Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə70/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   66   67   68   69   70   71   72   73   ...   135

Dövlät Maliyyäsi 
 
159 
Azəbaycan Respublikası dövlət büdcəsi xərclərinin təşkilatları üzrə  təsnifatı 
dövlət büdcəsindən birbaşa büdcə  vəsaitlərinin bölüşdürülməsini  əks etdiən xərc-
lərin qruplaşdırılmasıdır. 
Bu təsnifatda konkret olaraq büdcə  vəsaitləri alan təşkilatların fəsillər üzrə 
siyahısı qeyd olunur: 
AR-nın Xarici İşlər Nazirliyi; 
Azərbaycan Dövlət Neft Şirkəti; 
Hərbi Sənaye Kompleksi; 
AR-nın Səhiyyə Nazirliyi; 
AR-nın Ali Attestasiya Komissiyası; 
AR-nın Təhsil Nazirliyi; 
AR-nın Maliyyə Nazirliyi; 
AR-nın Vergilər Nazirliyi; 
AR-nın Milli Məclisi; 
AR Prezident aparatı; 
AR-nın Nazirlər Kabineti; 
AR-nın Milli Təhlükəsizlik Nazirliyi; 
AR Prokurorluğu; 
AR Daxili İşlər Nazirliyi; 
AR Dövlət Gömrük Komitəsi; 
Büdcədənkənar fondlar;
72
 
7.5.1. BÜDCƏ TƏSNİFATININ MƏZMUNU 
Tərkibinə, mənbəyinə, istifadə istiqamətinə və digər təyinatlarına görə büdcə-
nin gəlirləri və xərcləri müxtəlifdir.
73
 
AR-nın büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, habelə büd-
cədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatının müqayisəsini təmin etmək 
məqsədi ilə AR-nda vahid büdcə təsnifatı tətbiq olunur. 
Büdcə  təsnifatı büdcə  gəlirlərinin təsnifatından, büdcə  xərclərinin funksional, 
iqtisadi, təşkilati və sair prinsiplər əsasında tərtib olunmuş təsnifatından ibarətdir. 
AR-nın büdcə  təsnifatı AR-nın büdcə sisteminin bütün səviyyəli büdcələrinin 
gəlirlərinin və  xərclərinin, həmçinin bu büdcələrin kəsirlərinin maliyyələşdirmə 
mənbələrinin qruplaşdırılması ilə müəyyən edilir və AR-nın büdcə sisteminin bü-
                                                 
72
  Q.Bayramov v.d., Büdcə işi, Bakı, 2006, ss. 63-70. 
73
  Ş.Ş. Bədəlov, R.B. Məhərrəmov, F.Ə. Qurbanov, a.k.ə,, s. 302 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
160 
tün səviyyəli büdcələrinin tərtib edilməsində  və icrasında, onun göstəricilərinin 
müqayisə edilməsində istifadə olunur. 
Qruplaşdırmanın şəffaflığı və dəqiqliyi büdcə təsnifatı qarşısında qoyulan mü-
hüm tələbdir. Büdcə  təsnifatı elementləri üzrə qruplaşdırılmış göstəricilərdən ba-
carıqla istifadə edilməsi büdcə vəsaitlərinin real hərəkətini görməyə imkan verir və 
bu iqtisadi və sosial proseslərin gedişinə  fəal təsir göstərir. Plan və hesabat gös-
təricilərinin müqayisəsi və  təhlili büdcə fondlarının yaradılması  və istifadəsi haq-
qında əsaslı nəticə çıxarmağa, təklif verməyə və pul vəsaitlərinin iqtisadi və sosial 
inkişafın  əsas istiqamətlərinə yönəldilməsinə imkan verir. Gəlirlərin və  xərclərin 
detallaşdırılması, qruplaşdırılması büdcəyə daxil olan göstəricilərin yoxlanmasını 
asanlaşdırır, daxilolmaların dinamik inkişafını, müxtəlif gəlirlərin və xərclərin xü-
susi çəkisini və ya hər hansı bir ehtiyacın tələbatının ödənilməsini müəyyən edir. 
Təsnifat smetaların və büdcələrin məcmusuna şərait yaradır, onların iqtisadi təhlili-
ni asanlaşdırır, vəsaitlərin vaxtında büdcədə cəmlənməsinə, onlardan məqsədli isti-
fadəsinə nəzarəti sadələşdirir. Büdcənin icrası haqqında hesabat üzrə gəlir və xərc-
lərin müqayisəsinə şərait yaradır, maliyyə intizamına riayət edilməsinə, vəsaitlərin 
qənaətlə istifadəsinə, maliyyə planlarının yerinə yetirilməsinə nəzarətə imkan verir. 
Müxtəlif səviyyəli büdcə sistemlərinin müstəqilliyi şəraitində təsnifat bütün büdcə 
növlərinin tərtibi və icrasına vahid metodoloji baxımdan yanaşılmasına, büdcə 
göstəricilərinin sahələr və ərazilər üzrə müqayisəsinə əsas verir. 
Büdcə təsnifatı bütün büdcə idarə və təşkilatları üçün vacibdir və AR-nın büdcə 
qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə uyğun qurulur.  
1991-ci ilə qədər büdcə təcrübəsində iki cür təsnifləşdirmə mövcud idi: 
−  ittifaq büdcəsinin və müttəfiq respublikaların respublika büdcəsinin gəlir 
və xərclərinin təsnifatı; 
−  muxtar respublikaların respublika büdcəsinin və yerli büdcələrin gəlir və 
xərclərinin təsnifatı. 
Büdcə  gəlirlərinin və  xərclərinin qruplaşdırılmasının eyniliyi onların vahid 
SSRİ Dövlət büdcəsində birləşməsinə imkan vermişdir.  
İdarəetmə metodlarının inkişafı nəticəsində büdcə təsnifatı dəyişilir və təkmil-
ləşdirilir. Müstəqil AR-nın dövlət büdcəsi təsnifatının tərkibi AR Maliyyə Nazir-
liyinin 5 avqust 1996 cı il tarixli İ-54 saylı əmri ilə təsdiq olunmuş, 17 sentyabr 1997 
ci il tarixli İ-66 saylı və 3 avqust 1998 ci il tarixli İ-63 saylı əmrlərlə dəyişikliklər 
edilmiş AR-nın dövlət büdcəsinin təsnifatı ilə tənzimlənir.
74
 
 
                                                 
74
  Nurpaşa Novruzov, Xanoğlan Hüseynov, Maliyyə, Kooperasiya nəşri, Bakı, 2007, s. 155 


Dövlät Maliyyäsi 
 
161 
7.6 BÜDCƏ XƏRCLƏRİNİN TƏRTİBİ 
Büdcənin tərtib olunması zamanı xərclər dövlətin yerinə yetirəcəyi funksiyalar, 
həmin funksiyaları  həyata keçirəcək təşkilatlar və  hər bir təşkilatda vəsaitlərin 
istifadə ediləcəyi konkret istiqamətlər üzrə müəyyən olunur və planlaşdırılır. Başqa 
sözlə,  əvvəlcə dövlətin il ərzində  həyata keçirəcəyi bütün işlər funksional istiqa-
mətlər üzrə qruplaşdırılır. Sonra bu vəzifələr ayrı-ayrı dövlət qurumları arasında 
bölünərək onların icrasını təşkil edən və buna məsuliyyət daşıyan təşkilatlar, habelə 
konkret işləri və tapşırıqları bilavasitə icra edən idarə və müəssisələr müəyyən olu-
nur. Daha sonra isə dövlət qurumu və  təşkilatı üzrə onlara həvalə olunan vəzifə 
funksiyaların həyata keçirilməsi üçün konkret xərclər üzrə 1 il ərzində ayrılacaq 
büdcə vəsaitinin həcmi dəqiqləşdirilir. 
75
 
7.6.1 BÜDCƏ XƏRCLƏRİNİN TƏSNİFLƏŞDİRİLMƏSİ 
Büdcə xərclərinin təsnifatı büdcə xərclərinin qanunvericiliyə uyğun olan müx-
təlif prinsiplər üzrə qruplaşdırılmasıdır. Büdcə xərcləri funksional, inzibati, iqtisadi 
və başqa prinsiplər üzrə qruplaşdırıla bilər. 
- Büdcə xərclərinin funksional təsnifatı  
Məlum olduğu kimi, dövlət bir çox funksiyaları yerinə yetirir: ölkənin müda-
fiəsini təşkil etmək üçün ordu saxlayır və onun maddi - texniki təminatını  təşkil 
edir, qanunlar qəbul edir və onlara əməl olunmasına nəzarət edir, əhaliyə dövlət ba-
lansına səhiyyə və təhsil xidmətləri göstərilir, sosial müdafiəyə ehtiyacı olan əhali 
qruplarına müvafiq yardımlar göstərir, mədəniyyət və idmanın inkişafını diqqət 
mərkəzində saxlayır, iqtisadi inkişaf məsələlərini tənzimləyir və s. Dövlət büdcəsi-
nin vəsaitləri də məhz dövlətin həmin funksiyaları yerinə yetirməsinə sərf olunur. 
Büdcə xərclərinin dövlətin yerinə yetirdiyi həmin funksiyalar üzrə qruplaşdırılma-
sına büdcə xərclərinin funksional təsnifatı deyilir.
76
 
Vahid büdcə  təsnifatına uyğun olaraq, dövlət büdcəsinin xərcləri aşağıdakı 
funksional istiqamətlərdə təsnifləşdirilir:
77
 
−  ümumi dövlət xidmətləri; 
−  müdafiə; 
−  məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq; 
−  təhsil; 
−  səhiyyə; 
−  sosial müdafiə və sosial təminat; 
                                                 
75
  Azər Mehdiyev, Büdcə işi, Bakı, 2006, Xəzər Universiteti nəşri, s. 46 
76
  Azər Mehdiyev, a.k.ə s. 47 
77
  Azərbaycan Respublikasının Büdcə Sistemi Haqqında Qanunu, 2006 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə