Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə81/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   77   78   79   80   81   82   83   84   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
186 
Bütün büdcələr gəlirlər və  xərclər haqqında məlumatları, büdcələrin tərtibi və 
icrasını büdcə təsnifatı üzrə aparırlar. 
2. Büdcə sisteminin ayrı-ayrı həlqələrinin müstəqilliyi prinsipi. Büdcələrin müs-
təqillik prinsipi onda ifadə olunur ki, Azərbaycan Respublikasının Ali qanunverici-
liyi (Milli Məclis) əsasında hər bir büdcə həlqəsinin müstəqil gəlir mənbəyi təyin 
edilir və büdcə vəsaitinin xərclənməsində müstəqil olmaqla, onların hüquqları qa-
nunla tənzimlənir. Büdcələrin müstəqil fəaliyyət göstərməsi bütün dövlət hakimiy-
yəti və idarə orqanlarının hüquq və  səlahiyyətlərinə müvafiq olaraq zəruri gəlir 
mənbələri və buna müvafiq xərclərlə  təmin edilirlər. Azərbaycan Respublikasının 
Ali qanunvericiliyi (Milli Məclisi) tərəfindən hər maliyyə ili üçün Respublikanın 
Dövlət büdcəsi müzakirə edilib təsdiq olunarkən Respublika dövlət büdcəsinin və 
eləcə  də Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr üçün tən-
zimləyici gəlirlər də təyin edilir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası və 
yerli hakimiyyət orqanları öz büdcələrini tərtib və təsdiq edərkən öz gəlir mənbə-
lərini artırmaqda və ondan istifadə etməkdə qanun dairəsində tam müstəqilliyə ma-
likdirlər. Həm də Respublikanın Ali Qanunvericiliyi ilə yerli orqanları verilmiş sə-
lahiyyət dairəsində onlar əlavə gəlir mənbələri aşkar edə və buna müvafiq xərcləri 
maliyyələşdirə bilərlər. Büdcə haqqında qanun icra edilərkən əlavə əldə edilmiş gə-
lirlər, habelə  gəlirlərin xərclərdən artıq olan məbləği və büdcə  xərclərinə edilmiş 
qənaət məbləği yuxarı büdcələrə alına bilməz. 
3. Gəlirlərin və xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi prinsipi onu 
nəzərdə tutur ki, hər bir dövlət hakimiyyət və dövlət idarəsi orqanları üçün müəy-
yən gəlir mənbələri təyin edilir və onlara xərcləri maliyyələşdirmək səlahiyyəti 
verilir. 
4. Büdcələrin gəlirləri və xərclərinin, dövlət büdcədənkənar fondunun tam əks 
olunması prinsipi ondan ibarətdir ki, büdcələrin və büdcədənkənar dövlət fondla-
rının bütün gəlirləri və xərcləri həmin büdcələrdə icbari qaydada tam əks olunma-
lıdır. Bütün dövlət və  bələdiyyə  xərcləri büdcə  vəsaiti balansına, büdcədənkənar 
dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilməlidir. 
5. Büdcələrin balanslaşdırılması prinsipinə görə  hər bir büdcə növü balans-
laşdırılmalıdır. Bu o deməkdir ki, büdcələrdə  nəzərdə tutulan xərclərin həcmi hə-
min büdcənin gəlirlərinin həcminə uyğun olmalıdır (büdcənin kəsirini ödəmək üçün 
nəzərdə tutulan mənbələrdən daxil olan vəsaitlər də daxil olmaqla). 
6. Büdcə  vəsaitinin səmərəli və  qənaətlə istifadə edilməsi onu ifadə edir ki, 
əvvəlki dövrdə buraxılmış büdcə vəsaiti iş və xidmətlərin səviyyəsinə uyğun olmalı 
və qənaət rejiminə ciddi əməl olunmalıdır. 
7. Büdcələrin aşkarlığı o deməkdir ki, təsdiq edilmiş büdcələrin və onların 
icarəsi haqqında hesabatların açıq mətbuatda dərc edilməsi icbaridir, büdcənin icra-
sının gedişi haqqında məlumatlar, büdcələrin tərtibi və icrası üzrə dövlət hakimiy-


Dövlät Maliyyäsi 
 
187 
yəti və idarəsi orqanlarının bütün qərar və  sərəncamları kütləvi informasiya vasi-
tələri vasitəsilə cəmiyyətin nəzərinə Kəsir bildirilməlidir. 
8. Büdcələrin həqiqiliyi onu ifadə edir ki, hər bir büdcə növünün göstəriciləri 
müvafiq inzibati-ərazi vahidinin iqtisadi-sosial inkişaf proqramının göstəricilərinə 
uyğun tərtib edilməklə, büdcənin gəlirləri və xərclərinin reallığı təmin edilməlidir. 
9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istifadə edilməsi onu göstərir ki, büdcə 
vəsaiti olan hər bir subyekt onun sərəncamına daxil olan vəsaiti konkret məqsədli 
təyinatına uyğun istifadə etməlidir. 
«Dövlət Büdcəsi haqqında» Azərbaycan Respublikasının 18 may 1999-cu il ta-
rixli qanununun 3-cü maddəsində göstərildiyi kimi: «Azərbaycan Respublikasında 
büdcə sistemi Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar 
Respublikasının büdcəsindən və yerli büdcələrdən ibarətdir». 
Azərbaycan Respublikasının müstəqillik qazanması, bazar münasibətlərinə ke-
çid istiqamətində zəruri islahatların aparılması ilə yanaşı, yerli hakimiyyət orqan-
larının da maddi-maliyyə bazası, o cümlədən, büdcə sistemi yenidən qurulur. Bələ-
diyyələrin yaradılması ilə  əlaqədar olaraq «Bələdiyyələrin maliyyəsinin  əsasları 
haqqında» Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli qanunu qəbul 
edilmişdir. Həmin qanunda bələdiyyələrin büdcələrinin (yerli büdcələrin) formalaş-
ması, onların gəlirləri və xərclərinin müəyyən edilməsi qaydası əsaslandırılmışdır. 
«Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» qanunda göstərilir ki, yerli büdcə 
bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil. Bu da onu göstərir ki, 
müstəqil fəaliyyət göstərən büdcə həlqəsidir. 
7.13. ÖZƏLLƏŞDİRMƏ 1993-2010 
Özəlləşdirmə “zəfər yürüşünə” 70-ci illərdən başlayaraq, dünyanın 80-dən çox 
ölkəsində  sınaqdan keçirilib. Böyük Britaniyada “tetçerizm”, Çində “kənddə isla-
hatlar”, Türkiyədə “kamuların islahatı” adlanan böyük özəlləşdirmə prosesi 80-ci 
illərin sonu90-cı illərin əvvəlində keçmiş sosialist məkanını əhatə edən 18 ölkədə 
geniş vüsət aldı. Müxtəlif ölkələrdə  fərqli adlar daşıyan belə proqramlar fərqli 
şəraitlərdə də həyata keçirilməyə başladı. Bu tip proqramlar Çexiya və Slovakiyada 
“kupon özəlləşdirməsi”, Litvada “sürətli özəlləşdirmə”, Monqolustan və Rumı-
niyada “vətəndaş proqramları”, Polşada “kütləvi özəlləşdirmə”, Rusiyada “vauçer 
özəlləşdirməsi” adı ilə tarixə düşdü. Azərbaycanda isə bu proqram “çek özəlləşdir-
məsi” adlandırıldı. Ümumilikdə kütləvi özəlləşdirmə proqramları adı ilə qruplaşdı-
rılan belə proqramlar bir-birindən aşağıdakı əlamət sıraları üzrə fərqləndirilə bilər: 
1. Proqramın məqsədinə görə: 
Kütləvi özəlləşdirmə proqramları özündə bir neçə ümumi məqsədləri birləşdirə 
bilər: siyasi məqsədlər (iqtisadi transformasiya prosesinə əhalinin geniş kütlələrinin 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə