Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə85/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   81   82   83   84   85   86   87   88   ...   135

Dövlät Maliyyäsi 
 
195 
8.2. VERGİ ANLAYIŞI VƏ VERGİLƏRİN ƏSAS 
ELEMENTLƏRİ 
Vergilər ən mühüm dövlət gəlirlərindən biri olmaqla, dövlət büdcəsi gəlirləri-
nin 80-85 %-ni təşkil edir. 
V.N.Sutormina vergilərə dövlət xərclərinin maliyyələşdirilməsi üçün dövlət 
tərə-findən milli gəlirin bir hissəsinin başlıca olaraq zəhmətkeşlərdən, məcburi və 
əvəz-siz qaydada tutulması üzrə pul münasibətlərinin məcmusu kimi tərif verir. 
Vergi ödəmələrini ayrıca maddədə göstərməyə cəhd edən “Ekonomiks” müəl-
lifləri deyirlər ki, vergilər - əvəzində mal, xidmət alınmayan və qanunsuz hərəkət-
lərə görə məhkəmənin təyin etdiyi cərimə olmayan hökumətə ödənişdir. S. Bryunun 
tərifinə görə  məhsulun vaxtında çatdırılmasına, kommersiya və yaxud kommunal 
ödənişlərin gecikdirilməsinə və b. görə cərimə, penya sanksiyalarını asanlıqla ver-
gilərə aid etmək olar, halbuki əslində onlar vergi deyil. Beləliklə, K. RMakkonnell və 
S.L. Bryunun tərifində vergilərin həqiqi mahiyyətindən çox, ziddiyyət vardır. 
Vergilərin tərifinə fransız alimi P.M. Qodme daha sistemli yanaşmışdır. Onun 
fikrincə, “vergi - cəmiyyətin xərclərini ödəmək və hər kəsin imkanlarına müvafiq 
onların vətəndaşların arasında bölüşdürülməsi məqsədi ilə dövlət tərəfindən məc-
buri qaydada həyata keçirilən pul vəsaitlərinin tutulmasıdır”. Bu tərifinidə üç əsas 
ünsür iştirak edir: 
-  Verginin tutulması xarakteri –məcburi tutulma; 
-  Verginin  tutulmasının  əsas məqsədi - dövlət kassalarının vəsaitlərlə  təmin 
edilməsi. 
-  Verginin tutulması həcmi - xərcin ödənilməsində vətəndaşların iştirak etmək 
imkanları. 
Hər bir ölkədə vergilərin tutulma məqsədi dövlət quruluşu, dövlət tənzimlən-
məsi və sosial təyinatın fəaliyyətini pul vəsaitləri ilə təmin etmək zəruridir. 
Vergi, yığım, rüsum və digər ödənişləri  bir-birindən fərqləndirmək lazımdır. 
Rüsum, haqq və ayırmalar vergi qədər  əhəmiyyətli deyillər. Onlar, yuxarıda 
göstərildiyi kimi, qoyulduğu və ödənildiyi zaman həmişə xüsusi məqsəd və xüsusi 
mənafe mövcud olur. Rüsum, haqq və ayırmalar fərdi ödəmələrdir. Onu da nəzərə 
almaq lazımdır ki, dövlət özünün əsas xidmətlərini bu xidmətlərin yönəldildiyi 
fərdlərin ödəmə qabiliyyətindən asılı olmayaraq həyata keçirməyə borcludur. Bu 
zaman, xüsusi vurğulamaq lazımdır ki, dövlətin bu qəbildən olan məsrəflərinin ha-
mısı yalnız fərdi ödəmələr balansına həyata keçirilə bilməz. 
Rüsum, haqq və ya ayırmanın alınmasında məqsəd rüsumla bağlı  fəaliyyəti 
həyata keçirən təşkilatın xərclərini zərər çəkmədən, lakin xalis gəlir də əldə etmə-
dən ödənilməsidir. Lakin bu prinsip, təəssüf ki, təcrübədə heç də həmişə gözlənil-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
196 
mir. Çox vaxt xidmət müqabilində rüsum ödəmələri onunla əlaqədar xərclərdən 
çox olur. Bəzən hətta, rüsum xərcləri ödəmək naminə deyil, bu əməliyyatın özü 
rüsum almaq naminə məcburi həyata keçirilir. 
Belə vəziyyət onu göstərir ki, rüsum, haqq və ayırmalar fərdi xidmət göstəril-
məsi ilə əlaqədar olmasa da, öhdəlik, müqavilə üzrə ödənən məcburi ödəmə hesab 
edilə bilməz. Onlar ümumi-hüquqi xarakterli xidmətlərlə  əlaqədar fərdi qaydada 
alınan pul mükəlləfiyyətləridir. 
Xüsusilə göstərmək lazımdır ki, rüsum ümumi mənafe naminə özünün dövlət 
hakimiyyəti funksiyasını yerinə yetirən dövlət orqanlarının göstərdikləri xidmət 
üçün deyil, göstərilən xidmətlə əlaqədar ödənilir. Belə ki, məhkəməyə iddia ərizəsi 
verildikdə rüsumun ödənilməsi konkret şəxsin məhkəmədə müdafiə hüququ ilə 
bağlıdır, lakin məhkəmənin ictimai-faydalı funksiyası - qanunçuluq rejiminin qo-
runması ilə müəyyən edilir. 
Rüsumlar dövlət orqanının mövcudluğunu təmin etmir, ona görə ki, həmin 
orqanlar başqa mənbələr balansına da maliyyələşməlidir. Əksinə, rüsumun alınması 
hər hansı bir dövlət orqanının öz funksiyalarını yerinə yetirməsi ilə şərtlənir. 
Rüsum və yığımların xarakteri olan ödəniş məbləği müəyyən edilərkən, vergi 
tutmadan fərqli prinsiplərdən istifadə edilməsi nəzərdə tutulur. Bu halda şəxsin 
ödəmə qabiliyyətinin nəzərə alınması həlledici ola bilməz, çünki belə olduqda bə-
rabərlik yaradılmır, əksinə pozulur. Həqiqətən, eyni xidməti alan şəxslər müxtəlif 
rüsum ödəməli olardılar. Ona görə  də rüsum məbləği xidmətin xarakteri və miq-
darından asılı  şəkildə (ekvivalentlik prinsipi) bir qayda olaraq konkret məbləğlə 
müəyyən edilir. Pul məbləği xidmət göstərilməsi ilə  əlaqədar xərclərə ekvivalent 
olmaya bilər. Lakin bu, ödəniş  məbləğinin mütləq sərbəst müəyyən edilə bilməsi 
demək deyildir. 
Rüsum məbləği, hər şeydən əvvəl, əsaslandırılmalıdır. Onların məbləği müəy-
yən edilərkən yalnız maliyyə mülahizələrini  əsas götürmək olmaz. Pul məbləğini 
ödənişin müəyyən edildiyi məqsədlə müqayisə etmək lazımdır. Ödəniş  məbləği 
ödəyicinin əldə etdiyi fayda ilə və yaxud dövlət orqanının çəkdiyi xərclə ağlabatan 
şəkildə müqayisəli olmadıqda, bu prinsip pozulmuş olur. 
Rüsum və ya yığımın miqdarı, həmçinin, vətəndaşların  əsas konstitusiya 
hüquqlarından istifadə imkanlarını, dövlət orqanlarından bu və ya digər xidmətləri 
almaq imkanlarını  məhdudlaşdırmamalıdır. Çünki bu hüquqlar vətəndaşlara hər 
hansı bir ödəmədən asılı olmayaraq verilir. 
Ona görə də, məsələn, dövlət vətəndaşlarının təhsil hüququnun həyata keçmə-
sinə yardım etmək məqsədilə, ümumtəhsil məktəblərini rüsum və yığımlar balan-
sına deyil, vergilər balansına maliyyələşdirməyə borcludur. Əks təqdirdə  təhsilin 
hamı üçün mümkünlüyünə “sədd çəkilərdi”. 


Dövlät Maliyyäsi 
 
197 
Rüsumların növləri müxtəlifdir. Hüquqi ədəbiyyatda rüsumların aşağıdakı növ-
ləri göstərilir: inzibati xidmətlər göstərilməsi ilə əlaqədar rüsumlar (məsələn, vətən-
daşlıq alınması, yaxud onun dayandırılması ilə əlaqədar vəsatətin baxılması); bu və 
ya digər hüquq verilməsi əvəzində alınan rüsum (məsələn, ovçuluq hüququna icazə 
verilməsi üçün); hər hansı bir konkret şəxsin mənafeyi məqsədilə  cəmiyyətin 
müəyyən  əlavə  xərcləri üçün kompensasiya xarakterli (məsələn, avtomobil yolla-
rına artıq dağıdıcı təsir göstərən iri tonnajlı nəqliyyat vasitələri sahiblərindən alınan 
rüsum). Habelə, dövlət fəaliyyətinin müəyyən sahələri ilə əlaqədar alınan rüsumlar 
da mövcuddur (məhkəmə, gömrük, notarial və s.). 
Azərbaycan Respublikası qanunvericiliyində “rüsum” anlayışının xarakteristi-
kası “Dövlət rüsumu” haqqında qanunla (4 dekabr 2001-ci il) aşağıdakı kimi müəy-
yən edilmişdir: “Dövlət rüsumu bu Qanunla müəyyən edilmiş hallarda və qaydada 
dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və 
hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənişlə  məcburi ödənişdir”. Qanunda 
müəyyən edilmişdir ki, dövlət rüsumu aşağıdakı hallarda tutulur: 
-   məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb 
edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları ba-
rəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin tək-
rar verilməsi; notariat kontorları və dövlət orqanları tərəfindən notariat hə-
rəkətlərinin aparılması; 
-   vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı; 
- Azərbaycan Respublikası  vətəndaşlarına və Azərbaycan Respublikasında 
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azər-
baycan Respublikasında 30 gündən artıq yaşayan  əcnəbilərə qeydiyyat və-
siqəsi verilməsi, Azərbaycan Respublikası vətəndaşlığına qəbul və ya vətən-
daşlığından çıxma; 
-   Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkə-
lərdəki diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması; 
-   Sənaye mülkiyyəti obyektlərinin qeydə alınması, müvafiq mühafizə  sənəd-
lərinin verilməsi və onlara bağlı digər hüquqi hərəkət, habelə icazələrin bəzi 
növlərinin verilməsi;  
-   Xüsusi  razılıq (lisenziya) alınması  tələb olunan sahibkarlıq fəaliyyəti növ-
lərinə xüsusi razılıq (lisenziya) verilməsi; 
-   Hüquqi şəxslərin dövlət qeydiyyatı və təkrar qeydiyyatı; 
-   Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydə 
alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi; 
-   Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tən-
zimləyən icazənin verilməsi; 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə