Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə73/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   69   70   71   72   73   74   75   76   ...   135

Dövlät Maliyyäsi 
 
167 
Büdcədənkənar dövlət fondlarının yaradılmasının zəruriliyi aşağıdakılardan 
ibarətdir: dövlət büdcədənkənar fondlarının yaradılması hər şeydən əvvəl maliyyə 
resurslarından daha səmərəli istifadə etmək və habelə sosial tədbirləri müvəffəqiy-
yətlə həll etmək üçün zəruridir. 
Büdcədənkənar fondlar müxtəlif əlamətərinə görə aşağıdakı kimi təsnifləşdirilir: 
-  müddətinə görə: daimi və müvəqqəti; 
-  məqsədlərinə görə; sosial müdafiə, iqtisadi və digər; 
-  mənsubiyyətinə görə; mərkəzi dövlət və yerli fondlara bölünürlər. 
Büdcədənkənar məqsədli dövlət fondları sosial yönümə  və ciddi məqsədli tə-
yinata malikdir. Məqsədli təyinatından asılı olaraq büdcədənkənar dövlət fondları 
iki qrupa: məqsədli sosial fondlara və məqsədli iqtisadi fondlara ayrılır. 
Azərbaycan Respublikasında büdcədənkənar məqsədli dövlət sosial fondlarına 
aşağıdakılar daxildir: 
Dövlət Sosial Müdafiə Fondu; Əhalinin Məşğulluğuna Kömək Fondu və Əlil-
lərin Sosial Müdafiə Fondu. 
Əlillərin Sosial Müdafiə Fondunun büdcəsi Dövlət büdcəsinin vəsaitləri mül-
kiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən müəs-
sisə, idarə və təşkilatların mənfəətindən 1% məcburi ayrılmalar, idarə, müəssisə və 
təşkilatların, habelə  vətəndaşların ianələri, fondun sahibkarlıq fəaliyyətindən  əldə 
olunan vəsaitlər, xeyriyyə tədbirlərindən (auksionlar, konsertlər, olimpiadalar, ma-
rafon və s.) toplanan vəsaitlər hesabına formalaşırdı. 
Bundan başqa Respublikamızda ayrı-ayrı iqtisadi xarakterli bir neçə fond: Neft 
Fondu, Dövlət Yol Fondu; Sahibkarlığa Yardım Milli Fondu; Təbiət Mühafizə 
Fondu; Meşələrin qorunub Saxlanması  və  Təkrar  İstehsalı Fondu yaradılmış  və 
fəaliyyət göstərmişdir. 
Vəsaitlərin cəlb edilməsi həcminə görə ən iri fond Neft Fondu və Azərbaycan 
Respublikası Dövlət Sosial Müdafiə Fondudur. 
Hazırda bütün dövlətlərdə, o cümlədən sənayecə inkişaf etmiş dövlətlərdə  də 
büdcədənkənar fondlar yaradılmaqla iqtisadi və sosial sahədə baş verə biləcək 
çətinliklər aradan qaldırılır. Büdcədənkənar fondlar ilk növbədə ABŞ-da yaradıl-
mış, sonradan isə bütün dövlətlərdə yayılmağa başlamışdır. Büdcədənkənar fondlar 
dövlətin müxtəlif mənbələrdən maliyyə ehtiyatlarının toplanmasına və həmin ehti-
yatlar hesabına özünün sosial iqtisadi məsələlərinin həll etməsinə şərait yaradır. 
Büdcədənkənar fondlarla yanaşı sənayecə inkişaf etmiş ölkələrdə elmi tədqiqat 
fondu, investisiya fondu, kredit fondu, yol fondu, müvafiq yerli fondlar və s. Ya-
radılır. Həmin fondlar büdcədənkənar olsalar da özünəməxsus səciyyə daşıyırlar və 
“xüsusi fondlar” adı altında nəzərdən keçirilir. Bir sıra ölkələrdə xüsusi iqtisadi 
fondlar, hərbi-siyasi fondlar, dövlətlərarası fondlar da yaradılır. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
168 
Xarici ölkələrin maliyyə sistemində xüsusi fondlar əhəmiyyətli yer tutur. Bu-
rada toplanmış vəsaitlərin həcmi olduqca böyükdür. Belə ki, Fransada xüsusi fond-
lar həcminə görə ölkənin dövlət büdcəsinə yaxındır, Yaponiyada xüsusi fondlardan 
dövlət xərclərinin yarıdan çoxu, Böyük Britaniyada 1⁄3-i maliyyələşdirilir. 
Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmayaraq, mü-
vafiq büdcələrdən ayırmalar balansına formalaşdıqda, bu fondlar həmin büdcələrin 
xərc hissəsində əks etdirilir. İlin sonuna fondların hesablarında qalan istifadə olun-
mamış  vəsait maliyyələşdirmə  mənbəyinə qaytarılır. 2007-ci ildən Azərbaycanda 
“avtomobil yolları” məqsədli büdcə fondu fəaliyyət göstərir.  İnnovasiya strategi-
yası məhsul, xidmət və eləcə də əsas kapitalın istehsalının təzələnməsini yeni tex-
nologiyanın mənimsənilməsini nəzərdə tutur. İnnovasiya məhsul və texnologiya ilə 
bağlı olub iki yerə ayrılır. Məhsul innovasiyası yeni məhsul vahidinin qiymətini 
artırmaqla, mənfəəti maksimumlaşdırmağa imkan verir. Texnoloji innovasiya isə 
buraxılan məhsulun inovasiya xərclərini isə buraxılan məhsulun istehsal xərclərini 
aşağı salmaqla mənfəəti artırmağa kömək edir. 
7.9. BÜDCƏ KƏSİRLƏRİ 
Ölkənin xərcləri gəlirlərini ötürsə, büdcədə  kəsir yaranır. Büdcə  kəsiri ağır 
problemdir .Bu zaman balanslaşdırma pozulur. Müəyyən şəraitə görə əgər dövlətin 
iqtisadi, sosial, siyasi və s. fəaliyyətləri genişlənirsə, təbiidir ki, xərclər də buna 
müvafiq olaraq artacaqdır. Dövlət aparatının böyük-kiçikliyi ölkənin hərbi və ya 
xüsusi fövqəladə  vəziyyətdə olması, ölkədə baş verən təbii fəlakət, zəlzələ  və s. 
xərclərin arması ilə müşayiət olunur. Dövlət büdcəsi kəsirinin dinamikasını isə hə-
min kəsir məbləğinin ümumi daxili məhsula nisbətində əyani görmək olar. Mütə-
xəssislərin hesablamaları göstərir ki, bu və ya digər ölkənin büdcə  kəsiri ümumi 
milli məhsulun üç-dörd faizindən yüksək deyilsə, o, normal hal hesab olunur. 
Büdcə kəsiri ölkə iqtisadiyyatının vəziyyəti ilə şərtlənir. Məlumdur ki, iqtisadiyyatı 
böhran keçirən ölkədə müəssisələrin bir qismi dayanmış olur. Bu səbəbdən 
büdcəyə daxilolmalar azalır, işsizlik artırsa. dövlət üçün əlavə xərclər yaranır. 
Xərclərin büdcələr arasında bölüşdürülməsi 
Azərbaycan Respublikasının büdcə sisteminə daxil olan bütün büdcələr müva-
fiq ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının maliyyə  təminatı 
bazasıdır. Büdcə sisteminə daxil olan büdcə həlqələri müvafiq dövlət hakimiyyəti 
orqanlarının yerinə yetirdiyi səlahiyyətlərə uyğun surətdə iqtisadi, sosial-mədəni 
quruculuq işlərini həyata keçirirlər. 
 Azərbaycan Respublikası Dövlət Büdcəsinin xərcləri mərkəzi büdcə  və yerli 
büdcələr arasında onlarının vəzifələrinin miqyasına görə bölüşdürülür. Xərclərin 
mərkəzi dövlət hakimiyyəti və yerli orqanlar arasında bölgüsü Respublikanın cari 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə