Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə90/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   86   87   88   89   90   91   92   93   ...   135

Dövlät Maliyyäsi 
 
209 
formalaşmağa başlayır. Əmtəə-pul münasibətləri inkişaf etdikcə, yenidən bölüşdü-
rücü münasibətləri inkişaf etdikcə yenidən bölüşdürücü münasibətlər pul forma-
sında çıxış edirlər. 
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsinin əsas üsulu onun müəyyən 
bir hissəsinin öz maliyyə ehtiyatlarını formalaşdırmaq üçün dövlət tərəfindən bir-
başa olaraq alınmasıdır. Elə bu da vergitutmanın iqtisadi mahiyyətini təşkil edir. 
Dövlətin xeyrinə ümumi daxili məhsulun yenidən bölüşdürülməsi ictimai isteh-
salın iki iştirakçısı arasında həyata keçirilir: işləyənlərdən gəlir vergisi formasında 
və təsərrüfat subyektlərindən mənfəət vergisi, əlavə dəyər vergisi və s. formasında.  
Müəyyən vergilər müəssisənin xərclərinin tərkibinə daxil edildiyindən, istehsal 
xərcləri kimi onları da sabit və dəyişən vergi xərclərinə ayırmaq olar. Sabit vergi 
xərcləri məhsulun (yerinə yetirilmiş  işin, göstərilmiş xidmətin) həcmindən asılı 
olmur. Məsələn, əmlak vergisinin, torpaq vergisinin həcmi sabit vergi xərcləridir. 
Dəyişən vergi xərclərinin həcmi isə məhsulun (yerinə yetirilən işin, göstərilən xid-
mətin) həcminə mütənasib olaraq dəyişir. Dəyişən vergi xərclərinə misal olaraq 
əlavə dəyər vergisinin, mənfəət vergisinin və s.-in həcmini göstərmək olar. 
Dövlətin və iqtisadiyyatın dövlət tənzimlənməsinin olduğu yerdə vergitutma da 
mövcuddur. Anarximizin banisi olan fransız ictimai xadimi Pyer Cozef Prudonun 
(1809-1865) təsdiq etdiyi kimi “mahiyyətcə vergi barədə məsələ elə dövlət barədə 
məsələ deməkdir”. 
Vergilərin ümumi xarakterini istənilən dövlətin maliyyə sistemində  əsas yer 
tutan büdcə sistemi şərtləndirir.  İstənilən səviyyəli büdcə, dövlət gəlirləri sistemi 
vasitəsi ilə formalaşır. Gəlirlər ölkənin milli gəlirlərinin, dövlətin funksiyalarının 
həyata keçirilməsi üçün maliyyə bazasının yaradılması  məqsədi ilə, müxtəlif pul 
ödənişləri  şəklində dövlətin mülkiyyətinə keçən hissəsidir. Ancaq nəzərə almaq 
lazımdır ki, yenidən bölüşdürmənin nəticəsi olan büdcə  gəlirlərinin özü sonradan 
yeni bölüşdürücü mexanizmlər yaratmağa başlayır, çünki onlardan ərazilərin, 
sahələrin büdcə fondlarının formalaşdırılması üçün istifadə olunmağa başlanılır. 
Xarakterik xüsusiyyətlərini əks etdirən əlamətlərindən asılı olaraq dövlət gəlirlə-
rinin müxtəlif təsnifatını vermək olar. Ödənişlərin özünün formasında və tutulma üsu-
lundan asılı olaraq büdcə gəlirlərinin şərti olaraq üç əsas mənbəyini qeyd etmək olar: 
Dövlət  əmlakı, ümumdövlət ehtiyatları. Onlardan istifadəyə görə haqq tutula, 
müəyyən ödəniş həyata keçirilə bilər; 
Hüquqi və fiziki şəxslərdən vergi şəklində tutulan məcburi ödənişlər və qeyri-
vergi ödənişləri; 
Dövlət istiqrazları, dövlət qiymətli kağızlarının, lotereyaların və s. satışından 
əldə olunan gəlir formasında cəlb edilmiş ehtiyatlar. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
210 
Belə bir vəziyyətdə büdcə gəlirlərinin əsas hissəsini vergilər təşkil edir. Məsə-
lən, son illərdə Azərbaycan Respublikasında büdcə daxilolmalarının 73-75 faizini 
vergilər təşkil edir. Belə ki, vergilər Yaponiyada büdcənin 75 faizini, Almaniyada 
80 faizini təşkil edir.
97
 
Xüsusi olaraq qeyd etmək lazımdır ki, vergitutmanın büdcə prosesinə təsiri ilə 
yanaşı əks təsir də baş verir, yəni büdcənin vəziyyəti vergitutmanın inkişafına təsir 
göstərir. Vergilər və büdcə bir-biri ilə qarşılıqlı  əlaqədədir və bu əlaqə ikitərəfli
qırılmaz xarakter daşıyır. 
Hələ XIX əsrin sonlarında alman iqtisadçısı Adolf Vaqner (1835-1917) ictimai 
inkişafın mühüm qanunauyğunluğu kimi dövlət xərclərinin daim artmasını müəy-
yənləşdirilmişdir. Bununla əlaqədar olaraq dövlətin maliyyə münasibətləri siste-
mində vergitutmanın rolunun yüksəldilməsi qanunauyğun xarakter daşıyır. Belə ki, 
İkinci dünya Müharibəsindən sonra iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin 
büdcələrində vergi daxilolmalarının həcmi hər on ildən bir 1,5-2 dəfə artır. 
 
8.8. VERGİLƏR DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNİN 
ALƏTİDİR  
Dövlətin iqtisadi inkişafına mərkəzləşdirilmiş təsirli alətlərindən biri kimi ver-
gilərdən istifadə edilməsinin uzun tarixi var, lakin uzun müddət ərzində onlara iqti-
sadi siyasətin çevik aləti kimi deyil, yalnız dövlət büdcəsini formalaşdıran mən-
bələrdən biri kimi baxılıb. Onu qeyd etmək kifayətdir ki, “maliyyə” anlayışının özü 
XIII-XIV əsrlərdə, özünü ticarətin çiçəklənməsi, pul hesablaşmaların möhkəmlən-
məsi, o dövr üçün bazar münasibətləri yaxşı inkişaf etmiş İtaliya, Fransa və bir sıra 
digər ölkələrdə bank işinin meydana gəlməsində ifadə etmiş  əmtəə-pul münasi-
bətlərinin təşəkkülü dövrində meydana gəlmişdir. 
Bununla əlaqədar onu xatırlamaq məqsədəuyğun olardı ki, kapitalizmə qədərki 
ictimai formasiyalarda dövlət gəlirlərinin mərkəzləşdirilməsi  əsasən pul şəklində 
deyil, natural şəkildə baş verirdi. Quldarlıq quruluşunda hökmdarların sərəncamın-
da olan resurslar dövlət resurslarından ayrılmışdır, onun pul xəzinəsinin formalaş-
ması mənbələri arasında isə vergilər axırıncı yeri tuturdu. 
Uzunmüddətli tarixi dövr ərzində vergilərin təyinatı əhəmiyyətli dərəcədə dəyi-
şirdi.  Əvvəllər vergilər  əsasən dövlət maşını  fəaliyyətinin, ilk növbədə  də, xarici 
təhlükəsizliyin təmin edilməsi xarakteriki daşıyırdı. Vergi yığımları vasitəsi ilə 
dövlət özünün tələbatlarından və  sərhədlərinin müdafiəsindən, həmçinin müha-
ribələr aparmaqdan ötrü vəsaitlər yığırdı. Vergilərdən digər məqsədlər üçün, məsə-
                                                 
97
   A.F.Musayev, Y.A.Kəlbiyev, A.A.Hüseyinov “Azərbaycan Respublikasının vergi xidməti: 
islahatlar və nəticələr ,2002  


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə