Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə86/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   82   83   84   85   86   87   88   89   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
198 
-   Əmlaka mülkiyyət hüququna, o cümlədən torpağa mülkiyyət, icarə  və isti-
fadə hüququna dair sənədlərin verilməsi və girovun dövlət qeydiyyatı. 
Qanuna görə dövlət rüsumunun ödəyiciləri həmin qanunla nəzərdə tutulmuş 
işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün vətən-
daşlar, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslərdir. 
Yuxarıda göstərilən Qanunla müəyyən edilmiş qaydaya görə dövlət rüsumu 
əksər hallarda bütünlüklə dövlət büdcəsinə köçürülür. Notarial hərəkətlərin aparıl-
masına, beynəlxalq avtomobil daşımalarını  tənzimləyən icazənin verilməsinə, ha-
belə  sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə  sənədlə-
rinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə isə tutulan dövlət rü-
sumunun 15 faizi dövlət rüsumu tutan orqanların xüsusi balansına, 85 faizi isə 
dövlət büdcəsinə keçirilir. 
Mövcud  ənənəyə görə  bəzən  əslində vergi olan ödəmə rüsum, ayrıma (və ya 
əksinə) adlana bilər. Məsələn, mallar dövlət sərhədindən keçirilərkən ödənilən do-
layı vergi ənənəyə görə gömrük rüsumu adlanır. Məqsədli sosial vergilər isə vergi 
deyil, icbari ödəniş, haqq və ayırma adlanır. Göstərmək lazımdır ki, Azərbaycan 
qanunvericiliyində - Vergi Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində “vergi” sözü 
ilə birlikdə “icbari ödənişlər” terminindən də istifadə edilir. Axırıncı anlayış (icbari 
ödənişlər) 01.01.2002-ci ildən etibarən Azərbaycan Respublikası Sosial Müdafiə 
Fonduna ödənilən məcburi dövlət sosial sığorta haqları deməkdir. Göstərilən tarixə 
qədər məcburi ödənişlər üç qrupa bölünürdü: 
-   Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta haqları; 
-   Dövlət Əhalinin Məşğulluğuna Kömək Fonduna ayırmalar; 
-   Dövlət Əlilləri Sosial Müdafiə Fonduna ayırmalar. 
Sosial sığorta haqları əmək haqqı fondundan və ya gəlirlərdən müxtəlif dərəcə-
lərlə ayırmalar; Məşğulluq Fonduna isə əmək haqqı fondundan 2 faiz dərəcəsi ilə 
ayırmalar şəklində ödənilirdi. Əlillər Sosial Müdafiə Fonduna ayırmaları isə müəs-
sisə və təşkilatlar öz mənfəətindən 1 % miqdarında ödəyirdilər. 
1 yanvar 2002-ci ildən etibarən Dövlət Sosial Müdafiə Fonduna vahid məcburi 
ödəniş tətbiq edilir: sosial sığorta haqları. Onun miqdarı “Sosial sığorta haqqında “ 
Azərbaycan Respublikasının müvafiq Qanununa əsasən fəaliyyət növündən, təş-
kilatı formasında və keçirdiyi ərazidən asılı olaraq əmək haqqı fondundan, gəlir-
dən, orta aylıq əmək haqqından, icarə haqqından və işçilərin bəzi kateqoriyaları üçün 
əmək haqqı müxtəlif dərəcələrlə müəyyən edilir. Göstərilən haqq və ayırmalar 
ödəyicinin ödəmə qabiliyyətinə görə tutulur. Bu baxımdan onlar vergiyə oxşayırlar. 
Ancaq belə bir keyfiyyət rüsumlarda yoxdur. Belə vəziyyət bu və ya digər ödəmənin 
əsl mahiyyətini gizlədir, vergi ödəyicisi tərəfindən onun təhlilini çətinləşdirir, bəzən 
də vergi yaradıcılığının müəyyən edilmiş prinsiplərinin pozulmasına gətirib çıxarır. 


Dövlät Maliyyäsi 
 
199 
Vergi və vergi olmayan gəlirlərin ümumi cəhətləri ödənişlərin ödənilməsi qay-
da və şərtlərinin qanunvericiliklə müəyyən edilməsi, ödəmələrin məcburi xarakteri, 
ödənişin büdcə  və ya büdcədən  kənar fondlarla əlaqədar olması, habelə onların 
qeyri-ekvivalent xarakteridir. 
Vergiləri vergi olmayan digər ödəmələrdən fərqləndirən əsas hüquqi meyar isə 
normativ-sahə tənzimləmə əlamətidir: vergi münasibətləri, o cümlədən, vergilərin 
tutulması vergi qanunvericiliyi normaları ilə  tənzimlənir; qeyri-vergi xarakterli 
məcburi ödəmələr isə qanunvericiliyin digər, yəni təqaüd (pensiya), sosial təminat, 
ekologiya, patent və digər hüquq sahələrinin normaları ilə reqlamentləşdirilir. 
Yuxarıda qeyd etdiklərimizi aşağıdakı kimi ümumiləşdirə bilərik: 
Yığım hər hansı bir fəaliyyətin həyata keçirilməsi müqabilində tutulan vəsaitdir. 
Yığımlara misal olaraq bazarlarda, yarmarkalarda satış fəaliyyətini həyata keçi-
rən fiziki şəxslərdən alınan vəsaitləri göstərmək olar. Onlar müəyyən məbləği 
ödəməklə satış fəaliyyətini həyata keçirmək hüququnu əldə edirlər.
88
 
Rüsumlar vətəndaş və ya təşkilatlardan dövlət orqanları ilə hər hansı bir fəaliy-
yətin həyata keçirilməsi müqabilində tutulan vəsaitlərdir. 
Rüsumlara misal olaraq gömrük rüsumlarını, notariat əməliyyatlarının həyata 
keçirilməsinə görə ödənilən rüsumları göstərmək olar. 
Digər ödənişlər istifadə olunmuş təbii ehtiyatların bərpası üçün alınan məcburi 
ödənişlərdir. 
Çox geniş yayılmış maliyyə sanksiyalarını, faizləri və inzibati cərimələri də 
vergilərdən fərqləndirmək lazımdır. Onlar arasındakı əsas fərq tutulma səbəbləridir. 
Vergi ödənişlərinin əsas səbəbi milli gəlirin yenidən bölüşdürülməsi, cərimə ödə-
nilməsinin səbəbi isə bu və ya digər qanun pozuntusudur. 
Vergiləri yığım, rüsüm və digər ödənişlərdən fərqləndirmək üçün onlara xas 
olan əsas elementləri qeyd etmək lazımdır. 
Verginin birinci əlaməti onun subyektin gəlirinin bir hissəsini dövlətin xeyrinə 
özgəninkiləşdirilməsidir. 
Verginin ikinci əlaməti onun təyin edilməsi və tətbiq olunmasının qanuniliyidir. 
Vergilərin üçüncü əlaməti onların vacibliyidir. Qanunvericiliyə uyğun olaraq 
hər bir ödəyicisi müəyyən şərtlər daxilində vergini ödəməyə borcludur. 
Vergilərin dördüncü əlaməti onların məcburi xarakter daşımasıdır. Bu, dövlət tə-
rəfindən vergi, hüquq-mühafizə və məhkəmə orqanlarının timsalında təmin olunur. 
Vergilərin beşinci  əlaməti onların pul formasında ödənilməsidir. Azərbaycan 
Respublikasının vergi qanunvericiliyində vergilərin əmlak və ya başqa şəkildə ödə-
                                                 
88
  M.X Həsənli “Vergilər” 1998, s15. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə