Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə66/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   62   63   64   65   66   67   68   69   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
148 
Büdcəni icra edən orqan keçən ilin büdcə  xərclərinin 1/12 hissəsi həddində 
AR-nın büdcə xərclərinin funksional və  təşkilatlar üzrə  təsnifatların müvafiq böl-
mələri üzrə qanunvericiliklə müəyyən edilmiş  məqsədlərə dövlət kontraktlarının, 
AR-nın büdcə sisteminin digər səviyyəli büdcələrinə maliyyə yardımı göstərilmə-
sinə büdcə vəsaitlərinin maliyyələşməsini həyata keçirir. 
Büdcə layihəsi təsdiq edildikdən və nəzərdə tutulmuş qaydada imzalandıqdan 
sonra mətbuatda dərc olunur. 
7.4.  DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN TƏRTİBİ 
PROSESİ VƏ BÜDCƏ TƏQVİMİ 
Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış baş-
lanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə  təqdim 
edildiyi günədək olan dövrü əhatə edir. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial in-
kişafının makroiqtisadi proqnozları, məqsədli proqramlar, iqtisadiyyatın sahələri-
nin, inzibati rayonların mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələ-
rin cari və növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin qiymətlən-
dirilməsi əsasında hazırlanır. 
Dövlət büdcəsi layihəsinin tərtibi prosesinə yanvar ayının üçüncü on günlüyü 
ərzində müvafiq icra hakimiyyəti orqanının mətbuatda dərc olunan qərarı ilə baş-
lanılır. Bu qərara uyğun olaraq, fevral ayının sonunadək müvafiq icra hakimiyyəti 
orqanı  tərəfindən tərtib edilmiş ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf 
proqramı dəqiqləşdirilir. 
Dəqiqləşdirilmiş ortamüddətli iqtisadi və sosial inkişaf proqramına müvafiq 
olaraq, cari ilin mart ayında növbəti il üçün ortamüddətli büdcə proqnozu (gəlirlər, 
xərclər, kəsir və maliyyələşmə) və investisiya proqramı tərtib edilir. 
Cari ilin aprel ayının 15- dək dövlət büdcəsinin və investisiya proqramının il-
kin layihəsi hazırlanaraq büdcə-vergi siyasətinin əsas istiqamətləri, büdcə təsnifatı-
nın bölmələri səviyyəsinə gəlir və xərclərin yuxarı həddi, dövlət borcları, prioritet 
xərclər, növbəti büdcə ili və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə 
baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 
Cari ilin may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti 
il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə proqnozu ilə 
birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 
Cari ilin may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən növbəti 
il üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin 
tərtibinə dair təlimat məktubu hazırlanır və büdcənin tərtibində iştirak edən təşki-
latlara göndərilir. Bu təlimatlarda aidiyyatı məlumatlarla yanaşı, təşkilatlar və hər 


Dövlät Maliyyäsi 
 
149 
bölmə üzrə xərclərin yuxarı həddinə, cari xərclərə dair təsdiq olunmuş normalara, 
formalara, ətraflı büdcə təşkilinin müvafiq icra hakimiyyəti orqanına təqdim edil-
məsi üçün yardımçı  sənədlər daxil olmaqla gəlirlərin və  xərclərin təhlilinə (qiy-
mətləndirilməsinə) dair məlumatlar verilir. 
Büdcə təşkilatlarının maliyyələşdirilməsi müəyyən edilərkən onların büdcədən-
kənar vəsaitləri nəzərə alınır.  
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və büdcədən maliy-
yələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihəsini cari ilin iyul 
ayının 1- dək müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.  
Təqdim olunmuş büdcə layihələrində aşağıdakılar əks etdirilir: 
-   funksional  və iqtisadi təsnifatın paraqrafları  və Naxçıvan Muxtar Respub-
likası, respublikanın  şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiy-
yəti orqanları tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə 
keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin və xərclə-
rinin məbləği, hesablanmış və ödənilmiş büdcə gəlirlərinin keçən ildə faktiki 
və cari ildə gözlənilən məbləğləri, büdcə  gəlirlərinin və  xərclərinin keçən 
ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı; 
-   funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respubli-
kası, respublikanın şəhər və rayonları üzrə keçən ildə əldə edilmiş büdcədən-
kənar gəlirlərin və xərclərin məbləği, gəlirlərin və xərclərin keçən ilin sonu-
na qalığı, cari ildə  və növbəti büdcə ilində büdcədənkənar gəlirlərin və 
xərclərin məbləğləri; 
-   funksional və iqtisadi təsnifatın paraqrafları və Naxçıvan Muxtar Respubli-
kası, respublikanın şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə növbəti 
il üçün təklif olunan büdcə gəlirlərinin və xərclərinin həcmi, ödənilməli olan 
verginin və ödənişlərin məbləği, büdcə-vergi siyasətində  nəzərdə tutulmuş 
tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər
-   iqtisadi və funksional təsnifat, Naxçıvan Muxtar Respublikası, respublikanın 
şəhər və rayonları üzrə, habelə müvafiq icra hakimiyyəti orqanı  tərəfindən 
müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə sonrakı üç il üçün gəlir-
lərin və xərclərin qiymətləndirilməsi;  
-   maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqti-
sadi və funksional təsnifatın paraqrafları üzrə investisiya proqramları üzrə 
xərclərin həcmi; 
Avqust ayının 1-dək müvafiq icra hakimiyyəti orqanları  tərəfindən cari ilin 
faktiki nəticələri nəzərə alınmaqla, növbəti il üzrə  və ortamüddətli makroiqtisadi 
göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiqləşdirilir. Müva-


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
150 
fiq icra hakimiyyəti orqanı makroiqtisadi göstəricilərin dəqiqləşdirilmiş proqnozu-
na və hazırlanmış proqramlara əsasən dövlət büdcəsinin layihəsində  gəlirləri və 
xərcləri yenidən hazırlayır. 
Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini  əsas götürməklə 
müvafiq icra hakimiyyəti orqanı iyul-avqust aylarında dövlət büdcəsinin gəlirləri-
nin icrasını təmin edən və büdcədən maliyyələşən orqanlarla, o cümlədən Naxçıvan 
Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət olduqda bələdiyyə-
lərlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə alınmış büdcə la-
yihələri üzrə müzakirələr aparılır. Müzakirələrin nəticələri protokollarla rəsmiləş-
dirilir. 
Müvafiq icra hakimiyyəti orqanı  tərəfindən dövlət büdcəsinin tərtibi üçün la-
zım olan əsaslandırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiy-
yəti orqanlarından, habelə onların struktur bölmələrindən, dövlət büdcəsindən ma-
liyyələşdirilən təşkilatlardan zərurət yarandıqda mülkiyyət və təşkilati-hüquqi for-
masından asılı olmayaraq digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcədən-
kənar dövlət fondlarından tələb oluna bilər. 
Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin 
may ayının 1-dək aşağıdakı  sənədləri və  məlumatları müvafiq icra hakimiyyəti 
orqanına təqdim edirlər: 
-   cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış; 
-   növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri, 
dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının 
həcminin əsaslandırılması; 
-   ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi
-   müvafiq icra hakimiyyəti orqanının sorğusuna görə digər materiallar; 
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal 
büdcənin göstəriciləri cari ilin sentyabr ayının 10-dək müvafiq icra hakimiyyəti 
orqanına təqdim edilir. Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi və sonrakı 
üç il üçün icmal büdcəsinin göstəriciləri və bu qanunla müəyyən edilən digər sə-
nədlərlə birlikdə sentyabr ayının 25-dək müvafiq icra hakimiyyəti orqanına təqdim 
edilir. 
Dövlət büdcəsi müvafiq icra hakimiyyəti orqanları, onların tabeliyindəki təşki-
latlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Dövlət büdcəsindən 
maliyyələşən təşkilatların vəzifəli  şəxsləri tabeliyində olan müəssisələrin həyata 
keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına və müvafiq maliyyə qayda-
larına  əməl etməməklərinə görə  məsuliyyət daşıyırlar. Bu qaydalara riayət etmə-
yən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair məlumatı təqdim etməyən, 
həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına qarşı qanunvericiliklə nəzər-
də tutulmuş tədbirləri həyata keçirə bilər. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə