Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə76/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   72   73   74   75   76   77   78   79   ...   135

Dövlät Maliyyäsi 
 
173 
çox proqnozlaşdırılıb. Ümumiyyətlə, ölkə iqtisadiyyatında  məşğulluq səviyyəsinin 
və muzdla  çalışan işçilərin əmək haqqı gəlirlərinin aşağı olması  səbəbindən fiziki 
şəxslərin gəlir vergisinin büdcə  gəlirlərində xüsusi çəkisi cəmisi 4,08 faiz proq-
nozlaşdırılıb. 
ƏDV və  mənfəət vergisi  birlikdə vergi  və rüsum ödənişlərinin 2/3-nü təşkil 
edəcək.  2013-cü il üçün ƏDV üzrə daxilolmalar  bütövlükdə dövlət büdcəsi gəlir-
lərinin 14,5 faizini, dövlət büdcəsinə neft fondundan transferlər nəzərə alınmadıqda 
isə  ümumi mədaxilin 35,5 faizi həcmində proqnozlaşdırılıb. Mənfəət vergisi isə 
müvafiq olaraq bütövlükdə dovlət büdcə gəlirlərinin 11,9 faizini,  transferlər nəzərə 
alınmadıqda  29,1 faizini təşkil edəcək. Hesablamalar göstərir ki, transferlər nəzərə 
alınmadıqda  büdcə gəlirlərinin üçdə ikisinə qədəri (64,6 faizi) bu iki  tədiyə növü 
üzrə təmin ediləcək. Bu isə büdcə gəlirləinin tədiyə növləri üzrə diversifikasisiya 
səviyyəsinin aşağı olmasının göstərici hesab oluna bilər. 2013- cü ilin büdcəsində 
yerli gəlirlərinin formalaşması mexanizmi istiqamətində  dəyişiklik də  nəzərdə tu-
tulub. Belə ki,  Bakı şəhəri  istisana olmaqla digər şəhər və rayonların  ərazilərində 
faliyyət göstərən  və  mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan  ödəyicilərin 
hesablanmış vergiləri (hüquqi şəxslərin mənfəət vergisi istisna olmaqla)  həmin 
şəhər və rayonların yerli gəlirlərinə aid ediləcək.  Cari ildə bu qayda yalnız fiziki 
şəxslərin gəlir vergisi, əmlak və torpaq vergiləri üzrə tətbiq edilirdi. Bütün bunlara 
bxamayaraq regionlara mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin azalması isti-
qamətində ciddi dəyişikliklər proqnozlaşdıırlmayıb. Hesablamalara görə, bu dəyi-
şiklik nəticəsində  yerli xərclərini tam şəkildə yerli gəlirləri hesabına maliyyələş-
dirən rayonların siyahısına yalnız Şirvan şəhəri əlavə olunacaq. Beləliklə də proq-
nozlara görə,  belə şəhər və rayonların sayı  Sumqayıt şəhəri və Abşeron rayonu da 
daxil olmaqla 3-ə çatacaq.  
Vergi potensialına görə  təkcə paytaxtla regionlar arasında deyil həmçinin ra-
yonların öz aralarında son dərəcə yüksək fərqlər müşahidə olunur. MBQ ekspert-
lərinin Dövlət Statistika Komitəsinin əhalinin rayonlar üzrə sayına dair 2012-ci il 
yanvarın 1-nə olan məlumatları əsasında apardığı hesablamalara görə, növbəti ildə 
paytaxt üzrə  şəhər  əhalisinin hər nəfərinə düşən yerli gəlirlər 2812 manat təşkil 
edəcək. Sumqayıt, Naftalan və Mingəçevir kimi iri şəhərlərdə həmin göstərici 230-
250 manat, Gədəbəy, Lerik, Masallı, Tərtər və Yardımlı kimi rayonlarda 25-40 
manat, yerdə qalan rayonlarda 50-100 manat intervalında proqnozlaşdırılır.     
Yerli gəlirlər mütləq ifadədə artsa da, regionların büdcənin formalaşmasında 
payı hələ də kritik səviyyədə aşağı olaraq qalır. 2013-cü ildə yerli gəlirlərin həcmi 
197,2 milyon manat və ya 39,5 faiz artaraq 696,7 milyon manata çatacaq. Bununla 
belə, yerli gəlirlərin ümumi büdcə  gəlirlərində payı  cəmi 3,6 faiz təşkil edəcək. 
Göründüyü kimi, yenə də Bakı şəhəri dövlət büdcəsinin formalaşmasında 96 faiz-
dən çox paya malik olacaq. Digər tərəfdən, yerli gəlirlərin real həcmi ilə bağlı 
narahatlıqlar var. Çünki hətta Hesablama Palatasının son illər hazırladığı bir sıra 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
174 
büdcə  rəylərində qeyd olunub ki, yerli gəlirlərin artımı  mərkəzi ofisi Bakı  şəhə-
rində yerləşən, lakin regionlarda filial şəbəkələrinə malik iri şirkətlərin gəlirlərinin 
yenidən hesablanması, həmin gəlirlərin bir hissəsinin yerli gəlirlərə aid edilməsi 
hesabına baş verib. Belə  şəraitdə hökumətin regional inkişafa yönəlik siyasi təb-
liğat məqsədilə yerli gəlirlərin real həcmini süni formada şişirtmədiyini qiymətlən-
dirmək üçün hər bir rayon üzrə  gəlirlərin konkret tədiyyə növləri üzrə strukturu 
barədə  məlumatların büdcə  zərfinə daxil edilməsinə  və bu cür informasiyaların 
ictimaiyyət üçün əlçatan olmasına ehtiyac var.  
Ölkənin rayonlarının böyük əksəriyyətinin yerli gəlirlərinin onların xərclərini 
qarşılama səviyyəsi 25-30 faizdən yüksək deyil. Gələn il Bakı və Sumqayıt şəhər-
ləri, həmçinin Abşeron rayonu istisna olmaqla ölkənin bütün regionlarına yerli 
xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılacaq. 2013-cü 
il üzrə yerli gəlir və xərclərə dair məlumatların təhlili göstərir ki, ölkənin 30-dan 
artıq rayonunun (Cəlilabad, Zərdab, Zaqatala, Samux, Qobustan, Lerik və s. rayon-
lar) mərkəzləşdirilmiş  xərclərdən asılılığı 70-95 faiz intervalında proqnozlaşdı-
rılır.         
2012-ci ilin ümumi büdcə  xərclərinin 15692.4 milyon manatı  mərkəzləşdiril-
miş (92.4 faizi), 1292.0 milyon manatı (7.6 faizi) isə yerli xərclərə aid edilir (dövlət 
büdcəsi gəlirlərinin 97 faizi mərkəzləşdirilmiş, 3 faizi isə yerli gəlirlərdən ibarət 
olacaq). Bakı  şəhərindən başqa ölkənin heç bir şəhər və rayonunun yerli gəlirləri 
onun illik yerli xərclərini ödəmək imkanında olmayacaq. Ona görə də Bakı şəhəri 
istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarının yerli gəlir və  xərclərini 
tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait ayrılır. Milli Büdcə Qrupu 
ekspertlərinin hesablamalarına görə, 2013-cü ildə dövlət büdcəsi xərclərinin funk-
sional bölgüsünün ümumi yekunda çəkisi sənaye və tikintidə 35 faiz, əsas bölmə-
lərə aid edilməyən xərclərdə 14,50, sosial müdafiə  və sosial təminat xərclərinin 
ümumi yekunda çəkisi 9,20 faiz,  ümumi dövlət xidmətləri və idarəetmə xərclərin-
də 9,09 faiz, təhsildə 7,70,  müdafiə xərclərində 7,71 faiz,  məhkəmə hakimiyyəti, 
hüquq-mühafizə  və prokurorluqda 5,46 faiz, səhiyyədə 3,40 faiz, kənd təsərrüfa-
tında 2,49,  mədəniyyətdə 1,45 faiz, iqtisadi fəaliyyətdə 1,39 faiz,  digər xərclərdə 
isə 2,61 faiz olacaq. Eyni zamanda digər  hesablamalara görə, 2013-cü ilin  büdcəsini 
100 manat ekvivalentində götürdükdə onda hər 100 manatdan əsas fondlara əsaslı 
vəsait qoyuluşuna 45 manat 80 qəpik,  əməyin ödənişinə 14 manat 20 qəpik, sair 
xərclərə 11 manat 40 qəpik, təqaüdlər və sosial müavinətlərə 8 manat 80 qəpik, 
idarəetmə aparatının saxlanmasına 2 manat 30 qəpik, subsidiya və transferlərə 1 
manat 60 qəpik,  ərzaq məhsullarının alınmasına 1 manat 50 qəpik, dərman, sarğı 
ləvazimatları və materialların alınmasına 90 qəpik catacaq. 
2013-cü il dövlət büdcəsinin xərcləri üzrə proqnozların əvvəlki ilin göstəriciləri 
ilə müqayisəli təhlili aşağıdakı meylləri qiymətləndirməyə imkan verir:  Sosial 
xərclərin büdcə xərclərində xüsusi çəkisi azalacaq. 2012-ci illə müqayisədə gələn il 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə