməsi üçün köçürüldüyü göstərilmir. Dövlət büdcəsinə daxil olan 
vəsaitlər dövlətin bütün ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulur.
89
 
8.3.VERGİNİN ƏSAS FUNKSİYALARI 
Bazar iqtisadiyyatlı bütün ölkələrdə vergilərdən büdcə münasibətlərinə və mal, 
iş və xidmət istehsalına birbaşa təsir vasitəsi kimi istifadə olunur. Vergilər vasitəsi 
ilə dövlət iqtisadi, sosial və digər ictimai problemləri həll edir. 
Bu nöqteyi - nəzərdən vergilər aşağıdakı beş əsas funksiyanı yerinə yetirir: 
-   fiskal funksiya ; 
-   bölüşdürücü funksiya; 
-   tənzimləyici funksiya; 
-   inteqrasiya  edici funksiya; 
-   nəzarət  edici funksiya. 
Bu funksiyaları sxematik olaraq aşağıdakı kimi göstərmək olar: 
 
 
 
İndi isə bu funksiyaların hər birini ayrı-ayrılıqda araşdıraq.
90
 
Fiskal funksiyası. ”Fisk” latın sözü olub, zənbil deməkdir. Qədim Romada ilk 
əvvəllər pulların saxlandığı kassa, sonralar imperatorların  şəxsi xəzinəsi və  nəha-
yət, gəlir, vergi və digər rüsumların cəmləşdiyi mərkəz fisk adlandırılmışdır. Bu 
funksiyanın mahiyyəti dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün 
                                                 
89
  F.Ə. Məmmədov, A.F. Musayev, M.M. Sadıqov, Y.A. Kəlbiyev, Z.H. Rzayev “Vergilər və 
vergitutma”, 2006, s.81 
90
  A.F. Musayev, A.A. Qəhrəmanov, ”Vergi mədəniyyəti”,  Bakı,  2004 
Vergilərin əsas funksiyaları 
 
Fiskal 
 
Tənzimləyici  
bölüşdürücü 
 
Nəzarətedici 
 
 
 
 
 
 
 
Stimullaşdırıcı 
 
Ləngidici  
Təkrar istehsal 
 
İnteqrasiya edici 


Dövlät Maliyyäsi 
 
201 
ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin (mənfəətinin) müəyyən hissəsinin 
dövlət xəzinəsinə cəlb edilməsidir. Vergilərin əsas təyinatı, ümum-dövlət proqram-
larının həyata keçirilməsidir. Yerdə qalan funksiyalar isə fiskal funksiyanın, bir 
növ törəmələridir. 
Bölüşdürücü funksiya. Vergilərin bölüşdürücü funksiyanın mahiyyəti ictimai 
gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən bölüşdürülməsindən iba-
rətdir. Başqa sözlə,  əhalinin güclü təbəqəsinin vergi yükünün ağırlaşdırılması ba-
lansına vəsaitlər bu kateqoriyadan əhalinin daha zəif kateqoriyalarına ötürülür. Bö-
lüşdürücü funksiyaya misal olaraq aksizləri, mütərəqqi vergitutmanı göstərmək olar. 
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində vətəndaşları onların öz 
nəzarətləri xaricində olan amillərin doğurduğu iqtisadi çətinliklərdən qorunmasını 
təmin edən geniş sosial müdafiə şəbəkəsi mövcuddur. Sosial müdafiə dedikdə, ilk 
növbədə cəmiyyətin aztəminatlı üzvlərinə maliyyə yardımını nəzərdə tutan dövlət 
proqramları nəzərdə tutulur. Bu cür proqramlara işsizliyə görə müavinətlərin veril-
məsi, əlilliyə və qocalığa görə pensiyaların verilməsi, pulsuz tibbi xidmətin göstə-
rilməsi, pulsuz yaşayış sahələrinin verilməsi və s. daxildir. 
Tənzimləyici funksiya. Bu funksiya vergi mexanizmləri vasitəsi ilə dövlətin 
qarşıya qoyduğu müəyyən məqsədlərə nail olunmasına xidmət edir. Bu funksiya 
vasitəsi ilə vergilər, təkrar istehsal prosesinə onun sürətini stimullaşdırmaq və ya 
ləngitməklə əhəmiyyətli təsir göstərir, kapital yığımını gücləndirir və ya zəiflədir, 
ödəniş qabiliyyətli tələbi artırır və ya azaldır. 
Vergilərin tənzimləyici funksiyasını təhlil edərək onun aşağıdakı üç alt funksi-
yasını qeyd etmək lazımdır:  
- stimullaşdırıcı alt funksiya; 
- ləngidici alt funksiya; 
- təkrar istehsal alt funksiya; 
Stimullaşdırıcı alt funksiya bu və ya digər iqtisadi proseslərin inkişafının təmin 
edilməsinə yönəlir. O, güzəşt və azadolmalar sistemi vasitəsi ilə həyata keçirilir. 
Ləngidici alt funksiya isə əksinə, vergi yükü vasitəsi ilə hər hansı bir iqtisadi 
prosesin inkişafının qarşısının alınmasına yönəldilir. Bu məqsədlə dövlət müəyyən 
fəaliyyət növləri üçün yüksək vergi dərəcələri müəyyənləşdirir, kapital ixracına 
vergi tətbiq edir və s. 
Təkrar istehsal alt funksiyası isə istifadə olunmuş ehtiyatların bərpa edilməsinə 
xidmət edir. 
İnteqrasiya  edici funksiya. XX əsrin sonlarında vergilər bazar iqtisadiyyatının 
tənzimlənməsi mexanizmlərində keyfiyyətcə yeni bir funksiyanı yerinə yetirməyə 
başladılar. Bu, öz əksini xarici iqtisadi münasibətlərin tənzimlənməsində vergilərin 
inteqrasiya  edici funksiyanı yerinə yetirməsində tapmış oldu. Onun meydana çıx-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
202 
masını  şərtləndirən  əsas amil dünya təsərrüfat sisteminin inkişafının xarakterik 
xüsusiyyəti ilə, yəni milli iqtisadiyyatların qarşılıqlı asılılıq proseslərinin güclən-
məsi və təsərrüfat həyatının hərtərəfli beynəlmiləlləşməsi ilə bağlıdır. 
Nəzarətedici funksiya. Dövlət vergilər vasitəsilə müəssisələrin və  vətəndaş-
ların maliyyə-təsərrüfat fəaliyyətinə  nəzarət vasitəsi ilə dövlət büdcəsinə  və vergi 
sisteminə bu və ya digər düzəlişlərin edilməsi zərurətini müəyyənləşdirir. 
91
  
8.4. DÖVLƏTİN VERGİ SİYASƏTİ, ONUN FORMALARI 
VƏ TİPLƏRİ  
Bazar iqtisadiyyatı heç də dövlətin idarəetmə və tənzimləmə proseslərindən kə-
narlaşdırılması demək deyildir. Əsas məsələ ondan ibarətdir ki, bu proseslər özlü-
yündə təsərrüfat subyektlərinin istehsal-maliyyə fəaliyyətinə bilavasitə müdaxiləni 
ifadə etməməlidirlər. Dövlət bazar mexanizmlərinin fəaliyyəti üçün zəruri  şərait 
yaratmalı və bu mexanizmlərin köməyi ilə iqtisadi prosesləri tənzimləməlidir. 
Hətta iqtisadi inkişaf səviyyəsi təqribən eyni olan müxtəlif ölkələrdə dövlətin 
iqtisadiyyata müdaxilə səviyyəsi müxtəlifdir. Məsələn, İsveçdə bu müdaxilənin sə-
viyyəsi kifayət qədər yüksək, Almaniya, Yaponiya, ABŞ-da isə nisbətən aşağıdır.
92
 
İstənilən dövlət həyat fəaliyyətinin müxtəlif sahələrində  cəmiyyətin maraqla-
rını ifadə etməklə iqtisadi, hərbi, sosial və digər sahələrdə siyasət işləyib hazırlayır 
və həyata keçirir. Dövlət tənzimlənməsi prosesində bilavasitə dövlətin maliyyə si-
yasətində təcəssüm olunan maliyyə mexanizmlərindən istifadə olunur. 
Vergi siyasəti dövlətin maliyyə siyasətinin ayrılmaz tərkib hissəsidir. Ölkənin 
vergi sistemini yaradarkən, dövlət ondan müəyyən maliyyə siyasətinin məqsədləri 
üçün istifadə etməyə can atır. Vergilər iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas 
elementlərindən biridir. 
Dövlətin vergi siyasəti dedikdə, dövlət tərəfindən işlənib hazırlanmış, vergi 
sahəsində cəmiyyətin qarşısında duran bu və ya digər vəzifələri həyata keçirməyə 
yönəlmiş tədbirlər sistemi başa düşülür. 
İqtisadi, siyasi və digər fərqlərə baxmayaraq, istənilən dövlətin vergi siyasəti, 
ilk növbədə, onunla müəyyən olunur ki, dövlət özü təkrar istehsal prosesinin fəal 
iştirakçısı kimi çıxış edir. Dövlətin əsas məqsədi cəmiyyətin qarşısında duran iqti-
sadi və sosial məsələlərin həll edilməsidir ki, bu da vergi siyasətinin formalaşma-
sına öz təsirini göstərir. 
Vergi siyasətinin  əsas məqsədi vergilərin mahiyyəti və funksiyalarından irəli 
gəlir və məcmu ictimai məhsulun bir hissəsinin dövlət tərəfindən alınmasından və 
                                                 
91
  D. Vəliyev və E.E. İmanov,”Vergi Hüququ”, 2003, s.38 
92
  A.F. Musayev, “Vergi siyasətinin iqtisadi problemləri”, 2004 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə