Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə80/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   76   77   78   79   80   81   82   83   ...   135

Dövlät Maliyyäsi 
 
183 
AR-nın ərazisinə daxil olan xarici dövlətlərin, habelə AR-nın ərazisində şəxs-
lərin mülkiyyətində  və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma 
obyektidir. 
Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün ver-
ginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə AR-
nın ərazisində qət edilən yolun hər bir kilometri üçün aşağıdakı kimi tutulur;
85
 
− 37 tondan 41 tonadək olduqda – 0,15 ABŞ dolları; 
− 41 tondan 51 tonadək olduqda – 0,30 ABŞ dolları; 
− 51 tondan 61 tonadək olduqda – 0,45 ABŞ dolları; 
− 61 tondan 71 tonadək olduqda – 0,60 ABŞ dolları; 
− 71 tondan 81 tonadək olduqda – 0,75 ABŞ dolları; 
− 81 tondan çox olduqda – 1.8 ABŞ dolları; 
7. Sosial ayırmalar 
Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq, 
sosial təminata və sosial ehtiyaclara bölünür. Sosial təminata ayırmalar məcburi xa-
rakter daşıyır və xüsusi fondun yaradılmasını nəzərdə tutur. 
8. Qrantlar 
Qrantlar dövlət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanması və həyata 
keçirilməsi üçün müvafiq qanunvericiliklə nəzərdə tutulmuş yardımdır. Beynəlxalq 
təşkilatlar, xarici hökumətlər, xarici hüquqi və fiziki şəxslər qrantların donoru kimi 
çıxış edə bilər. Bunlardan asılı olmayaraq, qrantlar cari və əsaslı qrantlara bölünür. 
Cari qrantlar aktivlərin alınması ilə şərtlənməyən cari xərclərin örütülməsi ilə bağlı 
ödənişlərdir; əsaslı qrantlar isə aktivlərin alınması, verilməsi ilə  şərtlənən ödəniş-
lərdir. Belə qrantlar resipiyent qarşılıqlı öhdəliklərin bağlanmasına da sərf edilə bilər. 
Digər gəlirlər 
Digər gəlirlər mülkiyyətdən gəlirlərə, mal və xidmətlərin satışından daxilolma-
lara, cərimə və sanksiyalar üzrə daxilolmalara və könüllü köçürmələrə bölünür.
86
 
Respublikada istehsal olunan və qiymətləri tənzimlənən məhsulların ixracı za-
manı  məhsulların satış qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı  fərq-
dən 30 faiz yığım müəyyən edilir. 2011-ci ildə xam neftin bir barelinin ixrac qiy-
mətinin 60 ABŞ dollarından çox olan hissəsinin 75 faiz hissəsi yığımlarda yer alır. 
Məhsullardan olan yığımlar dövlət büdcəsinə, xam neftdən olan yığımlar isə 
Dövlət Neft Fonduna köçürülür. 
                                                 
85
  Nurpaşa Novruzov, Xanoğlan Hüseynov, a.k.ə, s. 191  
86
  Azərbaycan Respublikasının Büdcə Sistemi Haqqında Qanunu, 2006 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
184 
Cədvəl 7.2.  AR-nın 2013-cü il üçün dövlət büdcəsinin gəlirləri bəzi mədaxil mənbələri 
 
Gəlirlərin mənbələri 
Dövlət büdcəsinin gəlirləri 
(min manatla) 

Fiziki şəxslərin gəlir vergisi 
783 000.0 
2  
Hüquqi şəxslərin mənfəət vergisi 
2 279 000.0 
3  
Əlavə dəyər vergisi 
2 768 000.0 
4  
Azərbaycan Respublikasının ərazisinə malların idxalına 
görə əlavə dəyər vergisi    
992 600,0 

Aksiz 
677 000,0  

Hüquqi şəxslərin əmlak vergisi 
116 000,0 

Hüquqi şəxslərin torpaq vergisi 
30 000.0 

Yol vergisi 
73 000.0 

Mədən vergisi 
121 000.0 
10  Sadələşdirilmiş vergi 
117 000,0 
11  Gömrük rüsumları 285 
400.0 
12  Vergi olmayan sair gəlirlər 203 
000.0 
13   Dövlət neft fondundan daxilolmalar 
11 350 000.0 
7.12. BÜDCƏ SİSTEMİNİN TƏŞKİLİ PRİNSİPLƏRİ 
Bütün dövlətlərin iqtisadi və dövlət quruluşuna xas olan büdcə sistemi təşəkkül 
tapmış  və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə, onun 
dövlət quruluşuna xas olan büdcə sistemi yaranmışdır. 
Büdcə sisteminin qurulması və onun bütün növləri arasında qarşılıqlı əlaqələr 
büdcə quruluşu adlanır. 
Büdcə sistemində birləşdirilən ayrı-ayrı müstəqil büdcələrin məcmusu dövlətin 
büdcə sistemini təşkil edir. Büdcə sistemi bütün büdcə növlərinin məcmusunu 
özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları dövlətin Konstitusiya-
sında və büdcə sistemi haqqında qanunlarda əks olunur. Büdcə sisteminin təşkili 
müəyyən prinsiplərə əsaslanır ki, bu prinsiplər də ölkənin iqtisadi, siyasi və sosial 
əsasları üzərində qurulmuşdur. 
Büdcə sistemi dövlətin inzibati ərazi vahidinin bütün büdcələrinin məcmusunu 
özündə birləşdirdiyinə görə onlar arasında qarşılıqlı münasibətlər qanunvericiliklə 
tənzimlənir. Büdcə sisteminin xarakteri ölkənin ictimai-iqtisadi və siyasi quruluşu 
ilə müəyyən olunur. Büdcə sisteminin təşkilati quruluşu və onların qarşılıqlı  əla-
qələri dövlətin iqtisadi və siyasi təşkili əsasında müəyyən olunur. 
İnkişaf etmiş ölkələrdə (unitar dövlətlərdə) məsələn, Böyük Britaniyada, 
Fransa və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli 
özünü-idarə orqanlarının, yerli bələdiyyələrin büdcələrindən ibarətdir. Federal döv-


Dövlät Maliyyäsi 
 
185 
lətlərin büdcə sistemi üç həlqədən, yəni mərkəzi federal büdcədən, federasiyaya da-
xil olan subyektlərin büdcələrindən və yerli orqanların büdcələrindən ibarətdir. Mə-
sələn, ABŞ-da, Rusiyada, Almaniya Federativ Respublikasında və s. büdcə sistemi 
üç həlqədən ibarətdir. ABŞ-da federal büdcə, ştatların büdcələri, Rusiyada respub-
likaların, vilayətlərin büdcələri və mərkəzi federasiyanın büdcəsindən ibarətdir. 
Azərbaycan Respublikasının büdcə sistemi mərkəzi büdcədən, yəni respublika 
büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli hakimiyyət 
orqanlarının, o cümlədən, bələdiyyələrin büdcələrindən ibarətdir. Yerli hakimiyyət 
orqanlarının büdcələri respublika tabeçiliyində olan rayonların, şəhərlərin büdcələri 
və onların müvafiq bələdiyyələrinin büdcələrindən ibarətdir. Azərbaycan Respubli-
kasının dövlət quruluşuna müvafiq olaraq bütün büdcə  həlqələri, Respublikanın 
mərkəzi büdcəsi, rayonların,  şəhərlərin büdcələri, yerli bələdiyyələrin büdcələri 
Respublikanın vahid büdcə sistemini təşkil edir və bütün büdcə növləri arasında 
qarşılıqlı maliyyə münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə 
müəyyən olunmuşdur. Bununla yanaşı, Azərbaycanın büdcə sistemi «Dövlət büd-
cəsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 
Azərbaycan Respublikasının büdcə sistemi Dövlət büdcəsindən, yəni mərkəzi 
büdcədən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən 
ibarətdir. Yerli büdcələr respublika tabeçiliyində olan şəhərlərin büdcələrindən, 
rayonların büdcələrindən və bələdiyyələrin büdcələrindən ibarətdir. 
Azərbaycan Respublikasının büdcə sistemi aşağıdakı mühüm prinsiplər  əsa-
sında qurulmuşdur: 
1.   Büdcə sisteminin vahidliyi;  
2.   Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi; 
3.   Gəlirlin və xərclərin büdcələr arasında bölüşdürülməsi; 
4.   Büdcələrin gəlirləri və xərclərinin, büdcədənkənar dövlət fondlarının həmin 
büdcələrdə tam əks olunması; 
5.   Büdcələrin balanslaşdırılması; 
6.   Büdcə  vəsaitinin istifadə edilməsində  səmərəlilik və  qənaət rejiminə  əməl 
olunması; 
7.   Büdcələrin aşkarlığı; 
8.   Büdcələrin həqiqiliyi (reallığı); 
9.   Büdcə vəsaitinin ünvanlı və məqsədli istifadəsi. 
Həmin prinsipləri nəzərdən keçirək; 
1. Büdcə sisteminin vahidliyi onu ifadə edir ki, bütün büdcə həlqələri Azərbay-
can Respublikasını vahid büdcə sistemində birləşdirməklə onların gəlirləri və xərc-
ləri vahid büdcə  təsnifatı  əsasında qurulur. Həm də  gəlirlərin və  xərclərin büdcə 
həlqələri arasında bölüşdürülməsi Respublikanın ali qanunvericiliyinə  əsaslanır. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə