Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə75/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   71   72   73   74   75   76   77   78   ...   135

Dövlät Maliyyäsi 
 
171 
      Milli  Büdcə Qrupu ekspertlərinin hesablamarina görə, 2013-cü il üçün proq-
nozlaşdırılan büdcə gəlirlərinin hər 100 manatından 4 manat 8 qəpiyi  fiziki şəxs-
lərin gəlir vergisindən, 11 manat 90 qəpiyi hüquqi şəxslərin mənfəət vergisindən, 
14 manat 45 qəpiyi əlavə dəyər vergisindən (ƏDV), 61 qəpiyi sadələşdirilmiş ver-
gidən, 3 manat 10 qəpiyi aksiz vergisindən, 60 qəpyi hüquqi şəxslərin əmlak vergi-
sindən, 16 qəpiyi hüquqi şəxslərin torpaq vergisindən, 63 qəpiyi mədən vergisin-
dən, 28 qəpiyi yol vergisindən, 59 manat 26 qəpiyi  dövlət neft fondunun trasnfe-
rindən, 1manat 93 qəpiyi qiyməti tənzimlənən məhsulların ixracı zamanı  məh-
sulların kontrakt qiyməti (ixrac xərcləri çıxılmaqla) ilə ölkədaxili daxi-li 
topdansatım qiymət araındakı fəqdən  formalaşacaq, 1 manat 49 qəpiyi gömrük rü-
sumlarından, 6 qəpiyi dövlət rüsumundan, 0,3 qəpiyi dövlət mülkiyyətində olan 
torpaqların icarəyə verilməsindən yığılan icarə haqqından, 85 qəpiyi digər gəlirlər-
dən formalaşacaq. Digər hesablamalar göstərir ki, 2013-cü ildə proqnozlaşdırıl-
mış  dövlət büdcəsi gəlirlərinin  hər 100 manatından 33 manat 40 qəpiyi Vergilər 
Nazirliyinin, 7 manat 20 qəpiyi Dövlət Gömrük Komitısinin, 59 manat 30 qəpiyi 
Dövlət Neft Fondunun, 10 qəpiyi isə digər məaxil mənbələr hesabına formalaşa-
caq.  Nəzərə alsaq ki, Vergilər Nazirliyinin xətti ilə  təmin olunan  33 manat 40 
qəpik vəsaitin  13 manat 80 qəpiyini neft sektorundan ödəmələr təşkil edəcək, onda 
demək olar ki,  2013-cü il üçün proqnozlaşdırılmış büdcənin hər 100 manatından 
73 manat 10 qəpiyi neft pullarından ibarət olacaq. 
2013-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnozların əvvəlki ilin göstərici-
ləri ilə müqayisəli  və strurktur təhlili aşağıdakı meylləri qiymətləndirməyə imkan 
verir. Büdcənin neft gəlirlərindən asılılığı tendesiyası daha da güclənir. 2013-cü 
ildə Dövlət Neft Fondundan  proqnozlaşdırılmış daxilolmaların həcmi 11,350 mil-
yard manat  təşkil edəcək ki,  bu da həmin mənbədən daxilolmaların büdcə gəlir-
lərində xüsusi çəkisinin 59,3 faizə çatmasını şərtləndirəcək. Beləliklədə bu göstə-
rici 2012-ci ilin proqnoz göstəricisindən 1,1 faiz bəndi  üstün olacaq. Bundan 
əlavə, növbəti ildə Vergilər Nazirliyinin xətti ilə təmin edilən vəsaitin 39,5 faizi və 
ya 2,65 milyard manatı neft sektorundan daxil olmalar təşkil edəcək. Bununla 
yanaşı növbəti il üçün  proqnozlaşdırılan fiziki şəxslərin gəlir vergisinin bir hissəsi 
də neft sektorunda çalışanların yüksək əmək haqları hesabına formalaşdır. Lakin bu 
tədiyə  növü üzrə büdcəyə daxilolmaların strukturu neft və qeyri-neft  bölməsi üzrə 
ayrılmadığına görə, neft sektorunda çalışanların ödədikləri fiziki şəxslərin gəlir 
vergisinin həmin vergi növü üzrə proqnozlaşdıırlan  cəmi daxilolmalarda xüsusi çə-
kisini müəyyənləşdirmək mümkün olmamışdır. Odur ki, həmin tədiyə növü üzrə 
gələn il ərzində neft sektorundan daxilolmalar nəzərə alınmadan aparılan hesabla-
malar göstərir ki,  2013-cü ildə  Dövlət Neft Fondundan  trasnferlər və neft sekto-
rundan birbaşa büdcəyə ödənilən vergi və digər ayırmalar  hesabına  büdcəyə yönə-
lən neft gəlirlərinin həcmi 14 milyard manata çatacaq və beləliklə  də bu halda 
ümumi büdcə  gəlirlərində neft sektorundan daxilolmaların payı 73,1 faiz olacaq. 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
172 
Müqayisə üçün qeyd edək ki, növbəti ildə Rusiyada neft gəlirlərinin fedaral büd-
cədə payı 50 faizə qədər , Qazaxıstan büdcəsində isə 25 faiz proqnozladırılıb. 
Qeyri-neft gəlirlərinin ÜDM-də payı 9,3 faiz olacaq. 2013-cü ildə proqnozlaş-
dırılan qeyri-neft gəlirləinin  qeyri-neft ÜDM-də payı 2012-ci ilin proqznoz gös-
təricisi ilə müayisədə 0,3 faiz bəndi az olacaq. Növbəti ildə qeyri-neft sektorundan 
proqnozlaşdırılan  gəlirlərin  ÜDM-də isə xüsusi  isə cəmisi 9,3 faiz təşkil edəcək. 
Bu isə qeyri-neft sektorunun potensialına və iqtisadi şaxələnmə imkanlarına adek-
vat deyildir. Belə ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə 
qarşı xüsusi çəkisinin aşağı olması qeyri-neft sektorunun inkişafı ilə bağlı səslənən 
siyasi bəyanatların iqtisadi əsaslarının olmamasının göstəricisidir.  
Vergi gəlirlərinin  ÜDM-də xüsusi çəkisi 12,2 faiz olacaq. 2013-cü ildə Vergi-
lər Nazirliyinin xətti ilə  təmin edilən gəlirlərdə qeyri-neft sekrtorundan daxil ol-
maların  payı 58,8 faiz  təşkil edəcək. Ümumiyyətlə isə növbəti ildə  vergi gəlirləri-
nin  ÜDM-də xüsusi çəkisi  12,2 faiz proqnozlaşdırılmışdır ki, bu da  iqtisadiyyatda 
liberallıq dərəcəsinin yüksək olmasını  ifadə etsə  də, Azərbaycandakı  vəziyyəti 
xarakterizə edə bilmir. Çünki, milli iqtisadiyyatda gizli iqtisadiyyatın xüsusi çə-
kisinin yüksək olması (2010-cu ilə olan son hesablamalara görə, bu göstəricinin 
ÜDM-də xüsusi çəkisi 66,4 faiz olub) yaranmış  vəziyyəti daha çox  vergi intiza-
mının aşağı olması ilə izah etmək üçün əsaslar verir. Qeyri-neft büdcə  kəsirinin 
qeyri neft ÜDM-də xüsusi çəkisi 43 faizə catacaq. 2013-cü il üçün proqnozlaş-
dıırlan  büdcədə qeyri-neft kəsirinin artırılması və neft gəlirlərindən asılılığın güc-
lənməsi də narahatlıq doğurur. Hesablamalara görə, növbəti ildə qeyri-neft sek-
torundan proqnozlaşdıırlan daxil olmaların azalması qeyri neft kəsirinin artması-
na  və nəticədə də onun qeyri neft ÜDM-də xüsusi çəkisnin 43 faizədək artmasına 
səbəb olacaq. Azərbaycan hökümətinin makro-iqtisadi proqnozlarında  2016-cı ildə 
qeyri-neft kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin 20 faizədək aşağı salın-
ması  hədəflənsə  də növbəti ilin  büdcə proqnozlaşdırılması bu göstəricinin aşağı 
salınması üçün yetərincə iqtisadi əsaslar yaradılmayıb. Odur ki, yaxın 3 ildə 2 dəfə 
azalmanın proqnozlaşdırılması real Qeyri-neft gəlirləri cari xərcləirin yaxşı hal-
da  52 faizini  örtə biləcək. 2013-cü ildə dövlət büdcəsinin  proqnozlaşdırılan cari 
xərcləri 10 milyard manata yaxınlaşacaq. Hesablamalar göstərir ki, növbəti ildə 
qeyri-neft gərlirləri 5,2 mlrd. manat səviyyəsində proqnozlaşdırılır. Bu halda qeyri-
neft gəlirləri dövlət büdcəsinin cari xərclərinin  maksimim 52 faizini ödəyə biləcək. 
Fiziki şəxslərin gəlir vergisi  üzrə artımın səviyyəsi ilə yeni iş yerlərinin artım dina-
mikası arasında fərq çoxdur. Bu fərqin yaranması  yeni iş yerlərinin yaradılması ilə 
bağlı açıqlanan  rəsmi statistik rəqəmləri şübhə altına salır. Belə ki,  bu ilin yanvar-
avqust aylarında ötən ilin eyni dövrü ilə  müqayisədə ölkə iqtisadiyyatında muzdla 
çalışan işçilərin orta aylıq əmək haqqının 8,6 faiz  və müqayisə olaunan  dövr ər-
zində yeni  və daimi iş yerlərinin 2  dəfəyədək artmasına baxmayaraq, növbəti 
ildə  fiziki şəxslərin gəlir vergisi 2012-ci ilin pronoz göstəricisində cəmisi 4,4 faiz 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə