Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə59/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   55   56   57   58   59   60   61   62   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
130 
1. Ənənəvi büdcə nəzəriyyəsi 
Ümumi nəzəriyyəyə görə, büdcə hər il taraz olaraq bağlanacaqdır. Büdcədə illik 
balans çətindir. Hər hansı bir səbəblə büdcə kəsir verərsə, hər cür yola baş vuraraq bu 
kəsir bağlanacaq və büdcə balans halına gətiriləcəkdir. Büdcənin balansda olmağı 
üçün proqramlar iki şəkildə  həyata keçirilir: a) gəlir müxtəlifliklərinə baxmayaraq, 
dövlət xərclərinin sabit qalmağı  əsas tutulur; b) vergi gəlirlərinin çoxaldıldığı rifah 
dövrəsində dövlət xərcləri artırılır, vergi gəlirlərinin azaldığı dövrələrdə isə  xərclər 
azaldılır. Ancaq xərclərin dəyişməməyi üsulu tətbiq olunduğu zaman rifah illərində 
vergi faizlərini endirmək, böhran illərində isə yüksəltmək gərəkdir. Böhran illərində 
vergi faizi sabit tutulduğu təqdirdə büdcə gəlirləri azalacaqdır. 
2. Dövri büdcə nəzəriyyəsi 
Keynesin bu konjektura dövrəsi içindəki büdcə balansı  nəzəriyyəsinə “dövri 
büdcə nəzəriyyəsi” adı verilməkdədir. Bu nəzəriyyəyə görə büdcə, illik olaraq kəsir 
verə bilər. İllik balans, klassik maliyyəçilərin irəli sürdüklərinin əksinə, çox vacib 
bir mövzu deyil. Hər hansı bir ildə müharibə, iqtisadi böhran və ya inkişaf məqsədi 
ilə xərclər arta bilər və büdcədə kəsir ola bilər; bundan qorxmamaq lazımdır. İnves-
tisiya qoymağa davam edilməlidir, bunun üçün məsrəfdən qaçmamaq lazımdır. 
Səbəb ortadan qalxdıqda və investisiyalar gəlirli hala gəldikdə, kəsirlər bağlanacaq.  
Xüsusilə, indiki dövrün iqtisadi şərtləri daxilində hökumətə  sərbəst hərəkət 
etmək imkanını vermək lazımdır. Bu halda lazım olan illik deyil, dövri bir tarazlıq, 
7-10 il ərzində meydana gələ biləcək bir tarazlıqdır.  
Dövri büdcə nəzəriyyəsinin açıqladığı faktorlar bunlardır;
58
 
─ Dövri büdcə  nəzəriyyəsi iqtisadi dövrənin davam etmə vaxtı  ərzində  Kəsir 
olaraq və kəskinliklə bilinən faktorlarla hərəkət etməkdədir; 
─ İqtisadi dövrədə rifah və depressiya hallarının vaxt və çətinlik nöqteyinəzə-
rindən bir-birinə uyğun olduğunu qəbul edən bir faktordur. 
3. Əvəz edici büdcə nəzəriyyəsi 
Əvəzedici büdcə  nəzəriyyəsinin digər iki nəzəriyyədən fərqi, büdcədə balans 
axtarılmamağıdır. Dövlət gəlir və xərcləri tamamilə büdcədə balans içərisində ələ 
alınır. Əvəzedici büdcə tətbiqləri, ilk olaraq inkişaf etmiş iqtisadiyyatlarda ortaya 
çıxan durğunluğu ortadan qaldırmağa istiqamətlənmişdir. Nəzəriyyə, büdcənin 
işsizlik və depressiya ilə mübarizədə bir vasitə olaraq istifadə edilə biləcəyini irəli 
sürməsi səbəbi ilə əhəmiyyət daşımaqdadır.
59
 
                                                 
58
  İsmail Türk; Maliyye Politikası, 7. Bası, S Yayınları, Ankara. 1988, s.323 
59
  Gülay Coşkun, a k.ə, s. 23 


Dövlät Maliyyäsi 
 
131 
6.10. DÖVLƏT BÜDCƏSİNİN ZƏRURİLİYİ VƏ İQTİSADİ 
MƏZMUNU 
Hər bir dövlətin konkret tarixi şəraitindən asılı olaraq əmələ gələn funksiyala-
rını yerinə yetirən, yəni maliyyə  vəsaiti ilə  təmin etmək üçün dövlət büdcəsi ol-
malıdır. Dövlət özünün iqtisadi, sosial və siyasi vəzifələrini, funksiyalarını yerinə 
yetirmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fonduna malik olmalıdır.  İctimai-
iqtisadi formasiyalar hətta dəyişiləndə belə dövlətin mühüm elementləri olan ver-
gilər, istiqrazlar və dövlətə xas olan xərclər kimi kateqoriyalar obyektiv surətdə zə-
ruri olur. Məhz bu cəhətlər dövlət büdcəsinin obyektiv bir iqtisadi kateqoriya kimi 
zəruri olmasını şərtləndirir. 
Büdcə ölkənin maliyyə sisteminin mərkəzi həlqəsi olduğuna görə maliyyə ka-
teqoriyasına aid olan bütün keyfiyyət cəhətlərini özündə əks etdirir. Maliyyə ümu-
mi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü nəticəsində döv-
lətin və ayrı-ayrı təsərrüfat subyektlərinin pul vəsaiti fondlarının yaranması və isti-
fadəsi ilə əlaqədar olan pul münasibətlərini əks etdirir. Deməli, maliyyə daha geniş 
əhatə dairəsi olan pul münasibətləri sistemini özündə əks etdirir. Dövlət büdcəsi isə 
dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaranması və istifadəsi ilə əlaqədar 
olan pul münasibətləri sistemi, daxili məhsulun bölgüsü və yenidən bölgüsü prose-
sində dövlətin mərkəzləşmiş  sərəncamına daxil olan pul vəsaiti fondunun yaran-
ması, bölgüsü və istifadəsi ilə əlaqədar olan pul münasibətlərini əks etdirir. Bu pro-
sesdə dövlətlə müəssisələr, təşkilatlar arasında, dövlətlə əhali arasında maliyyə mü-
nasibətləri meydana gəlir. Bu prosesdə həm dövlətin fondu yaranır, həm də həmin 
pul vəsaiti fondu dövlətin ümumi xərclərinin ödənilməsinə, cəmiyyətin bir çox 
ehtiyaclarının müdafiə, sosial, idarəetmə və s. ehtiyaclarının ödənilməsinə istifadə 
olunur.  İqtisadi  ədəbiyyatda “büdcə” termininin tətbiq olunması hamıya məlum-
dur. Lakin bir sıra hallarda “büdcə” termini daha məqsədəuyğun  şəkildə dövlət 
hakimiyyəti orqanlarına məxsus funksiyaların yerinə yetirilməsi üçün maliyyə tə-
minatı kimi formalaşması kimi xarakterizə olunur. Bu cür xarakterizə daha kon-
kret və məqsədəuyğundur. Ona görə ki, həm mərkəzi, həm də yerli hakimiyyət or-
qanları  cəmiyyətin ümumi ehtiyaclarının ödənilməsinə xidmət edirlər. Dövlət ha-
kimiyyəti orqanlarının funksiyalarının həyata keçirilməsi üçün lazım olan maliyyə 
vəsaiti dövlət büdcəsinin və onun bütün həlqələrinin formalaşmasını  və istifadə 
olunmasını ifadə edir. 
Burada elə  cəhətləri də aydınlaşdırmaq lazım gəlir ki, «büdcə» həm maliyyə 
münasibətlərini, həm dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaranması və 
istifadə olunması formasını, həm də dövlətin  əsas maliyyə planı olması anlayış-
larını özündə birləşdirir. Hər bir iqtisadi kateqoriyanın mahiyyəti, bildiyimiz kimi, 
onun yerinə yetirdiyi funksiyalarla ifadə olunur. Dövlət büdcəsi də iqtisadi kateqo-


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə