Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə95/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   91   92   93   94   95   96   97   98   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
220 
lar; vergi olmayan sair gəlirlər, ondan başqa, hüquqi və fiziki şəxslərdən büdcədən-
kənar fondlara məcburi ödəmələr, müxtəlif tarif və digər məcburi ödəmər daxil olur.  
8.9.6.  VERGİTUTMA PRİNSİPLƏRİNİN TARİXİ                   
İNKİŞAF MƏRHƏLƏLƏRİ 
Vergitutmanın prinsipləri vergilərin funksiyalarının yerinə yetirilməsi üçün 
növlərinin seçilməsi, texnikası və tətbiqi prosesində əsas götürülən meyar və şərt-
ləri əks etdirir. 
Müasir Azərbaycan dövlətçiliyinin hüquq sistemi quruculuğunun əsaslarından 
biri, onun bazası kimi ümumbəşəri dəyərlərin qəbul edilməsidir. Həmin sistemin 
ayrılmaz tərkib hissəsi olan vergi hüququ üçün də maliyyə təcrübəsinin minillik ta-
rixi prosesində hazırlanmış sosial ədalət və demokratik prinsiplər böyük əhəmiy-
yətə malikdir. Vergi hüququnun yaranması və inkişafı cəmiyyətdə demokratikləş-
mə prosesinin tərkib hissəsidir, hüquqi dövlət ideyası ilə əlaqədardır. 
Vergitutma texnikası  qədim dövrlərdə  məlum dərəcədə inkişaf etmiş olsa da, 
məcburi vergi sistemi quldarlığın, istibdadın bir əlaməti idi. Birbaşa vergilər azad 
dövlət və azad vətəndaş haqqında antik anlayışlara uyğun deyildi. Vətəndaşlar döv-
lət gəlirlərinin formalaşmasında bu və ya digər bəhanələrlə yalnız mülki-hüquq 
əsasında iştirak edirdilər. Birbaşa vergiləri əsas etibarilə, yalnız işğal olunmuş xalq-
lar ödəməyə məcbur edilirdilər. İşğalçılar istəsələr, vergi də alardı və yaxud, baş da 
kəsə bilərdilər. Bu seçim işğalçının istəyindən asılı idi. 
Maliyyə zorakılığı çox vaxt yerli əhaliyə qarşı da tətbiq edilirdi. 
Ümumi vergi hüququ olmadıqda vergi formasında ödəmə maliyyə zülmünün, 
zorakılığın ifadəsi, hüquqi dövlət prinsiplərinə qətiyyən uygun gəlməyən alət olur. 
Vergi anlayışına paralel olaraq, vergitutma prinsipləri də tarixi təkamül prose-
sində müxtəlifliklərə məruz qalmışdır. Vergitutma prinsiplərinin dəyişməsi iqtisadi 
nəzəriyyə və sosial həyatda baş verən təkamül ilə sıx əlaqədardır. Belə ki, hər hansı 
bir tarixi dövrdə bu və ya digər cəmiyyətin öz mahiyyətindən doğan səciyyəvi cə-
hətləri və qarşısına qoyduğu məqsədləri var. Dinamik xarakter daşıyan bu məq-
sədlərə bazar iqtisadiyyatı sistemində necə çatmağın mümkünlüyü haqqında möv-
cud olan görüşlər iki əsas mərhələdən keçmişdir. 
Birinci mərhələ, klassik iqtisad məktəbi təmsilçilərinin nəzəriyyələrinin hakim 
olduğu XX əsrin 30-cu illərinə  qədər davam etmişdir. Bu görüşlərə görə hesab 
edilirdi ki, iqtisadi inkişaf, tam məşğulluqda tarazlıq,  ədalətli gəlir bölgüsü kimi 
məqsədlərə çatılması bazar mexanizminin “görünməyən  əli” (A. Smit) vasitəsilə 
öz-özünə avtomatik şəkildə reallaşır; dövlət öz ənənəvi funksiyalarından başqa, 
iqtisadi və sosial həyata heç bir şəkildə müdaxilə etməməlidir; “bitərəf” olduğu 
üçün dövlətin əlində vasitə olan vergilər də “bitərəf” xarakter daşımalıdır. Vergilə-


Dövlät Maliyyäsi 
 
221 
rin “bitərəfliyi” o deməkdir ki, onlar vergi mükəlləfiyyətçilərinin iqtisadi qərarla-
rına və iqtisadi proseslərin gedişinə ciddi təsir etməməlidir. Başqa sözlə, vergilər 
başlıca olaraq fiskal məqsəd güdməlidir. 
İkinci mərhələ: XX əsrin 30-cu illərindən başlayaraq, dövlətin iqtisadi və sosial 
həyatda rolunun artması ilə əlaqədar yeni görüşlər meydana gəlmiş və bunun nəti-
cəsində vergilərin müdaxiləçi xarakteri artmağa başlamışdır. Bu dövrdən vergilər 
istehsal, istehlak, məşğulluq və bölgü prosesində təsirli bir vasitə kimi istifadə edilir. 
8.10. ADAM SMİTİN VERGİTUTMA PRİNSİPLƏRİ 
Yalnız cəmiyyətin tarixi inkişaf prosesində demokratiya sahəsində baş vermiş 
köklü inqilablar imkan verdi ki, Adam Smit vergiləri quldarlığın deyil, azadlığın 
əlaməti hesab etsin. A. Smitə görə şəxsi müstəqillik yalnız mülkiyyət hüququ əsa-
sında mümkündür. Mülkiyyət hüququ qanuniliyi, ödəmələrin leqal qaydaların və 
vergi ödəyicilərinin təsərrüfat müstəqilliyini sarsıtmayan vergi sisteminin olmasını 
tələb edir. Bu, vergitutmanın əsas  “bitərəfliyi” prinsipi adlanır. A.Smit demokratik 
dövlətdə vergi sistemi vasitəsilə həyata keçirilməsi zəruri olan və həmin əsas prin-
sipə tabe olan daha dörd prinsipi əsaslandırmışdır. 
1. Ədalət prinsipi. Bu prinsipə görə vətəndaşların hər biri hökumətin öz fəaliy-
yətini davam etdirə bilməsi üçün imkanı dairəsində, yəni dövlətin himayəsi altında 
əldə etdiyi gəlirə mütənasib olaraq iştirak etməlidir. A.Smit həmin prinsipi izah 
edərkən dövbt xərclərini bir çox şəriki olan böyük bir mülkə bənzədir və şəriklərin 
həmin mülkdən əldə etdikləri mənfəətə mütənasib olaraq xərclərdə iştirakının zəru-
riliyini qeyd edirdi. 
Göründüyü kimi, A.Smitin prinsipində “ədalət” anlayışı müasir dövrdə forma-
laşmış olan və geniş  məna daşıyan sosial ədalət anlayışı deyil, sırf iqtisadi məz-
muna malik “bərabərlik-müvazinət” anlayışıdır. 
Con Due yazırdı: “Ən  ədalətli vergi sistemi cəmiyyətdə mövcud olan ictimai 
fıkir tərəfindən qəbul edilən real gəlir bölgüsü meyarlarına uyğun olanıdır”. 
Ədalət prinsipi, onun mahiyyəti və məzmununa baxışların fərqli olmasına bax-
mayaraq, bütün sivil vergi sistemlərinin başlıca xəttini təşkil edir. Lakin vergi 
sahəsində ədalət prinsipindən danışarkən onun iqtisadi-hüquqi mahiyyətini nəzərə 
almaq lazımdır. Ona görə də bu problemə iki nöqteyi-nəzərdən baxılması vacibdir: 
iqtisadi və hüquqi. 
Ədalət prinsipi iqtisadi baxımdan o deməkdir ki, dövlət vergi və xərcləri, vergi 
yükünü bir qrup insanlann üzərinə salmaqla digər qrup insanların imtiyaz verir və 
bu yolla gəlirlərin bölgüsünə təsir göstərmək istəyir. 
Bu prinsipin adətən iki aspekti bir-birindən fərqləndirilir: şaquli və üfüqi. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə