Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə89/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   85   86   87   88   89   90   91   92   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
206 
sablama metodikasından, onlardan istifadənin məqsədindən asılı olaraq müəyyən 
edilir. 
Vergi nəzarəti hüquqi və fiziki şəxslərin ödədikləri vergilərin dövlət büdcəsinə 
vaxtında daxil olmasını, düzgün hesablanmasını təmin edir. 
Vergi mexanizminin daxili məzmununu büdcə gəlirlərinin formalaşması, vergi 
məbləğlərinin ərazi və regionlar arasında yenidən bölüşdürülməsi zamanı yaranan 
hüquqi və maliyyə münasibətləri sistemi vergi mexanizminin qurulması xüsusiy-
yətlərini müəyyən edir. Təşkilati-iqtisadi və maliyyə münasibətləri sistemi vergi 
mexanizminin qurulması xüsusiyyətlərini müəyyən edir.
95
 
8.6. FİSKAL SİYASƏT 
Makroiqtisadi tənzimləmənin  əsas vasitələrindən biri fiskal siyasətdir. Fiskal 
siyasət dedikdə dövlət xərclərinin və vergitutmanın səviyyəsinin dəyişdirilməsi isti-
qamətində dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür. 
 Dövlət fiskal siyasət vasitəsi ilə iqtisadi proseslərə onların gedişatını tənzim-
ləmək məqsədi ilə daim müdaxilə edir. Bu müdaxilə dövlət büdcəsinin gəlir hissə-
sinin formalaşdırılması məqsədilə vergitutma sahəsində, milli iqtisadiyyatın səmə-
rəliliyinin yüksəldilməsi, iqtisadi artımın, əhalinin məşğulluğunun, pul dövriyyəsi-
nin sabitləşdirilməsinin təmin edilməsi istiqamətində  həyata keçirilən tədbirlərin 
məcmusudur. 
Fiskal siyasət milli iqtisadiyyata həm faydalı, həm də kifayət qədər ağrılı təsir 
göstərə bilər. Dövlət maliyyəsinin sabit iqtisadi artımın edilməsində əhəmiyyətli rol 
oynaması fiskal siyasətin işlənib hazırlanmasını və ardıcıl olaraq həyata keçirilmə-
sini tələb edir. 
Dövlətin həyata keçirdiyi fiskal siyasət aşağıdakı ictimai məqsədlərə cavab 
verməlidir:  
-   iqtisadiyyatda dövri tərəddüdlərin hamarlaşdırılması; 
-   iqtisadi artım sürətinin yüksəldilməsi; 
-   əhalinin tam məşğulluğuna nail olunması; 
-   infilyasiyanın mülayim sürətinə nail olunması. 
Fiskal siyasətin əsas alətləri isə aşağıdakılardır: 
-   müxtəlif növ vergilər və vergi dərəcələri ilə manipulyasiya edilməsi; 
-   transfer ödənişlər; 
-   dövlət xərclərinin digər növləri. 
                                                 
95
   Mirələm Həsənli “Azərbaycanda Vergilər” 1998 s.65 


Dövlät Maliyyäsi 
 
207 
Fiskal siyasətin alətləri iqtisadiyyata müxtəlif cür təsir göstərirlər. Dövlət satın-
almaları dövlətin məcmu xərclərinin əsas elementlərindən biridir və onlar xərclərin 
səviyyəsinin artırılmasına səbəb olur. 
Dövlət xərclərinin stimullaşdırıcı təsir göstərməsi üçün onlar vergi daxilolma-
ları balansına maliyyələşdirilməməlidirlər. Vergi dərəcələrinin artımı işgüzar fəal-
lığa olan stimulu azaldır, bu isə istehsalın həcminin aşağı düşməsinə  səbəb olur. 
Buna görə də dövlət xərclərinin artımı bir qayda olaraq büdcə kəsiri ilə müşayiət 
olunur. 
Beləliklə, istehsalın tənəzzülü dövrində öz xərclərini artırmaqla və inflyasiya 
ilə müşayiət olunan iqtisadi yüksəliş dövrində öz xərclərini azaltmaqla müşayiət 
olunan iqtisadi böhranları yüngülləşdirir, milli istehsalın həcminin artımına nail 
olur. 
Avtomatik fiskal siyasət məcmu gəlirin dövri tərəddüdləri nəticəsində dövlət 
xərclərinin, vergilərin və dövlət büdcəsinin saldosunun avtomatik olaraq dəyişmə-
sidir. Avtomatik fiskal siyasət iqtisadi yüksəliş dövrində dövlət büdcəsinə xalis 
vergi daxilolmalarının həcminin avtomatik olaraq artmasını, iqtisadi tənəzzül za-
manı isə dövlət büdcəsinə xalis vergi daxilolmalarının həcminin avtomatik olaraq 
azalmasını  nəzərdə tutur. Bu müxtəlifliklər “quraşdırılmış özü tənzimləyici”lərin 
təsiri ilə baş verir. 
Quraşdırılmış özütənzimləyici-dövlətin iqtisadi siyasətində müxtəliflik etmə-
dən istehsalın və  məşğulluğun səviyyələrindəki tərəddüdləri azaltmağa imkan ve-
rən bir mexanizmdir. Belə avtomatik tənzimləyicilər aşağıdakılardır: 
- iqtisadi yüksəliş dövrində məcmu tələbin qarşısını alan proqressiv vergi siste-
mi. Belə ki, əhalinin gəlirləri artdıqca bu gəlirlər daha yüksək dərəcə ilə vergiyə 
cəlb olunurlar. Bu isə məcmu tələbin qarşısını alır. İqtisadi tənəzzül nəticəsində gə-
lirlər azaldıqda isə vergi dərəcələrinin aşağı salınması, əldə olan gəlirin artmasına 
səbəb olur. Bunun da nəticəsində məcmu tələbin stimullaşdırılması baş verir. 
- iqtisadi tənəzzül dövrində işsizlərin sayının artması nəticəsində işsizliyə görə 
ödənilən müavinətlərin və digər sosial ödənişlərin həcmi artır.  İqtisadi yüksəliş 
zamanı isə işsizliyin səviyyəsi aşağı düşür, bu isə öz növbəsində avtomatik olaraq 
həmin ödənişlərin həcminin azalmasına gətirib çıxarır. 
Avtomat fiskal siyasətin əsas üstünlüyü ondadır ki, iqtisadi şəraitin azacıq də-
yişməsi nəticəsində quraşdırılmış tənzimləyicilər yubanmadan işə düşürlər. 
Avtomat fiskal siyasətin çatışmayan cəhəti isə odur ki, o, dövri tərəddüdləri 
yalnız hamarlayır, onları tamamilə aradan qaldıra bilmir. 
İnflyasiyanın sürətinin aşağı salınması üçün isə restriksionist fiskal siyasət hə-
yata keçirilir. Restriksionist siyasətə bəzən “qarşısını alan” siyasət də deyirlər. Bu 
siyasət dövlət xərclərinin azaldılması və vergi dərəcələrinin yüksəldilməsi yolu ilə 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
208 
həyata keçirilir. Qısamüddətli dövrdə restriksionist siyasət məcmu tələbi azaltma-
ğa imkan verir və bununla da inflyasiyanın aşağı salınmasına köməklik edir. Uzun-
müddətli dövrdə isə restriksionist siyasət istehsalın tənəzzülünə  və  işsizliyin artı-
mına gətirib çıxara bilər.
96
 
8.7. VERGİLƏRİN İQTİSADİ MAHİYYƏTİ   
Öz xərclərini maliyyələşdirmək üçün fiskal mexanizmlər yaradan və onlardan 
istifadə edən dövlətin və dövlət aparatının yaranması vergilərin yaranmasına səbəb 
olmuşdur. Ancaq vergilər, ilk növbədə, mühüm maliyyə-iqtisadi kateqoriyadır. K. 
Marksın sözləri ilə desək “vergilərdə dövlətin mövcudluğunun iqtisadi ifadəsi tə-
cəssüm olunmuşdur. Məmurlar və keşişlər,  əsgərlər və balet rəqqasələri, məktəb 
müəllimləri və polislər, yunan muzeyləri və qotik qüllələr, parlamentin kral və onun 
saray xərcləri üçün ayrılan pul və rütbələr barədə tabel –bütün bu qəribə varlıqların 
rüşeymində bir toxum - vergilər durur.” 
Məcmu ictimai tələbatın ödənilməsi məqsədi ilə müəyyən bir dövr ərzində 
ölkədə yaradılmış bütün maddi nemətlərin dəyəri ümumi daxili məhsul adlanır. 
Dəyər formasında ümumi daxili məhsul istehlak olunmuş istehsal vasitələrinin 
dəyərindən (c), ödənilmiş əmək haq-qının məbləğindən (v) və mənfəətdən (m) iba-
rətdir. Bu zaman yeni yaradılmış  dəyər (v+m) ümumi milli gəliri təşkil edir. Öz 
hərəkətində ümumi daxili məhsul və ümumi milli gəlir aşağıdakı dörd mərhələdən 
keçir: 
-  istehsal;            - bölüşdürmə;          -  mübadilə;     
-  istehlak. 
Ümumi daxili məhsulun müəyyən bir hissəsinin dövlət xəzinəsinə cəlb edilmə-
sinə obyektiv zərurət yalnız bölüşdürmə mərhələsində ortaya çıxır. Çünki istehsal-
çıların və cəmiyyətin digər subyektlərinin ümumi daxili məhsuldakı payları məhz 
bu mərhələdə müəyyən edilir. Qeyd etmək lazımdır ki, ümumi daxili məhsulun 
ilkin bölüşdürülməsi prosesi dövlətin iştirakı olmadan həyata keçirilir, çünki istehsal 
- bölüşdürmə prosesin istehlak edilmiş istehsal vasitələrinin dəyərinin ödənilməsi, 
əmək haqqının verilməsi və  mənfəətin  əldə edilməsindən ödənilməsi,  əmək haq-
qının verilməsi və mənfəətin əldə edilməsindən başqa cür təsəvvür etmək mümkün 
deyildir. 
 Eyni zamanda, bəşəriyyətin inkişafının müəyyən mərhələsində  cəmiyyətin 
idarə edilməsinin üstqurum forması kimi yaranan dövlət obyektiv olaraq öz möv-
cudluğu üçün maddi əsasın olmasını  tələb edirdi. Bunun əsas mənbəyi isə maddi 
istehsal sahəsidir. Məhz dövlətin yaranması ilə yenidən bölüşdürücü (artıq bölüş-
dürülmüş ümumi daxili məhsulun yenidən bölüşdürülməsi) münasibətlər sistemi 
                                                 
96
   F.Ə. Məmmədov, A.F. Musayev,M.M. Sadıqov, Y.A. Kəbliyev, Z.H. Rzayev, “Vergilər və 
Vergitutma” ,2006, s.137  


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə