Prof. Dr.
Cihan Bulut, Elçin Süleymanov
218
qеyri şəхsi vеrgilər hеsаb еdilir. Vеrgi mükəlləflərinin vеrgi bоrclаrının şəхsi və-
ziyyətləri nəzərə аlınаrаq müəyyən еdilməsi vеrgiqоymаdа şəхsiyyət prinsipinin
həyаtа kеçirilməsi dеməkdir. Şəхsi vеrgilər, həmçinin, ədаlət prinsipinin tərkib his-
səsi оlmаqlа, vеrgi sistemində çох mühüm yеr tutur.
Bəzi vеrgilər müəyyən еdilərkən, vеrgi mükəlləflərinin şəхsi
vəziyyəti, sоsiаl
şərаiti, əldə еtdiyi gəlirin mənbəyi və miqdаrı nəzərə аlınmıır. Bu vеrgilər mаliyyə-
də qеyri - şəхsi və yахud rеаl vеrgilər аdlаnır. Ərаzi və yа tоrpağа, binа və tikililə-
rə, mühərrikli nəqliyyаtа qоyulаn vеrgi, dаşımа vаsitələrindən tutulаn vеrgilər bu
cür vеrgilərdəndir. Bu vеrgilər,
ümumiyyətlə, ədаlət prinsipinə uyğun оlmаyаn və
yа ədаlətsiz vеrgilər hеsаb еdilir.
Vеrgilərin təsnifləşdirilməsi və yuхаrıdаkı qruplаrın müəyyən оlunmаsı vеrgi-
lərin növləri və mаhiyyəti hаqqındа dаhа dəqiq məlumаt əldə еtməyə imkаn vеrir.
Vеrgilərin mаhiyyətcə nеcə müəyyənləşdirilməsinin və hаnsı pinsiplər üzrə qrup-
lаşdırılmаsının çох böyük əhəmiyyəti оlduğunu nəzərə аlаrаq, hər bir vеrgi növü-
nün mаhiyyəti və tətbiqi hаqdа аyrı - аyrılıqdа dаnışаcаğıq.
8.9.5. VERGİLƏR VƏ DİGƏR DÖVLƏT GƏLİRLƏRİ
Vergilər büdcənin yeganə gəlir mənbəyi deyildir: o büdcəyə və digər mərkəz-
ləşdirilmiş dövlət fondlarina maliyyə vəsaiti cəlb edilməsinin yalnız bir formasıdır.
Məsələyə tarixi səpkidə baxıldıqda da məlum olur ki, onlar
dövlət gəlirlərinin heç-
də ilk forması deyillər.
Məlum olduğu kimi, dövlət gəlirlərinin ən qədim forması (hərbi qənimət nəzə-
rə alınmazsa) domen, yaxud dövlət əmlakı, xəzinə torpaqları və meşələrdən daxil
olan gəlirlər idi. İlk əvvəl (Şərqdə uzun müddət) onlar hökmdarların mülkiyyətində
idilər. Onlardan gələn gəlirlər və bütövlükdə dövlət gəlirləri, ümumi-hüquq deyil,
xüsusi-hüquq gəlirləri hesab edilirdilər. Dövlət gəlirlərinin digər mühüm mənbəyi
reqali-yəni xəzinənin müstəsna inhisar gəlirləri idi. İstehsalın
və fəaliyyət dövri-
nün müəyyən sahələri xəzinənin inhisar hüququna aid edilir, əhalinin özəl fəaliyyət
sahəsindən, dövriyyədən çıxarılırdı. Onlar, əslində vergilərə keçid mərhələsini təş-
kil edirdilər.
Reqalidən vəsait alınması üsulları müxtəlif idi. Dövlət bu və ya digər istehsal
sahəsini müstəqil istismar edər və məhsulları yüksək inhisar qiyməti ilə (məsələn,
duz inhisarı) sata bilərdi. Yaxud bu istehsal sahəsini icarəyə verərdi. Gəlir alınma-
sının həmin üsulundan (reqalidən istifadə hüququ) indi də geniş istifadə edilir.
Məsələn, faydalı qazıntıların çıxarılması hüququ üçün lisenziya ödəmələri və s.
Çoxsaylı reqali növləri mövcud idi: sənaye, məhkəmə, sikkə, gömrük və sahib-
siz əmlakdan alinan reqali. Sahibi olmayan və prinsip etibarı ilə heç
kimə məxsus
ola bilməyən hər şey xəzinənin varidatı hesab edilirdi. Bu və ya digər təbii hadisə,
Dövlät Maliyyäsi
219
məsələn, külək reqali hesab edilirdi ki, bu da son nəticədə külək dəyirmanları
üzərində dövlət inhisarının yaradılmasına gətirib çıxardı. Su və yerin təki də reqa-
linin adi növü idi. Bu vaxta qədər bütün dövlətlərdə, o cümlədən Azərbaycanda da,
tarixi və mədəni abidələrə aid olan dəfinə dövlət reqalisi hesab edilir.
Gömrük reqalisi ərazidən keçmək hüququ üçün müəyyən edilən yığımlardan
ibarət idi və müasir gömrük rüsumlarına bənzəyirdi.
Sikkə kəsmək hüququ – dövlət suverenliyinin əlamətlərindən biridir. Lakin,
tarix boyu dövlətlər qədər saxta sikkə buraxan olmamışdır.
Çəkisi tam olmayan,
yaxud qiymətdən düşmüş pulların dövriyyəyə buraxılması çox vaxt dövlətlərin
sikkə reqalisindən gəlir çıxarılmasının ən geniş yayılmış forması idi. Sovet dövləti-
nin dövriyyəyə buraxmış olduğu banknotları müxtəlif bəhanələrlə tez-tez dövriy-
yədən götürməsi, onların dəyişdirilməsinin vaxt və miqdar nöqtey - inəzərindən
məhdudlaşdırılması, qızıl məzmununun azaldılması (1961-ci il pul islahatında ol-
duğu kimi) indiki yaşlı nəslin hələ də yaxşı yadındadır.
Keçmişdə digər çoxlu reqali növləri də mövcud olmuşdur.
Sənaye bütövlükdə
reqali elan edilə bilərdi və bu zaman müəssisələr qeydiyyatdan keçirilərkən, yaxud
da, patent verilərkən rüsum tələb olunurdu. Yeni məhsullar (tütün, kofe, kakao),
insan ehtirası (qumar, şahmat), dəbdəbə əşyaları reqali elan edilirdi.
Sənayedə dövlət inhisarı getdikcə iqtisadi münasibətlərin inkişafında buxova
çevrildi. Özəl mülkiyyətin, bazar münasibətlərinin genişlənməsi getdikcə dövləti
təsərrüfat həyatından sıxışdırıb çıxarmağa başladı. Sonralar yalnız ictimai zərurətlə
əlaqədar olan reqalilər saxlanıldı. Dövlətin təsərrüfat həyatındakı rolu
isə qazanc
əldə etmək sahəsindən idarəçilik sahəsinə keçdi. Reqali əvəzinə getdikcə daha çox
dövlət müəssisələrinin xərclərini ödəmək məqsədini güdən rüsumlar tətbiq edilmə-
yə başladı. Beləliklə, dövlətin əsas gəlir mənbəyi kimi vergilərin tarixi iki yüz ildən
də azdır və onlar dövlət büdcəsinin yeganə gəlir mənbəyi deyillər.
Cədvəl 8.1. Azərbaycan Respublikasının dövlət büdcəsində vergi və qeyri-vergi gəlirlərinin
nisbəti
2008
2009
2010
2011
2012
2013
Vergi gəlirləri
56
67
89
91
83
85
Qeyri-vergi gəlirləri
44
33
11
9
17
15
(Ümumi yekuna görə faiz-*) Azərbaycan rəqəmlərdə 2010, s. 52
Göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2008-
cü il üçün təsdiq edilmiş dövlət büdcəsinin (layihə) 86%-i vergi daxilolmalarıdır.
Həmin layihədə vergi
gəlirlərindən başqa, digər gəlirlər də nəzərdə tutulmuşdur:
dövlət rüsumları; Milli Bankın mənfəətindən daxilolmalar; banklardan alınan divi-
dentlər; dövlət neft fondundan daxilolmalar; aksiz markalarının satışından daxilolma-