Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə91/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   87   88   89   90   91   92   93   94   ...   135

Dövlät Maliyyäsi 
 
211 
lən, ölkənin iqtisadi vəziyyətinə  təsir göstərməkdən ötrü də istifadə edilməsinin 
mümkün olması haqqında iqtisadçılar yalnız bazar iqtisadiyyatı inkişaf etməyə 
başladıqdan sonra fikirləşməyə başladılar: ilk növbədə natural deyil, pul dövriyyəsi 
üzərində qurulmuş burjuaziya cəmiyyətinin inkişafı istehsalın miqyaslarının art-
ması və onun səmərəliliyinin yüksəlməsi ilə yanaşı çoxsaylı problemlərin də, mə-
sələn, iqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyi ilə bağlı problemlərin (ilk 
növbədə silsiləvi iqtisadi böhranlar) artmasına gətirib çıxardı, bu isə labüd olaraq 
iqtisadiyyatın tənzimlənməsi mexanizmlərinin yaradılması  tələbatını meydana gə-
tirdi. Fransız iqtisadçısı P.M.Qodme bu haqda yazır: “Hələ E.Voban 1706-cı ildə 
xalqın yoxsulluğuna qarşı mübarizə məqsədi ilə vergilərin köməyi ilə torpağın daha 
yaxşı becərilməsini təmin etmək istəyirdi. XIX əsrdə Almaniyada F.List başda 
olmaqla milli iqtisadi məktəbinin alimləri də vegiqoymadan, xüsusilə  də protek-
sionist rüsumlardan, milli sənayenin yaranmasını təmin etmək məqsəd ilə istifadə 
edilməsini zəruri sayırdılar. Lakin dövlətin iqtisad inkişafına təsirinin vergi me-
xanizmlərinin real olaraq yaradılması və tətbiqi maşın istehsalının inkişafı və kapi-
talizmin öz inkişafında inhisarçı mərhələsinə daxil olması ilə əlaqədar başlandı. Bu 
dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsi mühüm əhəmiyyət kəsb etməyə baş-
layır. Belə  şəraitdə vergilər bir çox ölkələrin dövlət gəlirlərinin  əsas mənbəyinə 
çevrilir. Artıq XIX əsrdə və XX əsrin əvvəllərində “büdcəyə bütün daxilolmaların 
80-90 %-i vergilərin payına düşürdü. Belə ki, Böyük Britaniyada 1880-ci ildə döv-
lət büdcəsinin bütün gəlirlərinin 91, Rusiyada 81,9, ABŞ-da (1906-1910-ci illər) 
92,1%-ni vergilər təşkil edirdi”. İmperializmin təşəkkülü dövrində  cəmiyyətin 
mentalitetinin dəyişməsi labüd olan ictimai həyatın və ilk növbədə onun iqtisadi 
sahəsinin idarə olunmasına yanaşmaların da dəyişməsini doğurdu. Cəmiyyətin çox 
kasıblara təbəqələşməsi hökuməti bu təbəqələşmənin zəiflədilməsi üzrə də olmasa, 
heç olmasa, əhalinin ən kasıb təbəqələrinin onların yaşamasını təmin etməyə imkan 
verən səviyyəyə qaldırılması üzrə əsaslı qərarlar qəbul etməyə vadar etdi. 
Dövlətin iqtisadi siyasətinin aləti kimi vergilər cəmiyyətdə bazar münasibət-
lərinin inkişaf etməsi ilə və ən əvvəl müxtəlif ictimai qrupların gəlirlərinin, heç ol-
masa, qismən bərabərləşdirməsindən ötrü getdikcə daha çox əhəmiyyət kəsb etmə-
yə başlayır. Qeyd etmək lazımdır ki, təkcə fiskal üsullarla yığılan pul vəsaitlərinin 
həcmi deyil, həm də vergi sisteminin quruluşu da dəyişir. Əgər XX əsrin əvvəllə-
rində vergi daxilolmalarının əsas hissəsini (70-80%) vasitəli vergilər təşkil edirdisə, 
bazar təsərrüfatçılarının inkişafı artıq bu əsrin əvvəllərində vergitutmanın statusunu 
kəskin sürətdə yüksəldir. Bu onun nəticəsi idi ki, dövlət ölkənin iqtisadi inkişafının 
tənzimlənməsi aləti kimi mərkəzləşdirilmiş pul vəsaitlərindən daha çox istifadə 
etməyə başlayır. Vergi növlərinin miqdarı  və vergi verənlərin sayı sürətlə artır, 
vasitəli vergitutma ilə yanaşı, birbaşa vergitutma da əhəmiyyətli dərəcədə inkişaf 
edir, xüsusən gəlir vergisi daha çox əhəmiyyət kəsb etməyə başlayır. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
212 
İkinci Dünya müharibəsindən sonra onda iştirak edən ölkələrdə xalq təsərrüfa-
tının bərpası  və bazar istiqamətli Qərb ölkələrində  və Yaponiyada iqtisadi artım 
başlanır. Bununla əlaqədar həm vergilərin rolu, həm də onların makroiqtisadi nöq-
teyi-nəzərdən nəzəri cəhətdən dərk olunması səviyyəsi daha da artır. 
Bazar iqtisadiyyatının silsiləvi inkişafı ilə  əlaqədar cəmiyyət inkişaf etdikcə 
müxtəlif sahələrin inkişafının çevik tənzimlənməsinə tələbat artır və inkişaf etmiş 
ölkələrin hökumətləri bunu yaxşı  dərk edirlər. Vergilər isə bu cür tənzimlənməni 
təmin etməyə qadir olan alətdir. “Vergitutmadan durğunluq dövrlərində iqtisadiy-
yatın himayə edilməsinin vasitəsi kimi istifadə oluna bilər. Məsələn, avadanlığın 
amortizasiyası sürətini artırmağa imkan verən vergi tədbirləri belə tədbirlərindən-
dir ”. Lakin vergi vasitəsi ilə bəzi müəssisələrə mane olmaq olar. Məsələn, avtomo-
billərin istehsalı  və satışına qoyulan vergilərin vasitəsi ilə avtomobilqayırmanın 
“həddindən artıq” böyük sürətlə inkişaf etməsinin qarşısı alınırdı (Fransada). 
Çevik vergi güzəştləri sistemləri eyni vaxtda yüksəlişdə olan sahələri çox yük-
sək inkişaf sürətindən saxlamağa, bununla yanaşı, itkiləri azaltmağa və  tənəzzül 
edən sahələrə kömək göstərməyə imkan verir. Bundan başqa, korporasiyaların gəlir 
və mənfəətlərindən vergi dərəcələrinin aşağı salınması onlara daha intensiv inkişaf 
etmək və qalan mənfəətdən istehsalın təkmilləşməsi məqsədi ilə (axı şəxsi varlan-
manın qarşısı  gəlir vergisi dərəcəsini qaldırmaqla dövlət tərəfindən alınır)istifadə 
etmək imkanı verir. Şübhəsiz ki, bunda hər bir dövlət maraqlı olmalıdır: milli isteh-
sal prosesi nə qədər məhsuldar olsa, məhsullar dünya bazarında bir o qədər rəqa-
bətə dözümlü olur, müəssisələr nə qədər yaxşı işləsələr, onların işçilərinin sayı və 
həyat səviyyəsi bir o qədər çox  yüksəlir. 
“Vergi təsiri həm də artım və inkişafa  səbəb ola bilər. Belə ki, vergi güzəşt-ləri 
tikinti, meşələrin bərpası, kapital qoyuluşları və i.a. üçün verilə bilər. Bu, vergilə-
rin müəyyən edilmiş  məbləğlərindən, gəlir vergisindən kapital qoyuluşu məblə-
ğinin çıxılması yolu ilə edilir. Vergi hesablandıqda nəzərə alınan müxtəlif amorti-
zasiya normaları da tətbiq olunur. Vergilər vasitəsi ilə ixracı da eyni dərəcədə 
həvəsləndirmək olar, məsələn, ixracat məhsulunun istehsalına görə ödənilən vergi-
lərin geri qaytarılması yolu ilə”. Beləliklə, dövlət “işgüzarlıq gəmisinin” həddən 
artıq yırğalanmasına yol verməyərək, iqtisadi inkişafın sabitləşdirilməsinə nail olur 
və bununla yanaşı, məcmu tələbin daim artmasını himayə etməyə can atır. “İnsan-
lar məcmu tələbi sabitləşdirmək bacarığı ilə onu dəyişmək bacarığını qarışıq salır-
lar. Əslində isə sabitləşdirmə yalnız məcmu, tələbi dəyişmək bacarığını deyil, həm 
də bunu vaxtında və lazımi həcmdə etmək bacarığını nəzərdə tutur. Bizə məlumdur 
ki, əgər dövlət xərcləri artırsa, vergilər isə artmırsa və yaxud azalırsa, dövlət xərc-
ləri artmırsa, onda bu, lazımi şəraitdə məcmu tələbi stimullaşdıra bilər.
98
 
                                                 
98
   Mirəlim Həsənli “Vergilər” 1998 s.26 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə