Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə58/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   54   55   56   57   58   59   60   61   ...   135

Dövlät Maliyyäsi 
 
127 
yetirilməməyi lazım olacaq ki, bu da investisiya qoyulmamağına, nəticədə inkişafın 
yavaşımasına yol açacaqdır.
55
 
1. Büdcə kəsirinin bağlamaq yolları 
Klassik maliyyəçilərə görə, büdcə  kəsiri büdcə hazırlanarkən göstərilən məs-
rəflərin normal gəlirlərlə ödənə bilməməyindən meydana gəlməkdədir. Ancaq bu 
gün dövlət xərclərinin dayanmadan artmağına səbəb olan dövlət xidmətlərini, klas-
sik maliyyəçilərin normal saydıqları  vergi,  rüsum,  xərc və dövlət əmlakından gə-
lən gəlirlərlə imkan qalmayıbdır. Bunun üçün, büdcədə hazırlıq vaxtı meydana gə-
lən və  həyata keçdiyi zaman daha da artan kəsirlərin başqa yollarla bağlanmağı 
ortaya çıxmaqdadır. 
Büdcə  kəsiri ümumi olaraq bu yollarla bağlanmaqdadır: xərcləri azaltmaq, 
büdcə ehtiyatları, borc, pul emissiyası. 
Büdcə ehtiyatları 
Büdcə ehtiyatları ilə  kəsirləri bağlamaq  ən yaxşı yoldur. Ancaq bunun üçün 
daha əvvəlki illərdə, büdcələr kəsir verməməli və irəlidə meydana gələ biləcək təh-
lükəli kəsirlər üçün ehtiyat ayrılması lazımdır.  
Borclanma 
Büdcə kəsirlərini bağlamaq üçün dövlət daxili və ya xarici borc siyasətinə də əl 
ata bilər.  
Pul emissiyası 
Büdcə ehtiyatlarının və istiqrazların büdcə  kəsirini bağlaya bilməməyi ölkə 
şərtlərinə görə  gətirilən bütün məcbur olunan hökmlərə baxmayaraq, borc almaq 
üçün lazım olan marağın xalq tərəfindən göstərilməməyi halında dövlət üçün bir 
ödəmə gücü olaraq pul emissiyası qalmaqdadır.  
2. Büdcə kəsrlərinin səbəbləri; 
Dövlətin müxtəlif səbəblərlə büdcəni kəsir olaraq hazırlaması xaricində büdcə-
lər aşağıdakı hallarda kəsir verə bilər. 
-  İdari səbəblərlə büdcə kəsirinin meydana gəlməsi 
Bu tip kəsirlər, idarəetmədəki çatışmazlıqlardan  əmələ  gəlməkdədir. Dövlət 
dairələrinin yaxşı hazırlanmamağı,  şəxsi heyətin təcrübəsizliyi, vergi sisteminin 
nöqsanlılığı, xətalı bir xəzinə siyasətinin aparılması dövlət gəlirlərinin qanunların 
göstərdiyi  şəkildə toplanmasına mane olacaqdır. Ayrıca olaraq, lazımsız xərclərə 
və bunun nəticəsi olaraq dövlət xərclərinin artmasına səbəb olacağı üçün büdcə 
doğru bir kəsir verəcəkdir. Bu kəsirlər ən təhlükəli kəsirlərdir.  
                                                 
55
  Sönmez Nezine, a.k.ə., s. 54 


Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
128 
-   İqtisadi böhran və təbii hadisələr üzündən vergi ödəmə gücünün 
azalması nəticəsində büdcə kəsirinin meydana gəlməsi
Hər hansı bir iqtisadi böhran nəticəsində, mükəlləflərin iqtisadi fəaliyyətində 
bir dəyişmə və iqtisadi güclərində bir azalma olacağı üçün vergi ödəmə gücləri zəif-
ləyir və nəticədə dövlət gəlirləri azalır; bu da büdcənin kəsir verməsinə səbəb olur.  
-   Ölkə içində mövcud olan konjektur dövrəsinə görə büdcənin kəsir 
verməsi 
Ölkə yüksək konjektur dövrəsində olduqda büdcənin gəlirlərində artıq və kəsir-
lərin isə görünməməyi mövcud olmaqdadır. Doğru bir balansın tapılması lazım 
olan bu dövrədə böyük büdcə  kəsirləri görünərsə, bunun səbəbləri başqa faktor-
larda axtarılmamalıdır. 
Aşağı konjektur dövrəsində gəlir büdcəsi birdən-birə azaldığı halda, xərc büd-
cəsi dəyişməz, durğunluqdan və bəlli bir böhrandan çıxmaq üçün ediləcək xərclə-
mələrlə daha da çoxala bilər. Bu halda büdcə kəsir verməlidir. 
-   Müharibə səbəbi ilə büdcənin kəsir verməsi. 
Hər hansı bir döyüş olduğu zaman müdafiə  xərclərinin çox artacağı, bir çox 
vətəndaş  cəbhədə olduğundan iqtisadi fəaliyyətdən çəkiləcəyi nəticəsində  gəlir 
büdcəsi sürətlə azalarkən, xərc büdcəsi artacağı üçün büdcə kəsir verəcəkdir. 
-   Müharibə sonrası yenidən inşa və təşkilatlanma səbəbi ilə                
büdcənin kəsir verməsi. 
Müharibə əsnasında bir ölkənin dağıntıları üzündən böyük dəyər itkilərinə mə-
ruz qalması qaçılmazdır. Dövlətlər müharibə sonrası bacardığı qədər inşa və təşki-
latlanma işinə başlayırlar. Bu vəziyyət böyük xərcləmələrə yol açır. Müharibə nəti-
cəsində böhrana uğramış iqtisadi vəziyyət vətəndaşın vergi ödəmə gücünü azalda-
cağı üçün bu xərcləmələri qarşılayacaq gəliri təmin etmək imkanına malik deyil. 
Bu da büdcənin kəsir verməsinə səbəb olur. 
-   İqtisadi subsidiyalar səbəbi ilə büdcənin kəsir verməsi 
Dövlət xərcləri arasında yer alan subsidiyalar, hökumətlərarası müxtəlif məq-
sədlər üçün geniş bir şəkildə istifadə oluna bilən iqtisadi məqsədli bir maliyyə yar-
dımından ibarətdir. Klassik maliyyəçilərə görə, sadəcə inflyasiya və qiymət yük-
səkliyinə qarşı mübarizədə istifadə oluna bilən subsidiyalar hal-hazırda daha geniş 
istifadə olunmaqla, həm özəl sektora, həm də lazım olarsa, dövlət sektoruna ödənə-
rək tamamilə istehsalçı və istehlakçının xeyrinə verilə bilər. 
Subsidiyalar aşağıdakı məqsədlərlə verilməkdədir; 
−  ixracatı inkişaf etdirmək; 
−  Sərmayə yığımını sürətləndirmək; 


Dövlät Maliyyäsi 
 
129 
−  sənayenin ən yaxşı şəkildə yerləşməsi və ödəmələr balansının təmin edilmə-
si üçün investisiyaları uyğun olan sahələrə yönləndirmək ; 
−  ehtiyaclardakı müxtəlifliklər və ya texniki inkişafın səbəbi olaraq istehsalla məş-
ğul olmağı uyğun görülməyən müəssisələrdə lazım olan müxtəliflikləri etmək.  
−  dövlət qurum və quruluşlarının müəssisə zərərlərini örtmək; 
−  cəmiyyətin çətin vəziyyətdə olan qisminin yaşayış şərtlərini asanlaşdırmaq. 
6.9. BÜDCƏ TARAZLIĞI VƏ İQTİSADI TARAZLIQ 
Bir iqtisadi siyasətin əsas iki məqsədi vardır: İqtisadi inkişaf və iqtisadi sabitlik. 
İqtisadi inkişaf, ölkənin təbii və əmək ehtiyatlarının təmin edilərək hərəkətə gətiril-
məsi və beləliklə, rifah səviyyəsini yüksəldəcək şəkildə istehsal qabiliyyətinin artı-
rılmasıdır. Ancaq istehsal qabiliyyəti ilə birlikdə milli tələb həcminin də inkişaf 
etdirilməsi vacibdir; əks halda, iqtisadi rifahın artması və bunun davamlılığına zə-
manət verilə bilməz. 
56
 
Lazımi inkişaf sürəti, bir tərəfdən texnologiya ilə əlaqədar faktorlarla göstəri-
lən sərmayənin son mənfəəti, digər tərəfdən də son amili kimi iki ünsürün aydın-
laşdırdığı balans halı ilə əlaqədardır. Dinamik bir iqtisadiyyatda bu tarazlıqda hər 
hansı bir qüsur iqtisadi inflyasiya və defilyasiya vəziyyətinə aparar. Belə olarsa, 
iqtisadiyyatı tarazlıqda saxlayacaq ən vacib faktorlar dəyişkən bir kredit siyasəti ilə 
maliyyə siyasətidir. 
Büdcə tarazlığı, dar mənada, büdcənin gəlir və xərc rəqəmlərinin bir-birinə bə-
rabər olması deməkdir. Büdcə, istifadə ilindən əvvəl hazırlandığı üçün təxminidir 
və rəqəmlərdəki bərabərlik dəqiq deyil. Büdcə həyata keçdikdən sonra dəqiq hesab 
qanunu çıxarılınca gəlirlər xərcləri ödəyərsə, bu, büdcədə həqiqi bərabərlik olduğu 
deməkdir.  
İqtisadi tarazlıq, büdcə tarazlığından ayrı bir anlayışdır; dar mənada, bir cəmiy-
yətin iqtisadi vəziyyətinin qərarlı və düzgün olması deməkdir. İqtisadi tarazlıq için-
də olan dövlətin büdcəsi, hadisələr xaric olmaqla doğru bir kəsir verməz.
57
 İqtisadi 
tarazlıq, büdcə tarazlığından öndə  gəlir və maliyyə problemləri, sosial və iqtisadi 
həyatın içərisində düşünülür. Bir ölkənin əsas investisiyaları qoyulubsa, qiymətlər 
böyük və sürətli müxtəlifliklər göstərmir, xarici ödənişlər balansı da taraz olarsa, 
ölkədə iqtisadi baxımdan normal bir vəziyyət var deməkdir. 
Büdcənin tarazlıq nəzəriyyələri 
Büdcənin tarazlığı ilə əlaqədar nəzəriyyələr büdcənin hazırlanmağa başlandığı 
tarixdən bəri ortaya çıxan və çox vacib olan nəzəriyyədir. Büdcə tarazlığı haqqında 
üç nəzəriyyə olmaqdadır. 
                                                 
56
  Sönmez Nezine, a.k.ə., s. 129 
57
  SALIH Turhan, Vergi Teorisi, İstanbul, 1979, İstanbul Universitesi, yayın, 2550, s. 19-20 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə