Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə63/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   59   60   61   62   63   64   65   66   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
140 
beşinədək dövlət və investisiya proqramının ilkin layihəsi hazırlanaraq büdcə-vergi 
siyasətinin  əsas istiqamətləri, büdcə  təsnifatının bölmələri səviyyəsində  gəlir və 
xərclərin yuxarı  həddi, dövlət borcları, prioritet xərclər, növbəti büdcə ili və 
sonrakı üç il üçün icmal büdcə proqnozu ilə birlikdə baxılmaq üçün müvafiq icra 
hakimiyyəti orqanlarına təqdim edilir. Cari ilin may ayının birinədək müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən növbəti il üzrə Dövlət büdcəsinin layihəsi və sonrakı 
üç il üçün icmal büdcə göstəricilərinin tərtibinə dair məlumat məktubu hazırlanır 
və büdcənin tərtibində  iştirak edən təşkilatlara göndərilir. Bu təlimatda aidiyyatı 
məlumatlarla yanaşı, təşkilatlar və  hər bölmə üzrə  xərclərin yuxarı  həddinə, cari 
xərclərə dair təsdiq olunmuş normalara, formalara, ətraflı büdcə təklifinin müvafiq 
icra hakimiyyəti orqanına təqdim edilməsi üçün yardımçı  sənədlər daxil olmaqla 
gəlirlərin və xərclərin təhlilinə dair məlumatlar verilir. Ölkəmizdə büdcə təşkilatla-
rının xərcləri müəyyən edilərkən onların büdcədənkənar vəsaitləri nəzərə alınır. 
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar və AR-nın dövlət büd-
cəsindən maliyyələşən təşkilatlar təlimata uyğun olaraq hazırlanmış büdcə layihə-
sini cari ilin iyul ayının birinədək müvafiq icra hakimiyyəti orqanına təqdim 
edirlər. Bu layihələrdə göstərilməli olan məlumatlar aşağıdakılardır;
65
 
− Funksional və iqtisadi təsnifatlar üzrə keçən ildə faktiki və cari ilin sonuna 
gözlənilən büdcə xərclərinin məbləği, NMR, ölkənin şəhər və rayonları üzrə, habe-
lə müvafiq icra hakimiyyəti orqanları müəyyən edilmiş vergi ödəyicilərinin qrup-
ları üzrə keçən ildə əldə edilmiş və cari ildə gözlənilən məbləgi, büdcə gəlirlərinin 
keçən ildə faktiki cari ilin sonuna gözlənilən qalığı. 
− Funksional və iqtisadi təsnifatın paraqrafları və NMR, respublikanın şəhər və 
rayonları üzrə keçən ildə əldə edilmiş büdcədənkənar gəlirlərin və xərclərin məb-
ləği, gəlirlərin və xərclərin keçən ilin sonuna olan qalığı, cari ildə və növbəti büdcə 
ilində büdcədənkənar gəlirlərin və xərclərin məbləğləri. 
− Funksional və iqtisadi təsnifat, NMR, respublikanın şəhər və rayonları üzrə, 
bunlardan başqa, müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri vergi 
ödəyicilərinin qrupları üzrə sonrakı üç il üçün gəlirlərin və xərclərin qiymətləndi-
rilməsi; 
− Maliyyələşdirmə mənbəyi göstərilməklə növbəti il və sonrakı üç il üçün iqti-
sadi və funksional təsnifatlar üzrə, investisiya proqramları üzrə xərclərin həcmi. 
Eyni zamanda, AR-nın hökuməti növbəti maliyyə ilində  vəzifə maaşlarının, 
pensiyaların, müavinətlərin və digər ödənişlərin minimum həddinin artırılması haq-
qında təklifləri nəzərə alır. 
                                                 
65
  Azərbaycan Respublikasının Büdcə Sistemi Haqqında Qanunu, 2008 


Dövlät Maliyyäsi 
 
141 
Dövlət büdcəsinin formalaşmasının ikinci mərhələsində mərkəzi icra hakimiy-
yəti orqanları tərəfindən büdcə vəsaitinin büdcə təsnifatına uyğun olaraq bölüşdü-
rülməsi, həmçinin büdcə  vəsaitinin sərəncamçılar arasında ünvanlı maliyyələşdi-
rilməsi nəzərdə tutulur.
66
 
Avqust ayının 1-nə  qədər müvafiq icra hakimiyyəti orqanları  tərəfindən cari 
ilin altı ayının faktiki nəticələri nəzərə alınmaqla növbəti il üzrə və orta müddətli 
makroiqtisadi göstəricilər, habelə sosial, iqtisadi və investisiya proqramları dəqiq-
ləşdirilir. Müvafiq icra hakimiyyəti orqanı makroiqtisadi göstəricilərin dəqiqləş-
dirilmiş proqnozuna və hazırlanmış proqramlara əsasən dövlət büdcəsinin layihə-
sində gəlirləri və xərcləri yenidən hesablayır. Dövlət büdcəsi layihəsinin dəqiqləş-
dirilmiş göstəricilərini  əsas götürməklə müvafiq icra hakimiyyəti orqanı iyul, 
avqust aylarında dövlət büdcəsinin gəlirlərinin icrasını  təmin edən orqanlara və 
büdcə təşkilatları, həmçinin NMR-ın icra hakimiyyəti orqanları ilə, zərurət olduqda 
bələdiyyələrlə və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərdən alınmış 
büdcə layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələri protokollarla 
rəsmiləşdirilir. Bu orqan tərəfindən dövlət büdcəsinin tərtibi üçün lazım olan əsas-
landırıcı materiallar və hesablamalar mərkəzi və yerli icra hakimiyyəti orqanların-
dan, bunlarla yanaşı, bu orqanların struktur bölmələrindən, dövlət büdcəsindən ma-
liyyələşdirilən büdcə təşkilatlarından, lazım gəldikdə mülkiyyət və təşkilati-hüquqi 
formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən və büdcə-
dənkənar dövlət fondlarından tələb oluna bilər. Dövlət büdcəsindən maliyyə yar-
dımları almaq istəyən bələdiyyələr cari ilin may ayının birinədək aşağıdakı sənəd-
ləri və məlumatları icra orqanına təqdim edirlər; 
−   Cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış; 
−   Növbəti büdcə ili üzrə yerli büdcələrin nəzərdə tutulan gəlirləri və xərcləri; 
dövlət büdcəsindən ayrılacaq dotasiyanın və digər maliyyə yardımlarının 
həcminin əsaslandırılması; 
−   Ötən ildə yerli büdcənin icra vəziyyəti barədə auditor rəyi;  
−   Müvafiq icra orqanının sorğusuna görə digər materiallar. 
Növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsinin gös-
təriciləri və müəyyən edilmiş digər sənədlərlə birlikdə sentyabr ayının iyirmi beşi-
nədək icra orqanına təqdim edilir. 
İcra hakimiyyətinin müvəkkil orqanı, eyni zamanda, növbəti maliyyə ilində 
dövlət büdcəsi vəsaitlərindən maliyyələşən məqsədli proqramların siyahısını hazır-
layır, növbəti ildə  və orta müddətli perspektivdə onların maliyyələşmə  həcmini 
müəyyən edir. 
                                                 
66
  Ş.Ş. Bədəlov, R.B. Məhərrəmov, F.Ə. Qurbanova.k.əs. 303 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə