Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə83/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   79   80   81   82   83   84   85   86   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
190 
Azad bazar iqtisadiyyatına keçidin əsas mərhələlərindən biri sayılan və ölkə 
iqtisadiyyatının yenidən qurulmasının əsas faktorlarından biri olan və qərb sərma-
yəsinin də iştirak edə biləcəyi özəlləşdirmə fəaliyyətləri, dövlət mülkiyyətinin özəl-
ləşdirilməsi haqqında 1993-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən qəbul olu-
nan qanun ilə birlikdə başlamışdı. Azərbaycanın iqtisadi təməllərini dövlət mül-
kiyyəti, özəl mülkiyyət və bələdiyyə mülkiyyəti təşkil etməyə başlamışdı. 
Həmin tarixdə  çıxarılan və 27 maddədən ibarət olan “Dövlət Mülkiyyətinin 
Özəlləşdirilməsi Qanunu” ilə Azərbaycan azad bazar iqtisadiyyatına keçid çalışma-
larının hüquqi dayağının əmələ gəlməsi ilə ölkədə ilk özəlləşdirmə cəhdləri 1993-
cü ildə başlamışdı. Ancaq bu proqram Milli Məclisdən rəy ala bilməmişdi. 1993 və 
1994-cü illərdə “Özəlləşdirmənin Dövlət Proqramı” uzun mübahisələrdən sonra 
1995-ci ildə Milli Məclis tərəfindən təsdiqlənərək birinci özəlləşdirmə proqramının 
tətbiqinə başlanmışdı.  İMF və Dünya Bankının da tövsiyələri ilə özəlləşdirmə 
Azərbaycan idarəçiliyinin qabaqcıl hədəfləri arasında yer almağa başlamışdı. 
Özəlləşdirməyə, 1992-ci ildə Dövlət  Əmlak Komitəsi tərəfindən nəzarət edil-
məkdə idi. 2000-ci ildə isə Əmlak Komitəsi ləğv edilərək İqtisadi İnkişaf Nazirliyi 
tərkibində formalaşdırılmışdır. 1993-1996-cı illər arasında ancaq binalarda və tak-
silərdə özəlləşdirmə həyata keçirilmişdi. 1997-ci ildə hər biri 4 ədəd çekdən ibarət 
8 milyon ədəd Dövlət Özəlləşdirmə Payından(Çek) 7.183.803 ədədi Azərbaycan 
vətəndaşlarına pulsuz dağıdılmışdı. 
Azərbaycanda 1995-1998 ci illəri  əhatə edən birinci özəlləşdirmə proqramı 
ancaq 2000-ci ilin əvvəllərində sona çata bilmişdi. Birinci özəlləşdirmə proqramın-
da özəlləşdirmə proqramına alınan kiçik və orta boyda olan şirkətlərin çox hissəsi 
bu proqram ilə özəlləşdirilmişdi. 1996-cı ildə özəlləşdirməni tezləşdirərək, sayları 
6200-ə çatan kiçik şirkətlər özəlləşdirilirkən, 1997-ci ilin axırlarında bu rəqəm 
15000-ə çatmışdı. 
İkinci özəlləşdirmə proqramı 10.08.2000 tarixində dövlət başçısı  tərəfindən 
imzalanmışdı. Bu proqram da iki illik bir gecikmə ilə həyata keçirilə bilmişdi. Bu 
proqram ilə orta və böyük həcmli şirkətlərin özəlləşdirilməsi planlaşdırılmışdı. Bu-
nunla da iqtisadiyyatda dövlətin rolu daha da azaldılmağa başlanıldı. 
2001-ci ilin əvvəllərində Mərhum Prezidentimiz Heydər Əliyev, özəlləşdirməni 
sürətləndirərək, emalat, enerji və kimya sektorlarında fəaliyyət göstərən 100 böyük 
dövlət iqtisadi şirkətinin özəlləşdiriləcəyini elan etmişdi. Özəlləşdirmə proqramına 
görə özəlləşdiriləcək müəssisələr kiçik, orta və böyük olaraq 3 qrupa ayrılmışdı. 
Kiçik müəssisələr 15 %-i çalışanlarına pulsuz verilməkdə 85 %-i isə pullu hərraclar 
ilə satılmaqdadır. Orta və böyük müəssisələr isə əvvəl anonim şirkət statusuna çev-
rilir və sonra özəlləşdirilirdi. Bu şirkətlər hissələrinin ən azı 50 %-i çek Kəsir artır-
ma yolu ilə, 15 %-i müəssisə işçilərinə çek qarşılığında, 10 %-u pulla Kəsir artırma 
və qalan 25 %-i isə dövlət tərəfindən qapalı yatırım fonduna verilməsi ilə özəlləş-
dirilmişdir. 


Dövlät Maliyyäsi 
 
191 
İkinci özəlləşdirmə proqramı çərçivəsində isə xəbərləşmə, əlaqə, kimya, enerji 
kompleksi və digər sektorlardakı müəssisələrin özəlləşdirmə prosesi davam etmək-
dədir. 
Özəlləşdirmənin başladığı tarixdən 2005-ci ilin əvvəlinə kimi məcmu dəyəri 
651.1 milyard manat olan 40.7 min kiçik həcmli müəssisələr özəlləşdirilmişdi. Yenə 
2005-ci ilin əvvəlindən 1537 dövlət şirkəti, bu çərçivədə 356 orta və böyük həcmli 
şirkət anonim şirkətə çevrilmişdi. 
Nəticə olaraq 150 mindən çox Azərbaycan vətəndaşı özəl mülkiyyət sahibi 
olmuşdu. Başqa tərəfdən,  ərazi mülkiyyətində müxtəliflik nəticəsində Azərbaycan 
ərazisinin 56.9 %- i dövlətə, 23.5%-i bələdiyyəyə  və 19.6%-i isə özəl mülkiyyətə 
aiddir.


 
 
192 
SƏKKİZİNCİ FƏSİL 
 VЕRGI MÜNАSIBƏTLƏRININ NƏZƏRİ ƏSАSLАRI
 
8.1. VERGİ ANLAYIŞI VƏ TARİXİ İNKİŞAFI 
8.1.1. VERGİLƏRİN YARANMA TARİXİ 
Vergilər ictimai məhsulun bir hissəsinin məcburi ödəniş  şəklində dövlətin 
maliyyə sisteminin formalaşmasının  əsas mənbəyi kimi hələ çox qədim zaman-
lardan məlumdur. Vergitutma iqtisadi mədəniyyətin bir elementi kimi təsərrüfatın 
bazar və ya qeyri-bazar tipindən asılı olmayaraq, bütün dövlət sistemlərinə xasdır. 
Bununla əlaqədar olaraq vergitutma barədə bəşər sivilizasiyasının fenomeni, onun 
ayrılmaz hissəsi kimi danışmaq olar. 
Vergilərin tutulması mexanizminin tarixi inkişafında üç əsas mərhələ bir-
birindən fərqləndirilir. 
İlkin mərhələ (qədim dünyadan başlamış orta əsrlərə  qədər) vergilərin müəy-
yən edilməsi və yığılması üçün maliyyə aparatının olmaması ilə xarakterizə olunur. 
İkinci mərhələ (xvı-xıx əsrlər) birbaşa və dolayı yolla vergiləri özündə birləş-
dirən sistemlərin meydana gəlməsi ilə başlandı. Bu dövrdə T.Qobbs, C.Lokk, 
L.Fon Sekondorf kimi ingilis və alman alimləri maliyyə elminin inkişafına öz 
əvəzsiz töhfələrini verdilər. İkinci mərhələdə bir sıra dövlət qurumları, o cümlədən 
maliyyə qurumları yarandı və dövlət vergilərinin həcminin müəyyən edilməsi, ver-
gilərin yığılması prosesinə nəzarət və s. kimi funksiyaları yerinə yetirməyə başladı. 
Üçüncü mərhələ dövlətin vergilərin təyin edilməsi və yığılması ilə bağlı bütün 
funksiyaları tamamilə öz əlində cəmləşdirməsi ilə xarakterizə olunur. Birinci dünya 
müharibəsindən sonra elmi cəhətdən  əsaslandırılmış vergi islahatları  həyata keçi-
rildi və beləliklə də müasir vergi sisteminin bünövrəsi qoyulmuş oldu. 1929-1933-
cü illər depressiyası dövləti vergilərə makroiqtisadi stabilliyin bir aləti kimi yanaş-
mağa vadar etdi. İkinci dünya müharibəsindən sonra isə vergilərdən iqtisadiyyatın 
dövlət tənzimlənməsinin bir vasitəsi kimi istifadə olunmağa başlandı. 
Vergilərin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Vergilər dövlətin maliyyə 
ehtiyatlarının yaradılmasının  əsas mənbəyi olmaqla min illərdir ki, mövcuddur. 
Onlar dövlətin təşəkkül tapdığı  və  cəmiyyətin siniflərə bölündüyü andan iqtisadi 
münasibətlərin zəruri elementinə çevrilmişlər.  İngilis iqtisadçısı  Ş. Parkinsonun 
sözləri ilə desək, “Vergitutma dünyanın özü qədər qədimdir. Onun ilk forması hər 
hansı bir yerli hökmdarın çayın mənsəbinə, iki çayın qovuşduğu yerə  və ya dağ 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə