Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə77/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   73   74   75   76   77   78   79   80   ...   135

Dövlät Maliyyäsi 
 
175 
təhsil, səhiyyə, sosial müdafiə  və  mədəniyyət-incəsənət sahələri üzrə  cəmi xərc-
lərin dövlət büdcəsinin ümumi xərclərində payı 2,2 faiz bəndi azalaraq 21,7 faiz 
təşkil edəcək. Həmin xərclərin ümumi məbləği 4,298 milyard manat səviyyəsində 
proqnozlaşdırılır. Bu sahələr üzrə xərclərin mütləq məbləğində də son dərəcə cüzi 
artım nəzərdə tutulur. Belə ki, 2012-ci ilə nisbətən gələn il sosial sektora daxil olan 
və yuxarıda adları qeyd olunan 4 funksional bölmə üzrə xərclərin məbləğində cəmi 
83,6 milyon manat və ya 1,9 faiz artım olacaq. Öz növbəsində, səhiyyə xərclərində 
cəmi 0,5 faiz (3,6 milyon manat), təhsil xərclərində 1,2 faiz (18,9 milyon manat), 
sosial müdafiə xərclərində 1,5 faiz (27,9 milyon manat) artım proqnozlaşdırılır.Illik 
inflyasiya büdcənin sosial xərclərinin artım tempini əhəmiyyətli dərəcədə 
üstələyəcək. Gələn il büdcədən sosial səhələrə ayrılan vəsaitlərin 1321 milyard 
manatı  və ya 30,7 faizi həmin sahələrdə çalışan işçilərin  əmək haqqına, 1689,3 
milyard manatı yaxud 39,3 faizi isə qanunvericiliyə uyğun olaraq müxtəlif sosial 
qruplar üçün nəzərdə tutulmuş müavinət, təqaüd və digər sosial ödənişlərə 
xərclənəcək.  Bilavasitə maaş və ya sosial ödənişlərlə bağlı xərclərin artım tempi-
nin inflyasiyanın proqnozlaşdırılan artım tempinə uyğun proqnozlaşdırılması va-
cibdir. 2013-cü ilə Azərbaycan hökuməti orta illik inflyasiyanı 5,7 faiz səviy-
yəsində proqnozlaşdırdığı halda, sosial xərclər üzrə cəmi 1,9 səviyyəsində artımın 
nəzərdə tutulması  əsaslandırılmayıb. Dövlət idarəetmə, hüquq-mühafizə  və  məh-
kəmə hakimiyyəti oranlarının saxlanması  xərcləri 19,1 faiz artırılıb. 2013-cü ildə 
ali və  mərkəzi hakimiyyət orqanlarının saxlanmasına dövlət büdcəsindən 336,2 
milyon manat xərclənməsi proqnolaşdırılır. Bu, əvvəlki dövrlə müqayisədə 109,9 
milyon manat və ya 48,5% çoxdur. Bundan əlavə, gələn il məhkəmə hakimiy-
yətinin və hüquq-mühafizə sisteminin maliyyələşdirilməsinə 1 milyard 83 milyon 
manat vəsait ayrılması nəzərdə tutulur ki, bu bu 2012-ci ilə nisbətən 117,5 milon 
manat və ya 12,2 faiz çoxdur.  Lakin ayrı-ayrı orqanlar üzrə xərclərin artımı bir-bi-
rindən kəskin fərqlənir. Məsələn, məhkəmə orqanlarının saxlanması üzrə 58,5 mil-
yon manat proqnozlaşdırılır ki, bu əvvəlki ilə nisbətən 31,7 faiz və ya 14,1 milyon 
manat çoxdur. Ən yüksək artım polis (Daxili İşlər Nazirliyi və Daxili İşlər Na-
zirliyinin Daxili Qoşunlar Baş  İdarəsi birlikdə) sisteminin xərclərində müşahidə 
olunur. Belə ki, gələn il polis orqanlarının saxlanmasına dövlət büdcəsindən 500,0 
milyon manat xərclənməsi nəzərdə tutulur ki, bu 2012-ci illə mü 136,6 milyon 
manat və ya 37,6 faiz çoxdur.  Ümumilikdə, 2013-cü ildə dövlət idarəetmə, hüquq-
mühafizə və məhkəmə hakimiyyəti oranlarının saxlanmasına 1,419 milyard manat 
xərclənəcək ki, bu əvvəlki dövrə nisbətən 227,4 milyon manat və ya 19,1 faiz 
çoxdur.  
Göründüyü kimi, bütövlükdə sosial sfera üzrə  xərc artımı ali və  mərkəzi ha-
kimiyyət orqanlarının saxlanması üzrə xərclərin artımından 26,3 milyon manat və 
ya 31,4 faiz, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanları üzrə  xərc artı-
mından isə 33,9 milyon manat yaxud 40,5 faiz azdır.   


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
176 
Büdcənin ayrı-ayrı bölmələri üzrə  xərclərin artım templəri arasında kəskin 
fərqlər  mövcuddur. 2012-ci ilə nisbətən gələn ilin dövlət büdcəsində «Ümumdöv-
lət xidməti» bölməsi üzrə xərclər 52,7 faiz, “İqtisadi fəaliyyət”lə bağlı xərclər 48,4 
faiz, “Nəqliyyat və rabitə” xərcləri 27.1 faiz artdığı halda, “Tikinti” bölməsi üzrə 
19,7 faiz, “Səhiyyə” xərcləri cəmi 0,5 faiz, “Təhsil” xərcləri 1,2 faiz, «Sosial mü-
dafiə  və  təminat» xərcləri 1,5%, «Kənd təsərrüfatı» bölməsi üzrə  xərclər 4,5 faiz 
artımla proqnozlaşdırılıb. Xərc artımlarının belə qeyri-bərabər baş verməsinin 
nəticəsidir ki, 2012-ci ilə nisbətən gələn il üzrə dövlət büdcəsinin genişlənən xərc-
lərinin 1 milyard 762,2 milyon manatı və ya 82,4 faizi 2 bölmənin - ümumdövlət 
xidməti və tikinti bölməsinin payına düşür.       
Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2,5 dəfə ar-
tıb. 2013-cü ildə dövlət borclarının və öhdəliklərinin qarşılınması mqsədilə 780,7 
milyon manat xərclənməsi proqnozlaşdırılır. Bu, 2012-ci illə müqayisədə 468,3 
milyon manat və ya 2,5 dəfə çoxdur. Öz növbəsində, dövlət borcunun ödənilməsi 
ilə bağlı xərclərin ümumi büdcə məxaricində payı əvvəlki dövrə nisbətən 2,2 faiz 
bəndi artaraq 1,8 faizdən 4%-ə yüksəlib. Müstəqillik dövründə ilk dəfədir ki, büdcə 
vasitəsilə dövlət borclarının ödənilməsinə bu həcmdə  vəsait ayrılır. Dövlət borcu 
üzrə  xərclərin 647,3 milyon manatını  və ya 82,5%-ni xarici borclar, yerdə qalan 
hissəsini isə daxili borclar təşkil edəcək.           
Dövlət büdcəsinin hökumətin borc və öhdəliklərilə bağlı  xərclərinin bu cür 
kəskin artımı son illər xarici borclanmaların sürətlə genişlənməsidir. Məsələn, 
Azərbaycanın xarici dövlət borclarının həcmi əgər 2010-cu ildə 3,4 milyard ABŞ 
dolları təşkil edirdisə, təxminən 2 il ərzində həmin vəsaitlərin məbləği 1,7 milyard 
ABŞ dolları  və ya 49 faiz artaraq 5,1 milyard dollara çatıb. 2013-cü ildə xarici 
dövlət borcu üzrə  xərclərin 164,6 milyon manatı faiz ödənişlərinə, 482,7 milyon 
manatı isə əsas borc üzrə ödənişlərə yönəldiləcək.  
2013-cü ildə dövlət büdcəsindən yerli büdcələrə 5,2 milyon manat və ya ötən il 
müqayisədə 0,2 milyon manat çox vəsait ayrılacaq. MBQ-nin apardığı qiymətlən-
dirmələr göstərir ki, bələdiyyələrin özlərinin son dərəcə  məhdud maliyyə resurs-
larına malik olduğu  şəraitdə yerli sosial-iqtisadi problemlərin effektiv həlli baxı-
mından mərkəzi büdcədən bələdiyyələrin maliyyə ehtiyaclarının qarşılınması üçün 
daha çox resurs ayrılmasına ehtiyac var.         
İnvestisiya xərclərinin büdcə xərclərində payı 35 faizdir. Belə ki, 2013-cü ildə 
əsaslı  vəsait qoyuluşlarının dövlət büdcəsinin ümumi xərclərində payı  əvvəlki 
dövrlə müqayisədə 2,2 faiz bəndi artaraq 35 faizə yüksələcək. 2012-ci ilin proq-
nozu ilə müqayisədə gələn ilin dövlət büdcəsindən investisiya layihələrinin maliy-
yələşdirilməsinə 1 milyard 140,1 milyon manat və ya 19,7 faiz çox vəsait ayrılması 
nəzərdə tutulur. Həmin xərclərin mütləq ifadədə  məbləği 6 milyard 934 milyon 
manat təşkil edəcək. Büdcə investisiyalarının əhəmiyyətli hissəsi kommunal infra-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə