Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə78/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   74   75   76   77   78   79   80   81   ...   135

Dövlät Maliyyäsi 
 
177 
strukturun (içməli su, istilik təchizatı, elektrik enerjisi) yenidən qurulmasına yö-
nəldilir. Halbuki dünya ölkələrinin təcrübəsində hökumətlər həmin sahələri uzun-
müddətli idarəetmə əsasında özəl sektora verməklə, həm ictimai vəsaitlərdən daha 
səmərəli istifadəyə şərait yaradır, həm də rəqabət mühitini stimullaşdırmaqla əha-
linin daha keyfiyyətli kommunal xidmətlər almasına hüquqi və institusional baza 
formalaşdırır.       
Büdcə investisiyalarında kommunal infrastruktur üstün mövqe qazanıb. 2012-
ci ildə dövlət  əsaslı  vəsait qoyuluşlarının struktunda ən yüksək pay  nəqliyyat 
layihələrinə məxsus idisə, növbəti il dövlət büdcəsindən kommunal infrastruktura, 
ilk növbədə içməli su və kanalaizasiya şəbəkəsinin yenidən qurulmasına daha çox 
vəsait ayrılacaq. Ümumilikdə 2013-cü ildə  büdcənin investisiya xərclərinin 1 
milyard 540 milyon manatı  və ya 22,3 faizi kommunal infrastruktura, 1 milyard 
298 milyon manatı (18,7 faizi) nəqliyyat sektoruna, 1 milyard 180 milyon manatı 
(17,1 faizi) sosial layihələrə yönəldiləcək. Öz növbəsində, sosial layihələr üzrə 
büdcə investisiylarının 562,6 milyon manatı ümumtəhsil məktəblərinin və peşə 
liseylərinin, 250,8 milyon manatı  mədəniyyət obyektlərinin, 146,6 milyon manatı 
səhiyyə infrastrukturunun, 123,9 milyon manatı isə idman obyektlərinin təmir və 
tikintisinə  xərclənəcək.  Bunlardan əlavə, hökumət gələn il büdcə investisiyaları 
hesabına 368,1 milyon manat meliorasiya və irriqasiya, 266,2 milyon manat ener-
getika layihələrinin maliyyələşdirilməyi nəzərdə tutur.   
2013-cü il dövlət büdcəsindən sahibkarlığın dəsəklənməsinə 193 milyon manat 
ayrılacaq ki, bu 2012-ci ilin eyni göstəricsindən 57,9 milyon milyon manat və ya 
30 faiz çoxdur. Həmin vəsaitlərin 150 milyon manatı Sahibkarlığa Kömək Milli 
Fonduna, 35 milyon manatı «Aqrolizinq» ASC-yə, 8 milyon manatı  Kənd Təsər-
rüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ayrılacaq.  
Azərbaycan Respublikasının 2013-cü il icmal büdcəsinin xərclərinin yuxarı 
həddinin məbləği 24 500 055,4 min manat müəyyən edilib. Azərbaycan Respub-
likası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublika-
sının 2013-cü il icmal büdcəsinin kəsiri 15 590 281,6 min manat məbləğində mü-
əyyən edilib. 
7.11. DÖVLƏT BÜDCƏSİNİN GƏLİRLƏRİ 
Dövlətin iqtisadi funksiyaları arasında gəlirlərin yenidən bölgüsü, ictimai əmtəə 
və xidmətlərin buraxılışı xüsusi əhəmiyyət kəsb edir ki, onun da həyata keçiril-
məsinə müxtəlif səviyyəli büdcələr vasitəsi ilə nail olunur. Büdcə vasitəsi ilə gəlir-
lərin yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir-biri ilə sıx əlaqədə olan 
ikitərəfli prosesdir. Həmin prosesə aşağıdakılar daxildir:
79
 
                                                 
79
  Fuad Rəsulov, Dövlət Büdcəsinin GəlirləriBakı, 2006, s. 20 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
178 
− Büdcə gəlirlərinin yaradılması; 
− Büdcə vəsaitlərinin xərclənməsi; 
− Büdcənin tarazlaşdırılması. 
Büdcə AR-nın müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları va-
sitəsi ilə dövlətə, bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün 
lazım olan pul vəsaitinin yığılması  və istifadə olunması üçün əsas maliyyə  sənə-
didir. 
Büdcə dövlətin baş maliyyə planı sayılır. O, hesabdarlıqda olduğu kimi, iki tə-
rəfə malikdir: gəlir və  xərc.  Əgər birinci tərəf vergilər, rüsumlar və qeyri-vergi 
ödənişlərindən təşkil olunarsa, ikinci tərəf özündə səhiyyə, təhsil, elm, sosial təmi-
nat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları balansına fəaliyyət göstərən 
iqtisadiyyatın ayrıca sahələrinə yönəlmiş xərclərin kompleks spektrini əks etdirir. 
Büdcə  gəlirləri müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada 
müxtəlif səviyyəli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödəniş və daxilol-
malardır.
80
 
“Büdcə sistemi haqqında” AR Qanununun 9-cu maddəsində qeyd olunur ki
dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir;
81
 
−   Dövlət vergiləri; 
−   Qrantlar; 
−   Digər gəlirlər. 
Dövlət büdcəsinin gəlirləri iqtisadi mahiyyətinə görə aşağıdakı qaydada qrup-
laşdırılır: 
−   Cari gəlirlər, o cümlədən vergilər haqqında qanunvericiliklə müəyyən edil-
miş dövlət vergiləri, habelə  həmin vergilərə görə hesablanmış faiz və ma-
liyyə sanksiyaları; 
−   Dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları; 
−   Əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından və ya 
icarəyə verilməsindən alınan gəlirlər; 
−   daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər; 
−   Qanunvericiliklə müəyyən edilən digər daxilolmalar. 
Büdcənin gəlirləri vergi ödəyicilərinə, vergitutma obyektlərinə, alınma üsulla-
rına, ödənişin müddətinə  və digər xüsusiyyətlərinə görə  fərqlənir. Büdcə  gəlirləri 
vergilərdən, vergi olmayan gəlirlərdən, əsaslı gəlirlərdən və rəsmi qaydada alınan 
vəsaitlərdən ibarətdir. Vergi gəlirlərinin əsas mənbəyini yenidən bölgü nəticəsində 
alınan yeni yaradılmış dəyər, gəlirlər və yığım təşkil edir. 
                                                 
80
  Fuad Rəsulov, a.k.ə, s. 22 
81
  Azərbaycan Respublikasının Büdcə Sistemi Haqqında Qanunu, 2006 


Dövlät Maliyyäsi 
 
179 
Büdcənin gəlirləri, yeni vergilərdən daxilolmalar, əsaslı gəlirlər və rəsmi qay-
dada alınan vəsaitlər dövlətin iqtisadi fəaliyyəti, ya da büdcə sisteminin səviyyələri 
üzrə alınmış gəlirlərin yenidən bölgüsü nəticəsində yaranır. Nəzərə almaq lazımdır 
ki, büdcə gəlirlərinin strukturu dəyişkəndir və konkret iqtisadi şəraitlə əlaqədardır. 
Məsələn, sosial-iqtisadi səviyyəsi yüksək olan ölkələrdə büdcə  gəlirlərinin  əsas 
hissəsini fiziki şəxslərdən alınan vergilər, zəif inkişaf göstəricilərinə malik ölkə-
lərdə isə dolayı vergilər və hüquqi şəxslərdən alınan vergilər təşkil edir. 
Azərbaycanda dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi hazırda 25 
faiz təşkil edir. AR-nın büdcə sisteminə daxil olan büdcələr və büdcə təşkilatları, 
habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının müqayisəsini 
təmin etmək məqsədi ilə vahid büdcə təsnifatı tətbiq olunur. 
AR Nazirlər Kabinetinin “AR vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 
6 oktyabr 2004-cu il tarixli 149-saylı  qərarı ilə dövlət büdcəsi gəlirlərinin və 
xərclərinin təsnifatı hazırlanıb. 
Büdcə gəlirlərinin təsnifatı büdcə sisteminə daxil olan büdcə gəlirlərinin qrup-
laşmasıdır. Büdcə gəlirləri 4 kateqoriyadan ibarətdir: vergilərdən daxilolmalar (1.1), 
sosial ayırmalar (1.2), qrantlar (1.3) və digər gəlirlər (1.4). Bu kateqoriyalardan 
asılı olaraq, büdcə gəlirlərinin təsnifatı dörd səviyyədən: bölmə, yarımbölmə, mad-
də və yarım maddədən ibarətdir. 
Gəlirin büdcələr arasında bölüşdürülməsi 
Büdcə sisteminə daxil olan bütün büdcələr zəruri gəlir mənbəyinə malik olma-
lıdır. Büdcələrə daxil olan gəlirlər Azərbaycan Respublikasının Ali Qanunvericiliyi, 
yəni Konstitusiyası ilə, «Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının qa-
nunu, «Vergi məcəlləsi», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbay-
can Respublikasının qanunu və digər müvafiq qanunlar və  sərəncamlarla müəyyən 
olunur. Ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının maliyyə təminatı 
üçün onlar qanunvericiliklə müəyyən gəlir mənbələri ilə təmin olunurlar. 
 Gəlirlərin büdcələr arasında paylaşdırılması ölkənin iqtisadi sistemi, vergi və 
gəlirlərin mövcud sistemi ilə  həyata keçirilir və hər bir büdcə  həlqəsi zəruri gəlir 
mənbəyi ilə  təmin edilir və bununla onun iqtisadi, sosial inkişafı üçün maliyyə 
bazası yaradılır. 
«Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının qanununa əsasən «Döv-
lət büdcəsinin gəlirləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olun-
muş vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar balansı hesabına formalaşır». 
 Azərbaycan Respublikasının  ərazisində qanunla müəyyən olunmuş  tədiyələr 
üzrə daxilolmaların dövlət büdcəsi və digər büdcələr arasında bölgüsü ölkənin, 
regionların inkişaf proqramı nəzərə alınmaqla hər il üzrə qəbul olunan dövlət büd-
cəsi haqqında qanunla tənzimlənir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə